PDF Oxu

Müxalifət

  • 10

İsa Qəmbərov Qərbə, yoxsa Rusiyaya işləyir?

İsa Qəmbərov Qərbə, yoxsa Rusiyaya işləyir?
Həmkarlarını başqa dövlətlərin agenti olmaqda ittiham edən dağılmış Müsavat partiyasının başqanı İsa Qəmbərov kimin, daha doğrusu, kimlərin maraqlarına xidmət edir, bu, məlum deyil.
Təbii ki, hər kəsə bəlli olduğu kimi, Azərbaycanda ölkəmizin, xalqımızın adına ləkə gətirən və millətimizin maraqlarına xidmət etməyən müxalifət partiyaları mövcuddur. Əslində, müxalifət partiyaları xalqa və vətənə müxalif olmamalıdırlar. Bu cür hərəkətlər xalqı və ölkəni sevməməkdən irəli gəlir. Təəssüf ki, Azərbaycanın radikal müxalifəti bu cür hərəkətlərə yol verir. Yəni heç zaman müxalifətçi "bəy"lər xalqımızın maraqlarına xidmət edəcək bir iş görməyiblər. Belə olan tədqirdə, bu cür müxalifət partiyalarının fəaliyyət göstərməsi lazımdırmı? Xarici qrantlar hesabına özlərini siyasət aləminə sırıyan İ.Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan kimi "bəy"lər bu ölkə, bu xalq üçün hansısa işləri görüblər? Onlar Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq əvəzinə, Azərbaycan haqqında dünya ictimaiyyətində mənfi rəy yaradırlar. Belə ki, həm müxalifətçi "bəy"lər, həm də onlardan çirkin əməllərinə görə geri qalmayan üzdəniraq "hüquq müdafiəçiləri" hər zaman çalışırlar ki, ölkəmizi dünya birliyində gözdən salsınlar, respublikamızda baş verən uğurlara kölgə salmağa çalışırlar. Lakin öz çirkin əməllərinə nail ola bilmirlər. Çünki dünya birliyi, beynəlxalq ictimaiyyət də radikal "bəy"lərin hansı əqidə sahibi olduğunu çox gözəl dərk edir. Necə deyərlər, sirkə nə qədər tünd olarsa, öz qabını çatladar. Artıq radikal müxalifət partiyaları çoxdan çat veriblər. Görəsən, budurmu İsa, Əli, Rəsul, Əvəz kimi "bəy"lərin vətəndaşlıq mövqeyi? Onlar bunumu siyasi fəaliyyət hesab edirlər? Xalqa, ölkəyə sərf olunmayan siyasət siyasət deyil. Gərək bunu radikal "bəy"lər çoxdan anlayaydılar. Anlamayıblarsa (və ya anlamaq istəməyiblərsə), bu, onların ən böyük səhvidir. Daha doğrusu, bağışlanılmaz günahlarıdır. İndi radikal müxalifət düşərgəsi GÜNAH, ƏZAB, BÖHRAN içindədir.
AXCP (i) sədri Ə. Kərimov hələ də partiyasının qurultayını keçirə bilmir. Daha doğrusu, kiminlə və nə ilə keçirsin ? Partiyanın rəhbər heyəti (Qulamhüseyn Əlibəyli, Fuad Mustafayev, Cəmil Həsənli və s.) çoxdan AXCP (i) sıralarını tərk ediblər. Çünki onlar (AXCP (i)-çilər) Ə. Kərimovun siyasətinin doğru olmadığını anladılar. Əli "bəy"in gənclər siyasətindən danışmağa dəyməz. Çünki "Yurd" şefi AXCP (i)-çi gəncləri öz çirkin siyasətinin qurbanına çevirib. Buna görə də gənclər AXCP (i) sıralarını tərk ediblər.
Müsavat başqanı İ.Qəmbərov isə həmişə özünü qəribə aparır. Bir zaman Qərbyönümlü Ukrayna prezidenti Viktor Yuşşenkonu təbrik edən İsa "bəy" bununla Qərbə, xüsusən də, ABŞ-a (xatırladaq ki, Müsavat yetkililəri hər dəfə keçirdikləri mitinqlərdə əllərində Birləşmiş Ştatlar prezidentinin şəkilini tuturdular) yarınmaq istəyindən irəli gəlir. İndi isə, İ. Qəmbərov Rusiyayönümlü Viktor Yanukoviçi prezident seçilməsi münasibət ilə təbrik edir. Məlumata görə, Müsavat başqanı yaxın zamanlarda Rusiyaya səfər edəcək. Burada maraqlı cəhət bundan ibarətdir ki, görəsən, İ. Qəmbərov Qərbə (xüsusən, ABŞ-a), yoxsa Rusiyaya işləyir? Ancaq İsa "bəy" gərək anlasın ki, bu hərəkətləri ilə o, heç nə QAZANMAYACAQ. Necə ki, neçə illərdir o, məğlubiyyətdən başqa heç nə qazanmayıb.

Digər xəbərlər