PDF Oxu

Müxalifət

  • 9

Çirkablı müxalifətin çirkin niyyəti

Çirkablı müxalifətin çirkin niyyəti
Müxalifət yenə də öz çirkin əməllərindən, niyyətlərindən əl çəkmir. Sanki radikallar ağa qara deməyə and içiblər. Onların yalnız bir məqsədi var, bu da günü-gündən inkişaf edən dövlətimizi nüfuzdan salmaq, yalnız dövlətçiliyimizə şər-böhtan atmaqdan ibarətdir.
Xalqın nifrət hədəfində olan "bəylər"-AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, ADP sədri Sərdar Cəlaloğlu, "MBH" lideri Lalə Hacıyeva və başqa bu tip siyasi oyunbazlar beynəlxalq təşkilatlara yanlış informasiyalar satmaqla həm özlərini gündəmdə saxlamaq, həm də 5-10 manat pul qazanmaq istəyirlər. Görəsən, avropalı cənablara satılan və onlardan tulapayı alan radikal "bəylər" hansı üzlə yenidən qarşıdan gələn bələdiyyə seçkilərinə qatılıb-qatılmamaları arədə düşünürlər? "Utanmasan, oynamağa nə var ki atalar gözəl deyib. Ancaq bu sözü eşidən, ikinci dəfə etdiyi qələti etmir.
Görünür, bu "bəylər" dərk etmək qabiliyyətinə malik deyillər. Belə olmasaydı, anlayardılar ki, xalq onları 2003-cü ildən tamamilə birdəfəlik arxivə atıb. Bunun nəticəsidir ki, müxalifətin "iqtidar olmaq" niyyətləri ürəklərində qalıb. Sözsüz ki, xalq kimin kim olduğunu yaxşı bilir. Xalq bilir ki, vətən xaini olan bu "bəylər"i hakimiyyətə gətirmək ən böyük günah olar. Çünki Ə.Kərimovun, AXCP (i) sədri Müsavat başqanı İ.Qəmbərovun hansı "yuvanın quşu" olduğunu xalq yaxşı bilir. Məhz həmin "bəylər" siyasi hakimiyyətdə olanda, onların yarıtmaz siyasəti, bacarıqsız idarəçiliyi dövründə torpaqlarımız işğala məruz qaldı. 1992-ci il may ayının 8-də Qarabağımızın gözəl guşəsi olan Şuşamız, may ayının 17-sində isə Laçınımız erməni işğalçılarına verildi. Beləliklə də, 20 faiz torpağımız düşmən tapdağı altında qalmaqla yanaşı, bir milyondan artıq soydaşlarımız doğma yurd-yuvasından didərgin düşdü. Budur radikal "ağa"ların "fəaliyyəti", budur onların siyasi bacarıqsızlıqları, budur onların satqınlığı.
Elə bu satqınlığını gizlətmək üçün müxalifət hər dəfə ölkəmizdə keçirilən referendum və seçkiləri qeyri-demokratik adlandırır. Görəsən, haqq-ədalətdən uzaq olan və eləcə də, demokratiyanın nə olduğunu bilməyən azğınlaşmış "bəylər" hadisələrə necə obyektiv qiymət verə bilər? Əslində, ölkəmizdə keçirilən bütün seçkilər, ümumxalq səsvermələri tam demokratik şəkildə həyata keçirilib. Bunu beynəlxalq təşkilatlar da təsdiqləyir. Bu da bir daha onu sübut edir ki, xalq radikalların seçkiləri boykot çağırışlarına əhəmiyyət verməyib, güclü dövlət naminə ölkədə keçirilən demokratik seçkilərə səs verib. Görəsən, bütün bu olanlardan sonra MƏĞLUB "bəylər", yenidən parlament seçkiləri ərəfəsi hansı çirkin əməllərə əl atmaq istəyir? Amma çirkaba bulaşmış müxalifətin çirkin əməllərindən əl çəkməsi də mümkünsüzdür. Çünki necə deyərlər, itin tövbəsi olmaz.

Digər xəbərlər