PDF Oxu

Müxalifət

  • 6

Müxalifətin tarixi ədavəti

Müxalifətin tarixi ədavəti
Adi bir hala çevrilmiş müxalifətdaxili dedi-qodular yenidən alovlanıb. İndi hər kəs bilir ki, müxalifət daxilində baş verənlərdə başlıca səbəb nədir. Ona görə də, istər-istəməz müxalifətin normal prnsipləri heç vaxt qəbul etməyən liderləri hansı maraq axtarışında olduqlarını hələ özləri də bilmir. Elə bu səbəbdən də müxalifət düşərgəsində baş verənlərdən heç nə anlamaq olmur. Amma bir məsələ tam çılpaqlığı ilə ayıdın olur ki, buraya toplaşmış şəxslər hansı məqsəd üçün var-gəl edirlər. İstənilən formada milli maraqları tapdalayaraq öz ideyalarını təmin etməyə hazır olan bu tiplər, Az8rbaycan cəmiyyətinin çoxdan vaxtı keçmişləridir. Bir həqiqət isə hələ də məlum deyil ki, əgər bunların vaxtı keçibsə, hansı səbəb görə hələ də mövcudluqlarını saxlayırlar. Məsələnin əsil köklərini də burada axtarmaq lazımdır. Bir prinsipi də unutmaq olmaz ki, müxalifətçilik adı altında gündə min oyundan çıxan şəxslər heç utanmadan da cəmiyyətin gözünə kül üfürməyə çalışırlar. Bir faktı da unutmaq olmaz ki, inkişafda olan Azərbaycan cəmiyyətinə müxalifətin avanturist ideyaları gərəksizdir. Ona görə də, indiki bir məqamda müxalifətin istənilən formada irəli sürmək istədiyi bütün iyrənc təkliflər cəmiyyətin sərt təpkisi ilə qarşılanır. Uzun müddət ümumi müxalifətin bütün təkliflərindən kənarda qalmış AXCP (i) ancaq şəxsi maraqlara xidmət etdiyi üçün onun mövcudluğu bir o qədər də nəzərə çarpmırdı. Amma bütün bu uyğunsuzluqları özündə ehtiva edən AXCP (i) və onun sədri Əli Kərimov indiki situasiyada daha çox gündəmdə qalmaq üçün var-gəl edir. Prtiyasının fəaliyyəti ilə bir o qədər də maraqlanmayan Ə.Kərimov heç olmasa bu pələng ilində daha çox şəxsi prinsiplərini gerçəkləşdirmək üçün istənilən bir oyun başlamaq üçün düşərgədə yeni bir qalmaqal yaratmağa çalışır. Çünki müxalifətdə olduğu bu 16-17 il ərzində riyakarlıqdan və partiyadaşlarına qarşı saxtakarlıqdan başqa bir iş görmədiyini yaxşı bildiyi üçün parlament seçkiləri ilində növbəti şou yaratmaq haqqındap düşünür. Ona görə də müxalifətin özünün də nifrət hissi ilə yanaşdığı Ə.Kərimov və onun oyuncaq komandası yaxşı bilir ki, artıq iflasın bir addımlığındadır. Çoxlarının gözləntsinin əksinə olaraq nə referendum, nə də bələdiyyə seçkiləri də müxalifəti birləşdirə bilmədi. Yeni qurumlar, bloklar yaratmaqda "usta "olan düşərgə təmtəraqla növbəti "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" yaratsa da, SİDSUH-un oxşarı olan bu qurum sələfi kimi ciddi imic qazana bilmədi. Qurum daxilində birliyin "səmiyyəti" o həddə idi ki, hərəkat bir deyil, bir neçə təşəbbüs qrupi ilə referendum prosesinə qatıldısa, nəticəsi boş oldu. Bu gün isə parlament seçkiləri ərəfəsi yeni birliklə fəaliyyət göstərəcəklərini bildirən Müsavat və AXCP (i) sədrlərinə qarşı çıxın ALP sədri Sərdar Cəlaloğla bu birliydən danışanlara nifrət etdiyinini söylədi. Bu fikirlərə şərik olan siyasi ekspertlər müxalifətin ciddi və səmimi birliyinin alınmamasını bildirir və belə hesab edirlər ki, müxalifət düşərgəsi hələ də öz şəxsi ambisiyalarınını giriftarı olublar. Belə ki, son illər ərzində keçirilən seçkilərdən sonra "Azadlıq" blokundan urvatsız şəkildə uzaqlaşdırılmış partiyaların yeni birliyindən danışmasına qarşı çıxan ADP sədri S.Cəlaloğlu düşərgədə Əli Kərimova, İsa Qəmbərova, Lalə Hacıyeva, İsa Qəmbərova qarşı allergiya yarandığını deyib. Bildirib ki, birliydən danışan İ.Qəmbərovla Ə.Kərimov arasında tarixi ədavət olduğu üçün bu istəyə nail olunmur. Müsavat-AXCP(i) arasında tarixi ədavət Vəhdət partiyasının sədri Tahir Kərimli isə "Səs" qəzetinə açıqlamasında Müsavatla AXCP (i) arasında mübarizənin tarixinin çox-çox əvvəl olduğunu bildirdi. Onun sözlərinə görə, AXC hakimiyyəti dövründə bu tiplər bir komandada təmsil olunsalar da, bir-biri ilə yola getməyən Əli Kərimov və İsa Qəmbərov tərəfdarları qısa müddətdə təmsil olunduqları hakimiyyəti çökdürdülər. Sonra bu qüvvələr müxalifət daxilində savaşmağa başladılar. 1995, 1998, 2000-ci il seçkilərində ciddi toqquşan Müsavatla "Yurd" 2003-cü il prezident seçkilərindən sonra yaxınlaşdılar. Daha dəqiqi Müsavatın düşdüyü situasiya onu "Yurd"la yaxınlaşmağa vadar etdi. AXCP (i)-nin isə öz palanları vardı və əsas hədəf Müsavatın tamam sıradan çıxarılması idi. 2005-ci il parlament seçkilərində bü iki qüvvə il dəfə olaraq müttəfiq oldular. Görünür, cəmiyyətin kənara tulladığı radikal müxalifət qüvvələrinin üzü çox tüpürcək görəcək.

Digər xəbərlər