PDF Oxu

Müxalifət

  • 9

Radikal "bəy"lərin oyunbazlıqları davam edir

Radikal "bəy"lərin oyunbazlıqları davam edir
Ağı qaradan seçməyi bacarmayan üzdəniraq radikal müxalifət partiyalarının birləşmək arzusu hələ öz nəticəsini verməyib. Əslində, hansı qüvvələrlə birləşsinlər? Çünki düşərgənin sosial bazası yoxdur, müxalifət partiyaları iflic vəziyyətdədir. Radikal "bəy"lər bir neçə dəfə görüntü xatirinə blok yaratmışlar, bu blokların da ömrü qısa olub. Çünki hər bir müxalifət partiyasının rəhbəri özünü düşərgədə lider hesab edirlər. Bundan əlavə, düşərgə təmsilçiləri hələ də biri-birinin ayağının altını qazımaqdan belə çəkinmirlər. AXCP (i) sədri, AXC-ni öz maraqları naminə parçalayan Əli Kərimov, Müsavat partiyasının başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi, L.Hacıyevanın vassalı olan Əvəz Temirxan, "Ümid" sədri İqbal Ağazadə, "ACP" lideri Rəsul Quliyev və digərləri özlərini düşərgədə lider hesab etsələr də, ancaq liderlik qabiliyyətlərini ortaya qoya bilməyiblər. Onu da qeyd etmək lazımdır ki, indiyə qədər radikal "bəy"lərin yaratdıqları "Qarabağ və Respublika Uğurunda Hərəkat", "Azadlıq" bloku və digər bloklar elə yaradan şəxslər tərəfindən dağıdıldı. Çünki İ.Qəmbərov, Ə.Kərimov, Ə.Temirxan, L.Hacıyeva, R.Quliyev ancaq dağıdıcı işlərlə məşğul olurlar və bu vərdişlərindən əl çəkə bilmirlər. Bu cür mənfi amillər də radikal müxalifət düşərgəsinin məhvinə səbəb olub. İndi deyə bilərik ki, radikal düşərgə tamamilə məhv olub.
Artıq "bəy"lərin mübarizəsi daha da genişlənməkdədir. Belə ki, radikallar nəzarətlərində olan qəzetlər vasitəsi ilə biri-birilərinə qarşı kampaniya aparırlar. Xarici qrantlar hesabına özlərini siyasətçi İ.Qəmbərov, AXCP (i) sədri Ə.Kərimov, AMİP lideri E.Məmmədov, "ACP" lideri R.Quliyev, "MBH" lideri L.Hacıyeva, ALP-nin sədr əvəzi Ə.Temirxan kimi "bəy"lər bu ölkə, bu xalq üçün heç bir iş görməyiblər. Belə ki, müxalifətçi "bəy"lər, hər zaman çalışırlar ki, ölkəmizi dünya birliyində gözdən salsınlar, respublikamızda baş verən uğurlara kölgə salmağa çalışırlar. Müxalifətin zəifliyindən istifadə edənlər də elə radikal "bəy"lərin özləridir. Belə ki, özünü "ana müxalifət" adlandıran Müsavat başqanı İ.Qəmbərov düşərgədəki hərc-mərclikdən istifadə edərək, düşərgəyə "hökmdarlıq" etmək qərarına gəlib. Lakin Müsavat başqanının "parçala, hökmdarlıq et" siyasəti İFLASA uğrayıb. Çünki digər müxalifət partiyaları, bütövlükdə, İ.Qəmbərovun bu çirkin siyasətinə qarşı çıxdılar. Çünki radikal müxalifət düşərgəsində təmsil olunan siyasi partiyalar (eyni zamanda, bu partiyaların rəhbərləri) İ.Qəmbərova nifrət edir. Belə ki, Müsavat başqanı 2003-cü ilin prezident seçkilərində onu dəstəkləyən partiyalara (İqbal Ağazadənin rəhbərlik etdiyi "Ümid" partiyası, ALP və. s) qarşı kampaniya apardı. Məhz bütün bunların nəticəsidir ki, Müsavat başqanı radikal müxalifət düşərgəsində arzuedilməz şəxsə çevrilib. Ümumiyyətlə, ağı qaradan seçməyi bacarmayan radikal düşərgədəki partiyaların vəziyyəti onu deməyə əsas verir ki, "bəy"lər ancaq biri-birilərinə quyu qazmaqla, özləri-özlərini məhv edəcəklər. Necə ki, artıq MƏHV OLUBLAR.

Digər xəbərlər