PDF Oxu

Müxalifət

  • 22

Liberallar da parçalanır

Liberallar da parçalanır
Parlament seçkilərinin vaxtı azaldıqca müxalifət partiyalarının əksəriyyətində baş qaldıran daxili münaqişələr bir çox partiyaların sıradan çıxmasını sürətləndirir. Xüsusilə, qarşıdakı seçkilərlə bağlı bütün təxribat planları tamamilə boşa çıxan radikal düşərgə təmsilçilərinin, daxildəki çatları aradan qaldırmağa gücləri çatmır. Müsavat partiyası daxilində Rauf Arifoğlunun öz qəzetini də götürüb yeni ofisə köçməsi və bununla da, İsa Qəmbərovdan tamamilə asılılığını aradan qaldırması Müsavatı silkələyir. Müsavatdan getdiyi heç altı ay deyil, R.Arifoğlu anti-Qəmbərovçuları başına yığmaqdadır. Həmçinin, partiyalar arasında səngiməyən qarşıdurmalar və qeyri-prinsipiallıq əksər müxalifət funksionerlərinin düşərgədən üz çevirmələrinə səbəb olub. Radikal prinsiplər əsasında idarə olunan müxalifət partiyalarına xarici donor təşkilatların ayırdığı vəsaitlər kəsildiyindən, onlar sadəcə, "ölü qurum" xarakteri daşıyırlar. Həmişə olduğu kimi, qarşıdakı parlament seçkiləri ərəfəsi səs-küy qaldıran radikal düşərgənin sonda yenə fiaskoya uğraması bir yana, bu qüvvələrin beynəlxalq təşkilatların "qara siyahı"sında olduğunu bildikləri üçün çirkin oyunlara əl atırlar. Xarici qrantların kəsilməsi radikal müxalifəti terrora və cinsi azlıqlara dəstək çıxmağa vadar edib. "Azadlıq" blokunda təmsil olunan "MBH" da çat verir. Neçə illərdir ki, Əvəz Temirxanı "sağ əli"nə çevirən "MBH" lideri, deyəsən, onunla bu seçki prosesində yollarını ayıracaq.
Xatırladaq ki, bir müddət öncə də, ALP-də sədrlik qalmaqalı meydana çıxmışdı və həmin vaxt da L.Hacıyeva icraiyyə komitəsinin sədri olan Ə.Temirxanı tutduğu postu idarə edə bilmədiyi üçün təzyiq və tənqidlərə məruz qoymuşdu. Məhz partiya "lider"i Lalə Hacıyevanın diqtəsilə bu posta yiyələnmiş Ə.Temirxan sonda həmin şəxs tərəfindən də ifşa edildi. Müxalifət düşərgəsinin xüsusiyyətlərdən bixəbər olan Ə.Temirxan L.Hacıyevanın onu da ixtisara salacağını bilmirdi. Xarici bonusların sayəsində öz külliyyatını artıran L.Hacıyevanın son zamanlar mövqeyində etdiyi dəyişiklik, məhz onun ətrafındakılardan da yan keçmədi. Ə.Temirxanla aralarında yaranmış anlaşılmazlığın hansı zərurətdən meydana çıxmasına münasibət bildirməkdən boyun qaçıran L.Hacıyeva partiyadaxili münasibətlərin müzakirə mövzusu olmadığını söyləyib. Partiya münasibətlərinin açıq müstəviyə keçməsini qeyri-normal adlandıran L.Hacıyeva, məhz bir sıra müxalifətdaxili maraqlı şəxslərin diqtəsilə yaranmış olayların reallığı əks etdirmədiyini bildirib.

Digər xəbərlər