“Ümid” partiyasındakı qarşıdurmalarda Sərdar Calaloğlu günahkar bilinir
Müxalifət düşərgəsində yeni bir birliyin və ya blokun yaradılması uğrunda, sözün əsil mənasında, savaş getdiyi bir vaxtda "Ümid" partiyası özünün yarpaq tökümünü yaşamaqdadır. Bu dəfə müxalifət düşərgəsində daha ağıllı tərpənməyə çalışmış ADP sədri Sərdar Cəlaloğlunun bələdiyyə seçkilərində acı və biabırçı məğlubiyyəti, növbəti dəfə yaşamamaq, qarşıdakı parlament seçkilərində müxalifətin birliyinin olmasını vacib sayıb. Elə bu məqsədlə də, bir sıra partiya rəhbərlərinə təkliflər göndəribdir.
ADP sədri qeyd edib ki, Müsavat partiyası artıq neçə müddətdir bir sıra məsələlərdə hakimiyyətə yaxın olduğunu sübut edib. "Ona görə də, bu partiya ilə daha heç bir blok və ya birlikdə təmsil olmayacağıq" deyən ADP sədri onu daha çox "Ümid" partiyasının sədri İqbal Ağazadənin hərəkətlərinin hiddətləndirdiyini bildirib. "2003-cü ildə ölkəmizdə keçirilmiş prezident seçkilərindən sonra artıq müxalifət düşərgəsində hər kəs və ümumiyyətlə, Azərbaycan cəmiyyəti hansı qüvvələrin kimin və nəyin arxasınca getdiyini daha dəqiq aydınlaşdırmağa məqam tapdı. Çünki məhz bu seçkiyə qədər bir sıra partiyalar, o cümlədən, ADP, Müsavat və "Ümid" bir yerdə mübarizəyə qoşulmuşdusa, sonralar məhz birincilərin xəyanətindən sonra bu birlik pozuldu.
Bütün bunlar isə, onu göstərir ki, son zamanlar düşərgə daxilində daha da şiddətlənən anormal proseslər "Ümid" partiyasının başında çatlayacaq. Çünki olanlar bu qurumun yaxın zamanlarda fəaliyyətinin dayandırılmasının çox da uzaqda olmadığını göstərir.