PDF Oxu

Müxalifət

  • 9

Əli Kərimov yoxa çıxıb

Əli Kərimov yoxa çıxıb
Qədirbilən xalqımız heç zaman ona qarşı olan müxalifəti, daha doğrusu, vətəninə, ölkəsinə, millətinə qarşı çıxan radikal "bəy"ləri sevmir və sevməyəcək də. Belə ki, Azərbaycan müxalifəti ölkə vətəndaşlarına düşmən kəsilən şəxslərdir. 20-ci əsrin 90-cı illərinin əvvəllərində, AXCP (i)-Müsavatın (Əli Kərimov, İsa Qəmbərov, Pənah Hüseynov kimi siyasətdən uzaq "bəy"lərin dönəmində) hakimiyyəti dövründə Ermənistan Azərbaycanla müharibə etdiyi zamanlarda neftimiz işğalçı ölkəyə gizli yollarla daşınırdı. Bunu, hətta o zamankı dövlət rəhbəri Əbülfəz Elçibəy də etiraf edirdi.
Bu da onların hakimiyyəti dövründə xalqa "xidmət"lərinin bir nümunəsidir. Onu da qeyd edək ki, radikal müxalifət partiyaları arasında neçə illərdir ki, qalmaqallar baş verməkdədir. Onlar müxtəlif məsələlərdə biri-birilərini ittiham edirlər ki, əslində, radikal "bəy"ləri bu və ya digər məsələlərə, günahlarına görə, xalq ittiham edir. Təbii ki, xalqın ittihamı ən böyük ittihamdır. Azərbaycanda müxalifət daxilində partiyadaxili qrupların savaşı indi də partiyalar arasındakı savaşla əvəzlənib. Əslində, bu savaş çoxdandır ki, davam etməkdədir. Yəni özlərini "siyasi qüvvə" kimi qələmə verən qüvvələr bütün gücləri ilə biri-birlərinə qarşı mübarizə aparmaqla məşğuldurlar. Radikal "bəy"lərin məşğuliyyəti yalnız bundan ibarətdir. Müsavat partiyasının başqanı İ.Qəmbərov, AXCP (i)-ni viran qoyan partiya sədri Ə.Kərimov, "Ümid" sədri İqbal Ağazadə, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev, "MBH" lideri ALP-nin sədr əvəzi Əvəz Temirxan və digər bu tip "siyasilər" yalnız xalq, dövlətçilik əleyhinə fəaliyyət göstərirlər. Diqqəti çəkən məqamlardan biri də budur ki, partiya sədri olduqları dövrdə heç bir fəaliyyət göstərmədikləri tədqirdə, indi də özlərini partiya və ya hansısa hərəkat lideri elan ediblər. "ACP" adlı partiyanın lideri R.Quliyevin hansı səviyyədə siyasətçi olduğunu hamı bilir. Bundan əlavə, E.Məmmədov özünü siyasi aləmdə məğlub olduğunu görərək, AMİP sədri postundan istefa verdi. İndi isə özünü adıçəkilən partiyanın lideri adlandırır.
Yurdunu, elini sevməyən "Yurd" şefi Ə.Kərimov yoxa çıxıb. Belə ki, o radikalların toplantısında, tədbirlərində iştirak etmir. Məlumata görə, Əli "bəy" öz tərəfdarlarını itirdikdən sonra depressiyaya düşüb və təkliyə çəkilib. Digər bir məlumata görə isə, AXCP (i) sədri bacarmadığı siyasətlə vidalaşıb.

Digər xəbərlər