PDF Oxu

Müxalifət

  • 8

Müsavat şərtlə danışır

Müsavat şərtlə danışır
Müxalifətdaxili münasibətlərin get-gedə gərginləşdiyi göz qabağındadır. Bunların davaları da bu il keçiriləcək növbəti parlament seçkilərinə yönümündədir. Görünür, bu "badbaxtlar" elə zənn edirlər ki, bu günə kimi, seçkilərdə biabırçı uğursuzluqla üzləşiblərsə, bəlkə parlament seçkilərində nəyəsə nail ola bildilər. ASDP həmsədri Zərdüşt Əlizadənin "Səs" qəzetinə verdiyi açıqlamasında dediyi kimi, "müxalifət 17-18 ildir ki, boş xülyalarla yaşayır. Bu gün yenidən seçkilərə qatılmaq istəyilə yaşamaları həyasızlığın nə qədər çox olmasını göstərir. Lakin onlar bilmirlər ki, bugünkü müxalifətin qatarı AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu vaxtdan çıxıb kedib. İndi bambılı kimi ortaya atılıb "biz də siyasətdəyik" fikrində olmaları ancaq və ancaq ağılsızlıqdan başqa bir şey deyil". Z.Əlizadə onu da vurğulayır ki, bu ağılsızlığın ucbatından radikal düşərgədə partiya sədrləri it-pişik kimi didişərək "nüfuz uğrunda" razborkaya girib. ASDP həmsədri, onu da bildirir ki, hər seçkidən sonra radikal partiya rəhbərləri bir-birinin əleyhinə daha kərgin şəkildə mübarizə aparmağa başlayırlar: "Elə 2008-ci ildə prezident seçkiləri ərəfəsi "MƏM"-i yaradarkən, bu qurum ətrafında yaranan qızğın müzakirələr sonradan düşərgədaxili yeni situasiyanı ortaya çıxartdı. Sonra da bələdiyyə seçkiləri ərəfəsi "Qarabağ və Respublika Uğrunda" hərəkatı yaratdılar, nəticəsi nə oldu? Həmişə olduğu kimi... Açıq demək lazımdır, radikal müxalifətin siyasi mövcudluğu və siyasi varlığı, məhz düşərgədaxili qarşıdurmadan asılıdır. Görün müxalifət daxilindəki böhran necə gərginləşibsə, hətta bir sıra "hüquq müdafiəçiləri" də, neçə illərdir ki, davam etdirdikləri "öz fəaliyyət"lərini dayandırıblar. Elə buna görədir ki, onlar daha əvvəlkp kimi AŞPA-dakıların zəhləsini tökə bilmirlər. Çünki daha nə deyiləsi yalan, nə də söyləniləsi böhtan qalmayıb. Bir də, kim nə deyir desin, müxalifətin taleyi və özünü siyasi baxımdan sığortalaması, məhz bir-birinin əleyhinə aparılan mübarizə üzərində qurulub. Bunlar bircə gün hay-küy qaldırıb, dava-dalaş eləməsələr, Andreas Herkeldən tutmuş dikər müxalifətpərəstlərə qədər heç kim müxalifətin varlığından bircə gün də olsa xəbər tuta bilməz. Heç bir qəzet bunları öz axırıncı səhifəsinin küncünə də qoymaz. Guya bilmirlər ki, bunların kitabı bütün mənalarda çoxdan bağlanıb! Z.Əlizadə onu da bildirir ki, seçkiərəfəsi radikal partiya liderlərinin dava-dalaşı, əsasən, hansısa ad ətrafında birləşməklə bağlıdır. Onun sözlərinə görə, düşərgədə ən çox hay-küyə səbəb olan L.Hacıyeva ilə Ə.Kərimovun yenidən "Azadlıq" adı altında birləşməyə təkid etmələri, AMİP-lə Müsavat rəhbərlərinin isə bu məsələyə qarşı qəti etirazlarıdır: "Sözsüz ki, onlar gözəl anlayırlar ki, ötən prezident seçkilərinə qoşulmaqdan imtina edərək, əslində, siyasi iflaslarını ortaya qoydular. Bu gün isə yaranmış siyasi vəziyyətdən daha səmərəli istifadə etmək üçün müxalifət liderləri parlament seçkiləri ərəfəsi özlərini "yeni mərhələnin ana müxalifət" lideri kimi təqdim etməyə çalışmağa səy göstərir. Buna daha çox səy göstərən müxalifətin "çoxbilmiş" rəhbərlərindən biri sayılan Ə.Kərimovdur. Ona görə də, "Yurd" şefi prezident seçkilərindən sonra parlament seçkisi ilində tamamilə iflas durumda olan müxalifətdə təşəbbüsü ələ almaq və özünü həm ictimaiyyətə, həm də beynəlxalq təşkilatlara müxalifətin "vahid lideri" kimi təqdim etməyə çalışır. İstər 2008-ci ildəki prezident sçkilərində, istərsə də, 2009-cu il bələdiyyə seçkilərində bu məsələ alınmadığından, Ə.Kərimov, məhz parlament seçkisi ilində öz "layihəsini həyata keçirmək" istəyir. Amma ataların söylədiyi kimi, sən saydığını say, gör Müsavat başqanı nə sayacaq. Çünki eşitdiyimə görə, İ.Qəmbərov boş-bekar durmur. Müsavat Məclisinin sədri Sülhəddin Əkbər mətbuatda açıqlamasında bildirib ki, müxalifətin yeni mərkəz ətrafında birləşməsi mümkünsüzdür. O, həmçinin, "Azadlıq" adı altında birləşməyə də qəti etiraz edib və bəyan edib ki, ancaq onların şərtlərini qəbul etdikləri təqdirdə, Müsavat əməkdaşlıq üçün danışıqlara kedə bilər. Bütün bunlar, onu göstərir ki, müxalifətin birliyindən danışanlarda ağıl deyilən bir şey yoxdur. Çünki müxalifətdə olanların çoxu riyakar və saxtakarlardır. Belə xislətli adamların birliyi mümkünsüzdür. Amma körünən reallıq odur ki, onların bütün səyləri özləri kimi çox cılız və səviyyəsizdir. Bu, belə də olmalıdır. Bir də, neçə illərdir ki, Müsavatın və İsa Qəmbərovun ayaqlar altına atdığı, sağa-sola xərclədiyi "KAXCP" sədri Mirmahmud Fəttayev və eyni dərəcədə Müsavata nifrət edən ADP sədri Sərdar Cəlaloğlu heç vaxt İsa bəyin "tikdiyi torbaya" düşməzlər! Bunu başqan da yaxşı bilir. Ancaq bir siyasətçi kimi, bugünkü müxalifətin "bərkgedənlərinə", o cümlədən, İsa Qəmbərova məsləhət görərdim ki, boğazdan yuxarı danışmaq, yalan vədlər vermək və nəhayət, şərtlər dövrü çoxdan keçib. Nə qədər gec deyil, gedib bacardıqları işlə məşğul olsunlar".

Digər xəbərlər