PDF Oxu

Müxalifət

  • 12

"Madam" ləqəbli "KQB" agenti

"Madam" ləqəbli "KQB" agenti
Bu gün cəmiyyətdə gedən istənilən ictimai-siyasi məsələlərə əhalinin seyrçi qalması mümkün deyil. Yəni, əhali bu və digər məlumatlara maraq göstərir və müəyyən hallarda ona münasibət də bildirirlər. Bu da, onunla bağlıdır ki, insanlar dolğun siyasi təcrübəyə malikdirlər. Digər tərəfdən, yayılan məlumatlara yanaşmada insanlar düzgün mövqe sərgiləyə bilirlər. Kimin şou düzənlədiyini, kimin məzhəkə qurduğunu, kiminin də dövləti maraqlardan çıxış etdiyini əhali müəyyən edə bilir. Məhz buna görə də, müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin populist bəyanatları, iddialı çıxışları cəmiyyətdə gülüşlə qarşılanır. Cəmiyyətin müəyyən təbəqələri arasında müxalifətə qarşı ittihamlar da səsləndirilir.
Amma maraqlıdır ki, ictimai rəyin hansı mövqedə olmasına baxmayaraq, radikal müxalifət yaramaz fəaliyyətini davam etdirir. Bu yolda onlar, hətta bir-birini söyüb, təhqir etməkdən də çəkinmirlər. Xüsusilə də, onlar bir-birini taleyüklü tədbirlər ərəfəsi daha geniş və ifrat formada söyüb təhqir edirlər. Təhqiredici metodlardan istifadə etməkdə, hələ ki, təşəbbüs Müsavat başqanı İsa Qəmbərovun əlindədir. Çünki söyüş və təhqir vasitələrinin bütün elmi incəliklərindən istifadə edən İ.Qəmbərov digərlərinə başlarını qaldırıb, ağızlarını açmağa belə imkan vermir. Müsavata yaxın təbliğat maşınlarının da başqansayağı mövqe ortaya qoyması İ.Qəmbərovun effektli nəticə əldə etməsinə imkanlar yaradıb. Demək olar ki, "uğurlu fəaliyyət" nəticəsində İ.Qəmbərov "Ümid" partiyasının "satqın" ləqəbli sədri İqbal Ağazadəni və ADP sədri Sərdar Cəlaloğlunu zərərsizləşdirə bilib. İndi isə, başqanın hədəfində AXCP (i) sədri Əli Kərimov və "Milli Birlik Hərəkatı"nın sədri Lalə Hacıyevadır. Birinci istisna olunmaqla, artıq ikinci hədəflərdən narahat olmağa başlayıb. Bu da, onunla bağlıdır ki, İ.Qəmbərov L.Hacıyevaya qarşı ittihamlarında əsaslı faktlardan istifadə edir. Misal kimi, İ.Qəmbərovun L.Hacıyevanı "Madam" ləqəbli "KQB" agenti adlandırmasını göstərmək olar. Mətbuatda geniş müzakirəyə çevrilən məlumat L.Hacıyevanı və onun ucuz işçi qüvvəsi hesab olunan ALP-nin sədr əvəzi Əvəz Temirxanın kürkünə birə salıb. Onlar özlərini müdafiə etmək üçün uğursuz cəhdlər göstərirlər. Ancaq səsləndirdikləri ifadələr ziddiyyətli olduğundan, özlərini daha da pis vəziyyətdə qoyurlar. Amma bir məsələni xatırlatmaq üçün, qeyd etmək lazımdır ki, 1995-1996-cı illərdə hələ də siyasi düşərgədə sürünən indiki müxalifətin yaramazlığı barədə "Səs" qəzeti silsilə yazılar dərc edən zaman L.Hacıyevanın da, qaranlıq fəaliyyətindən söhbətlər açmışdır. Konkret olaraq, L.Hacıyevanın Sankt-Peterburq şəhərində "KQB"-nin kapitan rütbəli zabiti kimi qeydiyyatda olduğunu qeyd etmişdik. Eyni zamanda, nə L.Hacıyevanın Sobçakın qeyd kitabında adının "Madam" olduğunu bildirmişdik. Çox təəssüf ki, o zaman L.Hacıyeva hay-küy qaldırıb, "Səs" qəzeti haqqında reallıqdan çox-çox uzaq olan ittihamlar səsləndirmişdi. Bununla kifayətlənməyən L.Hacıyeva məhkəməyə də müraciət etmişdi. Ancaq məhkəmə L.Hacıyevanın iddiasının əsassız olduğunu bildirərək, iddia ərizəsini rədd etmişdir. Məhz bundan sonra da, sakit dayanmayan "Madam" ləqəbli "KQB" agenti qəzetimiz haqqında qeyri-ciddi ittihamlarını davam etdirmişdi. Maraqlıdır ki, o zaman Müsavat başqanı İ.Qəmbərov, digər əqidə yoldaşları kimi, L.Hacıyevanın agent olmadığını sübut etmək üçün uğursuz səylər göstərmişlər. Ona görə ki, o zaman İ.Qəmbərovla L.Hacıyevanın maraqları üst-üstə düşmüşdür. Amma indiki siyasi proseslərdə, Müsavat başqanı ilə "MBH" sədrinin maraqları kəsişdiyindən, mövqeləri də dəyişib. Məhz buna görə də, İ.Qəmbərov o zamankı mövqeyindən fərqli mövqe nümayiş etdirməyə başlayıb. Yəni "Səs" qəzetinin zamanında yazdığı faktları bu gün İ.Qəmbərov təkrar etməyə başlayıb. L.Hacıyeva isə, Müsavat başqanı ilə bağlı yalnız söz yığınından başqa, bir şeyə yaramayan fikirlər səsləndirir. Məhkəməyə isə, müraciət etməkdən çəkinir. Yalnız ALP-nin sədr əvəzi Əvəz Temirxan vasitəsi ilə problemi aradan qaldırmaq üçün masa arxasında oturmağa hazır olduğunu bildirir. Bu isə, zəiflikdən və qorxaqlıqdan başqa bir şey deyil. Hər halda, gəlinən qənaət bunu deməyə əsas verir.

Digər xəbərlər