PDF Oxu

Müxalifət

  • 7

"Azadlıq" bloku dağılır

"Azadlıq" bloku dağılır
Radikal müxalifət daxilindəki kütləvi iflas və dağılma prosesi, hər şeydən əvvəl, bu siyasi riyakarlar düşərgəsinin nə qədər çürük və arxiv tullantısına çevrildiyini nümayiş etdirir. Demək olar ki, radikal müxalifət, sözün əsil mənasında, sökülməkdədir. ADP iki yerə parçalanandan sonra, çoxları Rəsul Quliyevin ADP adına iddia edəcəyini düşünürdü. Amma keçmiş ADP sədri öz partiyasına "Açıq Cəmiyyət" adı verməklə, cəmiyyətdə nə qədər keçmiş korrupsioner və "siyasi maşennik" varsa, hamısını öz partiyasına səslədiyini nümayiş etdirdi. Bu dağılma prosesində, indi də növbə "Azadlıq" blokuna çatdı. Hamı yaxşı bilir ki, onsuz da uzun müddətdən bəri siyasi meyitə çevrilmiş bu blok, əslində, elə ölü qurum kimi "fəaliyyət" göstərirdi.
Yarandığı gündən başlayaraq, daima blok üzvləri açıqdan-açığa, məqam düşən kimi, bir-birinə qarşı barışmaz düşmənçiliklərini ortaya qoyur və nifrətlərini büruzə verirdilər. Blokun "zibili" son bələdiyyə seçkiləri ərəfəsində Müsavatla digər blok üzvləri arasında kimin daha çox namizəd irəli sürməsilə bağlı yaranmış və seçkilərdən sonra Müsavat parlamentinin işinə qatılmaqla bağlı qərar qəbul edərək, "Azadlıq" blokunu tərk etmişdi. Lakin istənilən adam bizimlə razılaşar ki, "Azadlığ"ın şər-böhtan və intriqalar üzərində qurulmuş "tifaqı", ADP-nin keçmiş sədri Rəsul Quliyevin son dərəcədə rüsvayçı "qayıdış şousu"ndan sonra sürətlənməyə başladı.
Əslində, bütün ümidlərini vəzifədə olarkən, cinayətlər törədərək, dövlət əmlakını talamış bir şəxsə bağlamış bu siyasi xəstələrin iflası elə ilk günlərdən məlum idi. 2005-ci ildən bu günə kimi əməlli-başlı çökən blok qarşıdakı parlament seçkiləri ərəfəsi yalnız üzvlər arasında intriqa mərkəzinə çevrildi. Onsuz da hamıya aydın idi ki, "Azadlıq" bloku elə əvvəldən bir-birinə qarşı düşmən kəsilmiş radikal müxalifətçilər üçün siyasi "razborka" vasitəsinə çevriləcək.
Kimin kiminlə nə düşmənçiliyi var idisə, onu blok daxilində reallaşdırırdı. ADP-nin parçalanmasından və blokdan çıxarıldıqdan sonra isə, hər şey daha çılpaq şəkildə cərəyan etməyə başladı. İndi "MBH" rəhbəri Lalə Hacıyeva ilə AXCP (i) sədri Əli Kərimov arasındakı qarşıdurma, blokun tamamilə dağılmasını gündəmə gətirməkdədir. Belə ki, bu iki radikal müxalifət partiyasının rəhbərləri, açıq-aşkar kimin növbəti parlament seçkilərində daha çox üstünlük əldə etmək uğrunda vuruşmağa başlayıblar.
Fikir verin, artıq onlara bu blok lazım deyil. Çünki hər iki radikal partiya rəhbəri kimin daha "güclü olması"na dair vuruşurlar. "Azadlığ"ın yarandığı gündən bu günə kimi dağılması prosesinin ilkin işarəsini də ALP-nin lideri Lalə Hacıyeva açıqlayıb.
Ə.Kərimovun siyasi iddialarını donkixotluq kimi qiymətləndirən L.Hacıyeva, mətbuata açıqlamasında, açıq şəkildə bəyan edib ki, artıq baş verən proseslər blok çərçivəsindən kənara çıxıb və bu proseslər fonunda "Azadlıq" blokunda birgə fəaliyyət mümkünsüz xarakter almağa başlayıb: "Bir çoxları, elə zənn edirlər ki, hamı onların oynadıqları havayla oynamalıdırlar. Amma yanılırlar. Çünki hər şey onların iddia etdikləri kimi deyil, tamam başqa prizmada inkişaf edir. Açıq deməliyəm ki, blokun bu vəziyyətə düşməsi Ə.Kərimovun intriqaçı fəaliyyətinin nəticəsidir. İndi ona "Azadlıq" bloku lazım deyildir. Yəqin ki, AXCP (i) sədri yaxın vaxtlarda, iddialarının keçmədiyi blokla münasibətlərini yenidən nəzərdən keçirməli olacaq".

Digər xəbərlər