PDF Oxu

Müxalifət

  • 14

İsa Qəmbərov başqanlıqdan getməmək üçün bəhanə axtarır

İsa Qəmbərov başqanlıqdan getməmək üçün bəhanə axtarır
Bu il Müsavat başqanı İsa Qəmbərovun partiyadakı rəhbərlik müddəti başa çatır. Keçən ildən bu məsələ ilə bağlı bir sıra mübahisəli məsələlər ortaya çıxsa da, sonradan İ.Qəmbərov partiya başqanlığından gedəcəyi barəsində məlumat verərək, ona qarşı çıxanları sakitləşdirməyə səy göstərdi. Həmin hadisənin üstündən az bir müddət keçdikdən sonra isə, o öz varisinin Müsavat divanının üzvü Qubad İbadoğlu olacağını bildirdi. Bu isə Müsavat daxilində olmazın biabırçılıqların baş verməsinə imkan yaratdı. Prosesin onun əleyhinə işlədiyini nəzərə alan İ.Qəmbərov sonda yenidən başqan olacağını bildirməklə mübahisələrə son qoymağa cəhd göstərdi. Məkrli niyyətini istənilən yolla həyata keçirməyə çalışan İ.Qəmbərov, nəyin bahasına olur-olsun, başqanlıqda hələ bir müddət də, qalacağını iddia etdi. Bütün bunlar isə Müsavat daxilində dərin ziddiyyətlərin mövcudluğundan və daha da şiddətli bir şəkil almasından xəbər verir. İndi də, partiya daxilində bu söz-söhbətlər bitmək bilmir. Çünki indiyə qədər başqanlıq postunu bu il təhvil verəcəyini bildirən İ.Qəmbərov, sonda niyyətini gizlədə bilməyib. Özünə Türkiyə müxalifətindən böyük dəstək gəlməsi barəsində uydurma bəyanatlar verən İ.Qəmbərov, əslində, başqanlıqdan getməmək üçün müxtəlif bəhanələrdən istifadə edir. Baxmayaraq ki, onun başqanlıqda qalmasını, ümumiyyətlə, Müsavatda heç kim istəmir, amma İ.Qəmbərov zorla da olsa özünü bu kürsüdə saxlamağa cəhdlər göstərir. Çünki ötən il İ.Qəmbərov bir neçə dəfə xarici ölkələrdə səfərlərdə olub və orada öz havadarlarından yeni göstərişlər alıb. Eyni zamanda, Müsavat başqanı bütün bunların müqabilində əldə etmiş olduğu vəsaiti məhz ona qarşı çıxanları zərərsizləşdirməyə sərf edəcəyi fikrindədir. Onun bu cür qeyri-xəyali addımları isə başqanın ixtiyarının öz əlində olmadığından xəbər verir. Digər bir yandan isə o, məhz xarici havadarlarından almış olduğu göstərişləri yerinə yetirmək üçün hələ bir neçə il də başqanlıqda qalmağı planlaşdırıb. Elə bu məqsədlə də, o, artıq rəhbərlik etdiyi qurumda ona qarşı çıxanlara əhəmiyyət verməyərək, digər müxalifətçi həmkarlarına əməkdaşlıq barəsində təkliflər göndərib. Onun bu təkliflərinin arxasında isə, həmişə olduğu kimi, çirkin niyyətinin dayanması da hər kəsə məlumdur. İ.Qəmbərovla əməkdaşlığa razılıq verən müxalifət partiyaları isə bütün bunları bilərəkdən, bu sövdələşməyə gedirlər. Onların isə yeganə məqsədi İ.Qəmbərovla aralarında yarana biləcək hər hansı bir insidenti böyütməklə gündəmdə qalmaqdan ibarətdir. Çünki boş oturmaqdansa, müxalifət yetkililəri bu cür intriqaların olmasında maraqlı görünürlər. Bu səbəbdən də, müxalifət düşərgəsində hələ daha böyük təlatümlərin olacağı qaçılmazdır. Məhz düşərgədə baş verənlər isə müxalifətin yaxın zamanlarda tamamilə sıradan çıxmasını şərtləndirəcək amil kimi qiymətləndirilir.

Digər xəbərlər