PDF Oxu

Müxalifət

  • 9

Müxalifət düşərgəsində qarşıdurma davam edir

Müxalifət düşərgəsində qarşıdurma davam edir
Bəzi müxalifət partiyalarının birləşmək arzusu hələ öz nəticəsini verməyib. Əslində, hansı qüvvələrlə birləşsinlər? Çünki düşərgənin sosial bazası yoxdur, müxalifət partiyaları iflic vəziyyətdədir. Radikal "bəy"lər bir neçə dəfə görüntü xatirinə blok yaratmışlar, bu blokların da ömrü qısa olub. Çünki hər bir müxalifət partiyasının rəhbəri özünü düşərgədə lider hesab edir. Bundan əlavə, düşərgə təmsilçiləri hələ də biri-birinin ayağının altını qazımaqdan belə çəkinmirlər. AXCP (i) sədri, AXC-ni öz maraqları naminə parçalayan Əli Kərimov, Müsavat partiyasının başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi, L.Hacıyevanın vassalı olan Əvəz Temirxan, "Ümid" sədri İqbal Ağazadə, "ACP" lideri Rəsul Quliyev və digərləri özlərini düşərgədə lider hesab etsələr də, liderlik qabiliyyətlərini ortaya qoya bilməyiblər. Onu da qeyd etmək lazımdır ki, indiyə qədər radikal "bəy"lərin yaratdıqları "Qarabağ və Respublika Uğurunda Hərəkat" (görəsən, "bəy"lər Qarabağı respublikanın tərkib hissəsi hesab etmirlər?), "Azadlıq" bloku və digər bloklar elə təşəbbüsçülər tərəfindən də dağıdıldı. Çünki İ.Qəmbərov, Ə.Kərimov, Ə.Temirxan, L.Hacıyeva, R.Quliyev ancaq dağırdıcı işlərlə məşğul olurlar və bu vərdişlərindən əl çəkə bilmirlər. Bu cür mənfi amillər də radikal müxalifət düşərgəsinin məhvinə səbəb olub. İndi deyə bilərik ki, radikal düşərgə MƏHV OLUB. Artıq "bəy"lərin mübarizəsi daha da genişlənib. Belə ki, radikallar nəzarətlərində olan qəzetlər vasitəsi ilə biri-birilərinə qarşı kampaniya aparırlar. Müsavat başqanı İ.Qəmbərov həmkarlarını agent adlandırdıqdan sonra, düşərgədəki vəziyyət daha da gərginləşdi. L.Hacıyeva İ.Qəmbərovu müxalifət düşərgəsini parçalamaqda ittiham edir. Həmçinin, İsa "bəy"i düşmən adlandırır. Müsavat başqanı isə, L.Hacıyevanı Rusiyaya işləməkdə günahlandırır. ALP-nin sədr əvəzi Ə. Temirxan mətbuata açıqlamasında qeyd edib ki, Müsavat başqanı xarici ölkə səfirləri ilə görüşərkən, ilk sözü bu olur ki, L.Hacıyeva Rusiyaya işləyən agentdir. Maraqlıdır, parlament seçkilərində birləşmək iddiasında bulunan radikal "bəy"lər nədən düşmənçilik etməyə başladılar? Bəlkə radikallar birləşməyi biri-biriləri ilə mübarizə aparmaqla səhv salırlar? Onsuz da radikal müxalifət liderlərinin özlərini siyasətçi hesab etməkləri səhvdir. Xarici qrantlar hesabına özlərini siyasətçilər cərgəsinə qoşan İ.Qəmbərov, AXCP (i) sədri Ə.Kərimov, AMİP lideri E.Məmmədov, "ACP" lideri R.Quliyev, "MBH" lideri L.Hacıyeva, ALP-nin sədr əvəzi Ə.Temirxan kimi "bəy"lər bu ölkə, bu xalq üçün heç bir iş görməyiblər. Belə ki, müxalifətçi "bəy"lər, hər zaman çalışırlar ki, ölkəmizi dünya birliyində gözdən salsınlar, respublikamızda baş verən uğurlara kölgə salmağa çalışırlar.

Digər xəbərlər