PDF Oxu

Müxalifət

  • 12

Əli Kərimov müxalifət düşərgəsində təklənib

Əli Kərimov müxalifət düşərgəsində təklənib
Hər zaman siyasi səriştəsizliyi, qeyri-dəqiq siyasəti, səhv addımları ilə tanınan AXCP (i) sədri Əli Kərimov bu hərəkətlərinin cavabı olaraq, sonda müxalifət düşərgəsində, radikallar, "bəy"lər tərəfindən təklənib. Bu təklənmə Ə.Kərimovu çox ağır vəziyyətə salıb. Məlumdur ki, müxalifət düşərgəsində təmsil olunan partiyaların rəhbərliyinin iş fəaliyyətində bir məqsədləri var ki, onlar bir-birlərinə quyu qazmaqla məşğul olurlar. Bu dəfə qazılan quyuya "Yurd" şefi Ə.Kərimovu salan radikal "bəy"lər onun bu ağır vəziyyətinə ləzzətlə tamaşa etmək istəyirlər. Bu tamaşalara baxa-baxa onlar hələ də başa düşə bilmirlər ki, ardıcıl olaraq tezliklə onlarda eyni aqibəti yaşayacaqlar. Ə.Kərimovun müxalifət düşərgəsində təklənməsinin səbəblərindən biri və demək olar ki, birincisi, onun digər müxalifətçilərə qarşı tutduğu sərt və illər boyu davam edən dəyişməz münasibəti, mövqeyidir. Belə ki, Ə.Kərimovun uzun zamandır ALP-nin sədr əvəzi Əvəz Temirxanla, Müsavat başqanı İsa Qəmbərovla, "MBH" lideri Lalə Hacıyeva ilə, "Ümid" partiyasının sədri İqbal Ağazadə ilə yürütdüyü qalmaqallar hələ də səngimək bilmir. Bu qalmaqalların əsasında isə Əli Kərimovun özünü müxalifətçilər arasında lider kimi göstərmək niyyəti dayanır. Amma radikal "bəy"lər AXCP (i) sədrinin lider olmaq arzusunu tənqidi fikirlərlə qarşılayır və onun liderlik qabiliyyətinin qətiyyən olmadığını, idarəçilik fərasitindən təmamilə uzaq olduğunu söyləyirlər. "Yurd" şefi müxalifət düşərgəsində at oynatmaq istəsə də, bunun mümkün olmadığını özüdə açıq şəkildə görür, lakin deyəsən, dərk edə bilmir. Onun səsləndirdiyi hər bir fikrə tezliklə sərt və qəti şəkildə cavab verilir. Belə ki, Ə.Temirxan Əli Kərimovu hər zaman yalan danışmaqla günahlandırır. İsa Qəmbərov isə bildirir ki, Ə.Kərimov heç AXCP (i)-ni idarə etməyi bacarmır, necə ola bilər ki, bütün müxalifət düşərgəsinin lideri olsun?! "MBH" lideri Lalə Hacıyeva da öz müxalifətçi "dostlarına" qarşı, hər zaman olduğu kimi, çox ciddi tənqidlərlə yanaşmaqla məşğuldur. O, nəinki Ə.Kərimovu, həmçinin Müsavat başqanını və digər "bəy"ləri də tənqid atəşinə tutub və onları müxalifətin üz qarası adlandıraraq, bildirir ki, onların siyasi səriştəsizliyi nəticəsində hazırda müxalifət düşərgəsi aciz durumda qalıb. Artıq bütün güclərinin, imkanlarının tükəndiyini müxalifətçilər özləri də etiraf edirlər. Əslində, onların heç bir zaman gücü, qüvvəsi və xalq tərəfindən dəstəyi olmayıb. İndi isə bu gücsüzlük onların özlərinə də bəlli olub. Hazırda müxalifət düşərgəsinin hər bir nümayəndəsinin dilindən gücsüz, çarəsiz, zəif olduqlarını ifadə edən cümlələr eşidilir.

Digər xəbərlər