PDF Oxu

Müxalifət

  • 14

AXCP (i)-nin qara günləri başlayır

AXCP (i)-nin qara günləri başlayır
Müxalifət partiyaları daim faciəvi həyat yaşamağa, gülünc vəziyyətlərə düşməyə adət ediblər. Bu adət onların ən müqəddəs, unudulmaz, ən ali adətləridir. İstər Müsavat partiyası, istər ADP, istər AMİP, ALP kimi partiyaların rəhbərlikləri öz mənfi əməlləri müqabilində ağır həyat şəraiti yaşayıblar. Elə bu baxımdan AXCP (i) də onlardan geri qalmayıb, davamlı olaraq qara günlərini yaşayır.
Qeyd edək ki, AXCP (i)-nin qurucuları olmuş şəxslər partiyadan istefa verərək, Əli Kərimdan ayrılıblar. Şahidi olduq ki, Qulamhüseyn Əlibəyli də bu partiyadan ayrıldı və "Aydınlar" partiyası yaradaraq, AXCP (i)-dən ayrıldığını sübut etdi. Bu partiyanın daxilində o qədər mənfi hallar, çətin vəziyyətlər hökm sürməkdədir ki, saymaqla bitirmək olmur. AXCP (i) sədri Ə.Kərimov digər müxalifət partiyalarına da düşmənçilik münasibəti bəsləməklə özünə və rəhbərlik etdiyi partiyaya qarşı daha çox düşmən toplamağa çalışmaqdadır. Bu isə, təbii ki, ağılsız, düşüncəsiz, məntiqsiz hərəkətdi. Buradan açıq-aydın görünür ki, "Yurd" şefinin belə yersiz hərəkətlərini görən partiya üzvləri, onunla bir cəbhədə olmaq, onun rəhbərlik etdiyi partiyada təmsil olunmaq istəmirlər. Məhz Ə.Kərimovun siyasi səriştəsizliyi nəticəsində, Ə.Kərimovun, hətta partiya üzvləri ilə düşmənçilik etdiyini bildirirlər. Onlar partiya sıralarına bir daha qayıtmamaq üçün ayrıldıqlarını da xüsusi vurğulayırlar.
Partiyanın daxilində davam edən mənfi halları sadalayarkən, qeyd etməliyəm ki, AXCP (i)-nin idarə heyəti həftə ərzində bir dəfə iclas keçirməlidisə, son 5 ayda bu, müşahidə edilməyib. Ə.Kərimovun özünü rəhbərliyi ilə partiya daxilində problemləri müzakirə etmək, qərarlar qəbul etmək, qərarların icrasını təmin etmək məqsədilə iclas keçirilməsinin vacib olduğu halda, 7 aydır ki, bu yöndə heç bir tədbir görülmür. Bu iclasların keçirilməməsi təbiidir. Çünki partiyada Ə.Kərimovdan və bir neçə nəfər partiyanı sevməyən, lakin xarici qrantlardan azda olsa pay alan insanlardan başqa heç kəs qalmayıb. AXCP (i) rəhbərliyi bu biabrçı vəziyyətin içində qalmaqdansa, partiyanın dağıldığını etiraf etsələr və artıq müxalifət partiyaları sırasında AXCP (i) adlı partiyanın olmadığını söyləsələr daha yaxşı olar.
Sonda bildirək ki, bu AXCP (i)-nin ağır günlərinə sevinən digər müxalifət partiyaları - Müsavat, ALP, AMİP və başqaları xaricdən partiya daxilinə müdaxilələr etməklə məşğul olurlar. Əslində, müxalifətçilərin hər zaman bir-birlərinin pis günlərinə sevinməsi, onlara qarşı yaranan mənfi münasibətlərə səbəb olan amillərdən biridir.

Digər xəbərlər