PDF Oxu

Müxalifət

  • 10

Radikalların savaşı genişlənməkdədir

Radikalların savaşı genişlənməkdədir
Müxalifət düşərgəsində hələ də qarşıdurma və münaqişələr davam etməkdədir. Bir-birini təhqir etməkdən belə çəkinməyən "bəy"lər mandat uğurunda savaşa girişiblər. Nəzərə alsaq ki, bu il ölkəmizdə parlament seçkiləri ilidir, savaş daha da genişlənməkdədir. AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "ACP"-nin lideri Rəsul Quliyev, AMİP lideri Etibar Məmmədov, "Ümid" sədri İqbal Ağazadə, "MBH" lideri Lalə Hacıyeva və onun əlaltısı olan ALP-nin sədr əvəzi Əvəz Temirxan bir-birilərini "agent", "satqın" adlandırmaqdan belə çəkinmirlər. Bununla belə, onlar bir-birilərinə əməkdaşlıq (?) təklif edirlər. Yəni bir tərəfdən həmkarlarını meymun adlandırırlar, o biri tərəfdən də əl uzadıb, salamlaşırlar. Onsuz da bu kimi əməllər radikal "bəy"lərin çoxdankı taktikasıdır. Bir müddət öncə, özünü "ana müxalifət" adlandıran Müsavat partiyasının başqanı özünü reklam etmək üçün düşərgədə agent axtarışına çıxdı və ardınca da həmkarlarına "blok" yaratmaq təklifi verdi. Necə deyərlər, utanmasan, oynamağa nə var? Mətbuatın yazdığına görə, AXCP (i) ilə "Ümid" arasında gərginlik genişlənməkdədir. "Azadlıq" blokunun, o cümlədən, "Yurd" şefi Ə.Kərimovun başçılıq etdiyi AXCP (i)-nin əməkdaşlıq etmədiyi barədə dəfələrlə yazılıb. Adıçəkilən partiyanın sədr müavini Nurəddin Məmmədli mətbuata açıqlamasında "Ümid" partiyası ilə bir yerdə ola bilməyəcəklərini bildirib: "Biz prinsipial müxalifət qüvvələri ilə bir yerdə olacağıq. Təbii ki, bu siyahıda "Ümid"in adı yoxdur. Onları radikal müxalifət partiyası adlandırmaq olmaz". Qarşı tərəf də N.Məmmədlinin bu açıqlamasını cavabsız qoymadı. Məsələyə münasibət bildirən "Ümid" sədri İ.Ağazadə qeyd edib ki, AXCP (i) nümayəndəsinin bu cür açıqlamaları reallığı əks etdirmir. İ.Ağazadə dolayısı ilə bu məsələlərdə Müsavat partiyasını günahlandırıb: "Müsavat bizə qarşı kampaniya aparanda, "Kim haqlıdır" məqaləsini yazdım. Orada qeyd etmişdim ki, Müsavat "Ümid"dən sonra digər partiyaları- ADP, ALP, "VİP"-i hədəfə alacaq. Elə belə də oldu". Partiya sədri onu da vurğulayıb ki, "Ümid" partiyası heç zaman AXCP (i) ilə əməkdaşlıq etmək barədə təklif səsləndirməyib.

Digər xəbərlər