PDF Oxu

Müxalifət

  • 4

“Viktoriya” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək

“Viktoriya” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək
Yanvarın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) Norveç yazıçısı, Nobel mükafatı laureatı Knut Hamsunun "Viktoriya" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək. Əsər Norveç Krallığının Azərbaycandakı səfirliyinin və ADGTT-nin birgə layihəsi əsasında səhnələşdirilib. Rejissor Bəhram Osmanovun quruluşunda təqdim olunacaq əsərdə baş rollarda əməkdar artist Lətifə Əliyeva, aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Rəzzaq Məmmədov və başqaları çıxış edəcəklər. Tamaşanın quruluşçu rəssamı Fuad Qafarov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir. Yeni səhnə əsərində Norveç bəstəkarı Edvard Griqin musiqisi səsləndirilir.

Digər xəbərlər