PDF Oxu

Müxalifət

  • 11

Radikallar arasında növbəti münaqişələr yaranır

Radikallar arasında növbəti münaqişələr yaranır
Əvvəlki seçkilərdə olduğu kimi, son seçkilərdə də məğlub və aciz simada görünən və miskin vəziyyətə düşən radikal müxalifət partiyaları ardıcıl olaraq fiaskoya uğramaqdadır. Həmçinin, avropalı cənablarından 5-10 manat tulapayını almaqla siyasi "fəaliyyət" göstərən radikal "bəy"lər öz çirkin əmələri ilə də yadda qalmaqdadırlar. Ancaq yadda qalmaq hələ hər hansısa bir fəaliyyətdən xəbər vermir.
İlk öncə, baxır nə cür yadda qalmaq?! Sonrası isə, radikal müxalifət hər zaman səriştəsizlikləri və çirkin əməlləri ilə özlərini gündəmdə saxlayır. Onların erası isə artıq bitir. Yəni, fəaliyyətsiz radikalların fəaliyyətləri sona çatmaq üzrədir. Elə buna görə də, xaricilər də "bəy"lərə qrant, daha dəqiq desək, "humanitar yardım" ayırmaqdan imtina ediblər. Çıxış yolu tapa bilməyən radikallar satqınçılıq etməyə bir bəhanə tapma bilmədikləri üçün, başlayıblar bir-birilərini təhqir etməyə.
Müsavat partiyasında vəziyyətin daha ağır olduğu bildirilir. Partiyanın funksionerləri Böhran Vəliyev, Səlim Hümbətov, Nasir Qurbanov "Səs"ə verdiyi açıqlamasında deyilənlərin həqiqət olduğunu bildiriblər: "İsa Qəmbərov ona görə narahatdır ki, R.Arifoğlu qərargahı tərk etməklə, artıq "Yeni Müsavat" partiyasının yaranması baş verəcək. Başqanın ikinci narahatçılığı, müsavatçıların seçkiərəfəsi baş yazarın dalınca "köç" etməsi ilə əlaqədardır".
Müsavat funksionerləri "Səs" qəzetində olarkən, onu da bildirdilər ki, insanlar uğurlu aksiya keçirdikləri halda, radikallar Müsavat başqanı İsa Qəmbərovun ətürpədici və boşboğaz sözlərindən bezdikləri üçün R.Arifoğlunun ardınca getməyi daha sərfəli hesab ediblər.
"Səs"ə yaxın mənbənin verdiyi məlumata görə, belə durum radikal düşərgənin bütün partiyalarında da cərəyan edir. Məlumata görə, "siyasi meyitlər" ordusuna çevrilən radikal düşərgə növbəti mitinq keçirmək istəyinə düşüb. Amma bütün bu uğursuz cəhdlər partiyaların daxilində yaşanan prosesləri ört-basdır edə bilməz. Çünki "köç aksiyası" təkcə Müsavatda yox, həm də AXCP (i) və AMİP-də də baş verməkdədir. Müsavat funksioneri Elgün Həmidov radikallar arasında yaranan gərginliyin baş verməsi ilə bağlı açıqlamasında bildirdi ki, nə qədər ki, düşərgədə olan köhnə fikirli, köhnə "əqidəli" insanlar siyasətdən getməyib, bu aksiya davam edəcək: "Təbii ki, onlar bacarmadıqları siyasətdən çoxdan getməli idilər. Ancaq nə edək ki, belə olmadı. Onsuz da Ə.Kərimovun, İ.Qəmbərovun, L.Hacıyevanın və Ə.Əliyevin və eləcə də, onların ətrafında olan və onlar kimi düşünən insanların siyasətdə qalıb-qalmamağı heç kəsə maraqlı deyil. Xarici qrantlardan məhrum olan ikiüzlü radikal düşərgədə baş verən proseslər onu deməyə əsas verir ki, Müsavatın, AXCP (i)-nin və digər pozucu fəaliyyətlə məşğul olan partiyaların bir-birinin ardınca siyasətə əlvida deməsi ilə nəticələnəcək. Çünki həmin partiyalara və onların sədrləri Ə.Kərimova, İ.Qəmbərova və L.Hacıyevaya xalq çoxdan əlvida deyib. Ə.Kərimovun yaşadığı taleyi indi də İ.Qəmbərov yaşamaqdadır. Biz bu günə kimi onun ətrafında qaldığımıza görə, özümüzü bağışlaya bilmirik".

Digər xəbərlər