PDF Oxu

Müxalifət

  • 10

Əli Kərimov yeni partiya yaradır

Əli Kərimov yeni partiya yaradır
Müxalifətin üz qarası AXCP (i) sədri Əli Kərimov indi də yeni partiya yaratmaq iddiasına düşüb. Uzun müddətdir ki, nəinki düşərgədə kənarda belə maraqlarını təmin etməyi bacarmayan Ə.Kərimov vəziyyətdən çıxış yolu kimi yeni partiya yaratmağı planlaşdırıb. Çünki artıq kənar qüvvələr də ona qrant verməkdən imtina ediblər. Bu yolla Ə.Kərimov yenidən müəyyən bir müddətə havadarlarını aldadaraq, vəsait qoparmağa çalışır.
Parlament seçkilərinə hazırlıq adı altında müxalifət düşərgəsində başlanmış qara piar kampaniyası bütün eybəcərlikləri ilə davam etməkdədir. Burada təmsil olunan partiyalar bir-birlərinə əməkdaşlıqla bağlı təkliflər göndərsələr də, nəticə heç də ürəkaçan olmadı. Çünki bir-birlərinə göndərdikləri təkliflər müxalifət təmsilçilərinin özləri tərəfindən də rədd edildi. Bu isə düşərgədə daha şiddətli münaqişələrin yaranmasına imkan yaratdı. Yaranmış olan qarışıqlığın şiddəti müxalifəti daha çox çıxılmaz vəziyyətə saldığından, burada təmsil olunan partiyaların aqibəti də acınacaqlı oldu. Bunlardan biri də bütün imkanlardan məhrum olumuş AXCP (i) idi. artıq bir nəfər də olsun üzvü qalmayan AXCP (i)-də Ə.Kərimovdan başqa salam verməyə bir kəs qalmayıb. AXCP (i)-də sona qədər qalanlar da, Ə.Kərimovun iyrənc işlərindən bezib, odlu-odlu buranı tərk ediblər. Tək-tənha qalan Ə.Kərimov papağını qabağına qoyub, yeni yollar axtarışına düşüb, yeni partiya yaratmağı qərarlaşdırıb. Onun təzə partiyasının adı, hələlik, məxfi saxlansa da, digər mənbələrdə yeni qurumun adının "Yeni Respublikaçılar" olacağı barədə məlumatlar mövcuddur.
Vaxtilə AXCP-ni parçalayıb yaman günə qoyan Ə.Kərimov sonda sahibləndiyi payından imtina etməli oldu. Çünki bu şəxs üçün ideya və ideologiya deyilən bir prinsip mövcud deyil. Onun üçün, sadəcə olaraq, dəyişən maraqlar mövcuddur. İndi isə, o, daha iştahlı görünür. Uzun müddətdir əlinə heç bir şey keçməyən Ə.Kərimov təzə partiyasına Türkiyədə bir havadar da tapdığı bildirir. Görünür, son zamanlar onun ətrafında dolaşan söz-söhbətlər bir çox həqiqətlərin ortaya çıxmasını təmin edəcək. Bir faktı da qeyd edək ki, qarşıdan gələn parlament seçkilərində Müsavat-AXCP (i) birliyi formatı da məhz bu səbəbdən pozulub. Ə.Kərimov ötən gün mətbuata açıqlamasında, artıq Müsavatla əlaqələrini kəsdiyini və seçkilərə qədər bir çox təkliflərlə gələcəyini bildirmişdi. Eyni zamanda, "Azadlıq" blokunun təmsilçisi olan AXCP (i)-nin bu təşkilatdan çıxdığı da bildirilir. Blok təmsilçisi ALP-nin sədr əvəzi Əvəz Temirxan xeyli müddətdir ki, Ə.Kərimovun təşkilatın toplantılarına qatılmadığını etiraf edib. Bildirib ki, AXCP (i)-nin blokdan çıxarılması barəsində, hələlik, bir yekun qərar olmadığına görə, bu məsələ, hələlik, birtərəfli qaydada qalmaqdadır. Ə.Kərimovun yeni partiya yaratmaq barədə verdiyi qərar isə Ə.Temirxan normal yanaşdığını söyləyib. Qeyd edib ki, AXCP (i)-yə sədrlik etməkdənsə, yeni bir siyasi təşkilatın işlərini nizamlamaq daha yaxşı olardı.
Bütün bunları isə müxalifətdə artıq başlanmış olan yerdəyişmələrin baş verməsindən xəbər verir. Amma hər şeyə rəğmən Ə.Kərimov kimilərinin gündə bir oyundan çıxmalarının da heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan cəmiyyəti Əli Kərimovu çox gözəl tanıyır.

Digər xəbərlər