PDF Oxu

Müxalifət

  • 9

Müsavat müxalifətin birliyində maraqlı deyil

Müsavat müxalifətin birliyində maraqlı deyil
Müxalifət düşərgəsində təmsil olunan bəzi müxalifət partiyaları birləşmək qərarına gəlib. Ancaq bu real faktdır ki, parlament seçkilərinə blok şəklində getməyə hazırlaşan radikal "bəy"lərin bu istəyi baş tutmayacaq. Çünki onlar hər dəfə belə istəkdə olsalar da, bu, reallaşmayıb. Daha doğrusu, bunu reallaşdıra bilmədilər. Ona görə ki, Müsavat partiyasının başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, ALP-nin sədr əvəzi (adı ilə vəzifəsi üst-üstə düşür) Əvəz Temirxan, "MBH" lideri Lalə Hacıyeva və digərlərində siyasi düşüncə, siyasi qabiliyyət yoxdur ki, birləşə də bilsinlər. Onlar hər dəfə birləşmək istələr də, siyasi savadsızlıq, siyasi iradəsizlik və həmçinin, aralarında olan münaqişə bu birliyə mane olub. İndi yenə birləşmək qərarına gəliblər. Buradan da üç məsələ hasil etmək olar. Birincisi, onlar bir partiyanı toplayıb, partiya daxilində birlik yarada bilmirlər. İkincisi, onların partiyaları İFLİC vəziyyətdədir, yəni radikal müxalifət partiyalarının sosial bazaları YOXDUR. Üçüncüsü, radikal "bəy"lər bir neçə dəfə birləşməyə cəhd etsələr də, niyyətləri baş tutmayıb. Bütün bunlar onu göstərir ki, bu parlament seçkilərində də İ. Qəmbərov, Ə. Kərimov, Sərdar Cəlaloğlu, Lalə Hacıyeva və digər radikal "bəy" və "xanım"ların birlik ideyaları, daha doğrusu, seçkilərə bir yerdə getmələri yenə müşkülə çevriləcək. Eləcə də indiki məqamda yenə də onların arasında fikir ayrılığı formalaşıb. Belə ki, Müsavat başqanı İ. Qəmbərov radikal "bəy"lərin qarşısında belə bir şərtlə çıxış edib ki, əgər "Ümid" partiyası və bu partiyanın sədri İqbal Ağazadə müxalifətin birliyində təmsil olunsa, Müsavat partiyası bu blokda təmsil olunmayacaq. Beləliklə, bütün bunlar onu göstərir ki, radikal partiyaların birləşmək cəhdi, birlikdə seçkilərə qatılmaq cəhdi yenə baş tutan deyil. O da məlumdur ki, müxalifət düşərgəsində hələ də gərginlik yaşanmaqdadır. Müsavat başqanı İ. Qəmbərovun, AXCP (i) sədri Ə. Kərimovun, "MBH" lideri L. Hacıyevanın, AMİP lideri E. Məmmədovun, "ACP" lideri R. Quliyevin, "Ümid" partiyasının sədri İ. Ağazadənin, ALP-nin sədr əvəzi Ə. Temirxanın və digərlərinin təmsil olunduğu radikal düşərgə elə bəlaya tutulub ki, buna əlac yoxdur. Çünki çirkin əməllərlə məşğul olan "bəy"lər özlərini və həmçinin, rəhbərlik etdikləri partiyalar, bəlalarla üz-üzə qoyublar. Xatırladaq ki, düşərgəyə daxil olan partiyalarda vəziyyət kritik haldadır. Yəni xalqın dəstəyini ala bilməyən, sosial bazası olmayan ölkə müxalifəti iflic vəziyyətdədir, daha doğrusu, ölü vəziyyətdədir. Düşərgənin bu vəziyyəti, onu söyləməyə əsas verir ki, onlar bu ilki seçkilərdə də MƏĞLUB OLACAQ.

Digər xəbərlər