PDF Oxu

Müxalifət

  • 8

Müsavat və AXCP (i) "KAXCP"-ni "bölüşdürür"

Müsavat və AXCP (i) "KAXCP"-ni "bölüşdürür"
Bələdiyyə seçkilərinin başa çatması, radikal düşərgədəki əksər siyasi qurumların dərdlərini yenidən təzələyib. Məsələ burasındadır ki, bələdiyyə seçkiləri ərəfəsində əsas rəy müxalifətdəki "zibillərin" ört-basdır edilməsinə, yəni, aradakı münaqişələrin müvəqqəti olaraq ört-basdır edilməsinə yönəlmişdisə, artıq bu müxalifətdaxili "atəşkəs" dövrü də tamamilə başa çatıb. Ona görə də, köhnə yaralar yenidən qaysaqlanıb.
Neçə illərdir ki, meydan dövründən bəri indiyə qədər köhnə ədavətləri davam etdirən radikal düşərgə təmsilçiləri, bu prosesi parlament seçkiləri ərəfəsi tamam başqa formatda davam etdirmək niyyətindədirlər. Çünki köhnə kurs, radikal siyasət qədər o dərəcədə "iylənib" ki, daha heç kim, lap radikalların özləri də buna nifrətlə və ikrahla yanaşırlar. Bir də onları başa düşmək olar. Nə qədər eyni sifətlər görüb, eyni nağıllar eşitmək olar? İndi zaman dəyişib. İnsanlar da o düşüncədə deyil. Bu 20 il ərzində müxalifətin bütün fırıldaqlarının şahidi olublar. Bu gün özlərini "ana müxalifət" adlandıranlar elə o Əli Kərimov, həmin İsa Qəmbərov, o Etibar Məmmədov, həmin Lalə Hacıyeva və başqalarıdır. Ona görə də müxalifət partiyalarındakı əksər insanlar bələdiyyə seçkilərindən sonra radikal düşərgədən sürətlə üz çevirməyə başlayıblar. Müxalifətçilər başa düşdülər ki, bu günə kimi seçkilərə qatılmayan radikal partiya rəhbərləri ilə parlament seçkilərində bir olmağa dəyməz. Çünki seçki kampaniyasına qatılmayan radikal partiya sədrləri, əslində, öz siyasi iflaslarını və uçurum kənarında olduqlarını gizlətmək üçün bunu edirlər. Guya İ.Qəmbərov və ya Ə.Kərimov bilmirdilər ki, onlara səs verəcək bircə nəfər də olsun axmağı tapmaq, qaranlıqda çıraqla iynə axtarmaq kimi bir şeydir. Müxalifətin siyasi prespektivsizliyi onun daxilindəki münaqişələri də kəskinləşdirib. Bir müddət özünü sakit partiya kimi təqdim edən "KAXCP"-dəki durumu məhz bu cür xarakterizə etmək olar. Artıq bu partiyada uzun müddətdir ki, səs-sorağı gəlməyən "KAXCP" Ali Məclisinin sədri Zəlimxan Məmmədli ilə partiya sədri Mirmahmud Fəttayev arasındakı münaqişə kəskin xaraker almağa başlayıb. Müxalifətdəki bir sıra qüvvələr öz qəzetlərində bu qarşıdurmanı hərə öz maraqları baxımından gündəliyə gətirmək istəyir. Amma əsas məsələ burasındadır ki, neçə müddətdir davam edən M.Fəttayev-Z.Məmmədli qarşıdurmasının belə şəkil almasında müxalifətdəki bir sıra partiyaların, ələlxüsus, "KAXCP" sədrinin əlindən "zəncir çeynəyən" Müsavat və AXCP (i) rəhbərlərinin xüsusi maraqları var.
M.Fəttayev hələ 2008-ci ildəki prezident seçkiləri zamanı onu aldadaraq sonrakı əməkdaşlıq üçün Ə.Kərimova qurban verən Müsavat başqanını, o ki var "sürümüşdü". O, Rauf Arifoğludan başlamış digərlərinə qədər bütün Müsavat yetkililərinin xəyanətlə məşğul olduqlarını və müxalifət adından istifadə edib öz maraqlarını təmin etdiklərini açıqlamışdı. Doğrudan da, o zaman belə məsələlərdə "çevikliyi ilə seçilən" "Yeni Müsavat" qəzeti belə M.Fəttayev əleyhinə bir kəlmə də olsun tutarlı ittiham irəli sürə bilmədi. Amma başqan da M.Fəttayevin bu dikbaşlığını unudan deyildi, vaxt yetişən kimi "KAXCP" sədrinə tutarlı bir zərbə endirməli idi və endirir də. Ə.Kərimov isə, daima ona qarşı ən sərt mövqedən çıxış edib, "Yurd" şefini mərhum Əbülfəz Elçibəyə qarşı satqınçılıqda və xəyanət etməkdə ittiham edirdi.

Digər xəbərlər