Müxalifət düşərgəsində kimdir güclü?
Hər zaman müxalifət düşərgəsində "bəy"lərin gülünc mübahisələrinin şahidi oluruq. Onlar hərəkətləri və tutduqları mövqe ilə özlərinə komik aktyor imici qazanıblar. Hətta bir müddətdən sonra biz radikal "bəy"lərin, xüsusən də, Müsavat başqanı İsa Qəmbərovun, AXCP (i) sədri Əli Kərimovun, ALP-nin sədr əvəzi Əvəz Temirxanın və bir neçə onlar kimi radikalların komik teatr yaradacaqlarının da şahidi olacağıq.
Müxalifətçilər cəmiyyətdə heç bir zaman güclü mövqe nümayiş etdirməyib, yüksək səviyyəli nüfuz qazanmayıblar. Lakin bununla belə, utanmayaraq zaman-zaman onların dilindən "mən güclüyəm" sözləri səslənir. Onların hansı işlərinə görə bu cür sözlər danışması və belə fikirlər düşünməsi maraqlıdır. Hazırda müalifətçilər arasında gedən mübahisələrin geniş yayılmış səbəblərindən biri də onların öz aralarında kimin güclü olmasını aydınlaşdırmaqdır. Belə ki, AXCP (i) sədri Əli Kərimov bəyan etmişdi ki, "mən müxalifət düşərgəsində əvəzolunmaz liderəm". Bu söz ona baha başa gəldi,ona görə ki, bu fikirlərindən sonra ona qarşı "bəy"lər qətiyyətli olaraq, sərt addım atdılar və onu tənqid etdilər. Ə.Kərimov isə o qədər aciz vəziyyətə düşdü ki, bu tənqidlərə qorxusundan cavab verə bilmədi. Arxasında dayanılmayacaq sözün danışılmaması yaxşıdır!
Bu səbəbdən, başlamış və heç səngimək bilməyən mübahisəyə yaxın zamanlarda isə Müsavat başqanı yeni bir alov püskürdü. Belə ki, İsa Qəmbərov müxalifətçilərin əksəriyyətini yalançılıqda günahalandırdı və bildirdi ki, müxalifət düşərgəsində yeganə güclü partiya Müsavat partiyasıdı və yeganə lider də yalnız özüdü. Bu yalan sözə gülənlərin sayı, əlbəttə ki, çox oldu. İ.Qəmbərovun özü də, partiyası da pis vəziyyətdədi. Bu, qaçılmaz faktdı. Bu faktları görərək, İsa "bəy"in belə bir fikir söyləməsi, onu yenə də nüfuzdan salıb və ona yalançı deyənlərin sayını artırıb. Ə.Kərimova qarşı olduğu kimi, İsa Qəmbərova qarşı da radikallar sərt çıxışlar etdilər. Məhz Müsavat başqanın bu sözlərindən sonra ALP-nin sədr əvəzi ona elə tənqidi fikirlər söyləyib ki, İ.Qəmbərov indi bilmir ki, hansına cavab versin. Hazırda təkcə ALP rəhbərliyi deyil, bir çox müxalifət partiyalarının rəhbərləri İsa "bəy"ə qarşı düşmən mövqedədirlər.
Ə.Temirxan isə İ.Qəmbərovu tənqid edəndən sonra, söyləyib ki, lider adını almağa yeganə layiq olan müxalifətçi məhz onun özüdür. Hətta bu sözü deyəndən sonra, Əvəz Temirxana etiraz olaraq iclası yarımçıq tərk edənlər də olub. Hətta iclas keçirilən zalda ALP-nin sədr əvəzinin bu sözlərinə görə gülüş səsləri də eşidilib.
Radikalların bu fikirlərinin nə dərəcədə əhəmiyyətsiz, yararsız, lazımsız olduğu hamıya məlumdur. Onlar bir məsələni qətiyyətli olaraq, bilməlidirlər ki, aralarında və ümumilikdə, müxalifət düşərgəsində, birmənalı olaraq, heç kim güclü və lider deyil.