PDF Oxu

Müxalifət

  • 14

Müxalifət seçkilərə pərakərdə və dağınıq halda gedir

Müxalifət seçkilərə pərakərdə və dağınıq halda gedir
Məlum olduğu kimi, müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri hər seçkiərəfəsi müxtəlif metodlara əl atırlar. Bu  metodlardan istifadə olunmasında məqsəd özlərinə rəqib olanları aradan götürməklə öz imkanlarını daha çox genişləndirmək və yolları üstünə çıxmaq istəyən şəxsləri özlərindən uzaqlaşdırmaqdır. Maraqlı məqamlar isə ondan ibarətdir ki, qarşıdakı parlament seçkiləri ərəfəsi də daha çox düşərgə daxilində özlərini "lider" formasında göstərməyə çalışanlar, nəyin bahasına olur-olsun, təmsil olunduqları partiyalarada daxili əngəllərini aradan çıxarmaq məqsədilə bu prinsiplərdən istifadə edirlər.
"Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu parlament seçkiləri ərəfəsi düşərgədə baş verən partiyalararası qarşıdurmalara aydınlıq gətirərək bildirib ki, aparılan mübarizədə, tam şəkildə demək olmaz ki, hansısa partiya sədri mütləq qalib olub: " İstənilən uğur müvəqqəti xarakter daşıyıb. Belə ki, müəyyən zaman kəsiyindən sonra nisbətən irəliləyən partiya sədri, sonradan əks-mövqeyinə qayıtmalı olub. Bu, nöqteyi-nəzərdən, müxalifət düşərgəsində hər zaman partiya sədrləri arasında çəkişmələr baş verib. Təbii ki, mövcud qarşıdurmalar, ümumilikdə, müxalifətin ziyanına işləyib. Həmçinin, ictimai rəyin dəstəyindən məhrum olan müxalifət başbilənləri sıravi üzvlərin də onlardan uzaqlaşmalarına səbəb olublar. O cümlədən, Müsavat başqanı İsa Qəmbərov, ADP sədri Sərdar Cəlaloğlu kimilər cəmiyyət üçün qəbuledilməz qüvvəyə çevrilib".
Deyilənlərlə həmfikir olduqlarını bildirən Müsavat partiyasının Sabirabad rayon təşkilatının üzvü Elsevər Hətəmov, Şahin Əliyev və Fərasət Zahidov "Səs" qəzetinə verdikləri açıqlamalarında bildirib ki, müxalifət artıq tükənib, onların buraxılmasına ehtiyac var: " Bu gün müxalifət liderləri meydanda tək qalıblar. 5-10 nəfər ətraflarında olanlar da onlardan üz döndəriblər. Müxalifət bölgələrdə seçkilərə start verilməmiş yenə də iyrənc adlarla yaratdıqları blok və ya birliklər adı altında, insanlara yalan vədlər verməklə xəyallarının gerçəkləşdirmək istəyirlər: "Belə vədlər verən "AXP"-nin keçmiş sədri Pənah Hüseynov da çox işlər görəcəyini deyirdi. Nəticəsi nə oldu? Nə etdisə, öz şəxsi istəklərini həyata keçirmək oldu.
R.Arifoğlu Sabirabad müsavatçılarının sözlərini təsdiqləyərək bildirib ki, bəzi partiya sədrləri seçki ərəfəsi hay-küy yaratmaqla diqqət mərkəzinə çevrilməyə daha çox səy göstərirlər. "Yeni Müsavat" yazarının sözlərinə görə, müxalifət liderləri bölgələrdə qruplar şəklində iğtişaşlar yaratmaq, mərkəzdə isə, kütləvi aksiyalar keçirilməyi planlaşdırır. S.Cəlaloğlu, P.Hüseynov bildirirlər ki, "biz, bu seçkilərdən öz maraqlarımızın təminatı üçün yaranan hər cür üsullardan istifadə etməliyik və müxalifətdən bizə dəstək verən olmasa, onlar xəyanətkar və satqın kimi ifşa olunacaqlar".
R.Arifoğlu İ.Qəmbərovun ifrat dərəcədə radikallıq nümayiş etdirməsinin partiya üçün acınacaqlı nəticələrə səbəb olacağı qənaətindədir. Onun sözlərinə görə, cəmiyyət, eləcə də, müxalifət düşərgəsində təmsil olunan sıravi müxalifət üzvləri radikallığı qətiyyətlə rədd edirlər. Ona görə də, AXCP(i), Müsavat, ADP kimi partiya sədrləri siyasi fəaliyyət istiqamətlərini məlum olmayan səbəblərdən daha da kəskinləşdirməsi həmin partialar üçün arzuolunmaz nəticələrlə yekunlaşa bilər: "Müsavatın əksər rayon təşkilatları ictimai sifarişə uyğun olaraq, İ.Qəmbərovla birgə siyasi mübarizəyə son qoyacaqları qənaətindəyəm. Bu, reallıqdır, düşünürəm ki, özünü siyasətçi hesab edən hər bir şəxs bu reallığı qəbul etməlidir."

Digər xəbərlər