Müxalifət parlament seçkilərinə pərakəndə və dağınıq halda qatılacaq
Demokratik cəmiyyətin formalaşmasında xalqın iradəsi əsasında keçirilən seçkilərin müstəsna rolu və əhəmiyyəti mövcuddur. Bunu dünya praktikasına və qəbul olunan prinsiplərə əsasən də, demək olar. Siyasi sabitliyin və iqtisadi inkişafın kökündə də ölkələrdə keçirilən demokratik seçkilər dayanır. Bu mənada, demək olar ki, Azərbaycanın əldə etdiyi qlobal nailiyyətlər məhz düzgün seçki siyasətinin aparılması ilə bağlıdır.
Bu amili beynəlxalq təşkilatlar da Azərbaycandakı vəziyyətlə bağlı açıqladıqları hesabatlarda qeyd ediblər. Hətta Qırğızıstan, Gürcüstan və Rumıniya kimi dövlətlər də Azərbaycanın seçki təcrübəsindən yararlanaraq, öz dövlətlərində tətbiq edilməsinin vacibliyini söyləyiblər. Maraqlı və diqqətçəkən məqam ondan ibarətdir ki, bu reallıq fonunda müxalifət partiyaları qeyri-ənənəvi metodlardan istifadə edərək, seçkilərlə bağlı sifariş xarakterli açıqlamalar yaymağa cəhd göstəriblər. Bu cür hallarla, istər prezident, parlament, istərsə də bələdiyyə seçkilərində rast gəlinib. Yəqin ki, radikal müxalifət ampluasında çıxış etməkdə hələ çox davam edəcək. Çünki umacları şər və böhtandan yoğrulan bu simasızların maddi təminatları yanız ənənvi ampluadan çıxış etməklə həllin tapır. Təbii ki, payızda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində də müxalifət eyni ssenaridən istifadə edəcək. Daha doğrusu, artıq radikalar çirkin metodlardan istifadə etməklə, cəmiyyətin diqqət mərkəzinə çevrilməyə hesablanan addımlar atmağa başlayıblar. Onlar gah, ultimativ bəyanatlarla çıxış edir, gah da hakimiyyətə hədələyici mesajlar göndərirlər. Hətta ölkədə icazəsiz mitinqlər yolu ilə iğtişaşlar, qarşıdurmalar yaradacaqlarını bəyan edirlər. Bütün bunlar isə, təbii ki, xaricdən verilən maliyyə hesabına və verilən tapşırıq əsasında həyata keçirilməsi planlaşdırılır. Nəzərə almaq lazımdır ki, Müsavat başqanı İsa Qəmbərov partiyanın Ali Məclisinin toplantısında, müxalifət partiyaların bəzi xarici ölkələrin xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğunu etiraf etmişdir. Müsavat başqanı bildirmişdir ki, partiyaların maraqlı qüvvələrlə əlaqələrinin olması nəticə etibarı ilə müxalifətin birləşməsinə və eyni mövqedən çıxış etməsində problemlər yaradır.
Bir sözlə, müxalifətin radikal qanadı parlament seçkilərinə pərakəndə və dağınıq halda getsə də, ayrı-ayrılıqda, müxtəlif şoular düzəltməklə, diqqət mərkəzinə çevrilməyə cəhd göstərirlər. Bu cəhdlərin isə uğursuzluğa düçar olacağı şübhəsizdir. Ən azı, ona görə ki, zəif və yaramaz durumda olan radikal müxalifət həm də,cəmiyyətdə qeyri-ciddi dəstə kimi tanınır. Bu hal da, kimlərinsə müxalifətin düzəltdiyi şoulara reaksiya verəcəyi inandırıcı görünmür. Deməli, müxalifət yenə də, gülünc vəziyyətdə qalacaq. Şübhə yoxdur ki, dağınıq və pərakəndə halda olan müxalifət seçkilərə də, dəyişməz formada qatılacaq. Son nəticə də isə, müxalifət seçkilərdə məğlubiyyətlər seriyasını yenidən təkrarlayacaq.