PDF Oxu

Müxalifət

  • 22

Müxalifət bələdiyyə seçkilərindəki məğlubiyyətin şokundan ayıla bilmir

Müxalifət bələdiyyə seçkilərindəki məğlubiyyətin şokundan ayıla bilmir
Ötən il ölkəmizin ictimai-siyasi həyatında böyük və vacib əhəmiyyət kəsb edən bələdiyyə seçkiləri keçirildi. Bütün dünyanın diqqət mərkəzində olan bu seçkini 50-yə yaxın yerli və xarici təşkilat izləyirdi. 2009-cu il dekabrın 23-də baş tutmuş bələdiyyə seçkisi bütövlükdə cəmiyyətin inkişafına və demokratik dəyərlərin tərənümünə yönəlmiş növbəti bir töhfə idi. Seçkinin tam demokratik və sivil dəyərlərə uyğun formada keçirilməsini təmin edən başlıca şərtlərdən bir də vətəndaş mövqeyinin ortada olması idi. Çünki bu seçkidə xalq bir daha açıq formada öz seçimini nəyin və hansı prinsipin üzərində qurmuş olduğunu yenidən isbatladı. 23 dekabr 2009-cu il bələdiyyə seçkilərindən dərhal sonra istər yerli, istərsə də, beynəlxalq təşkilatlar Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinin yüksək seçici fəallığı şəraitində və demokratik dəyərlər qorunub saxlanmaqla baş tutduğunu elan etdilər. Amma çox təəssüflər olsun ki, bələdiyyə seçkilərinə tamamilə gülünc və ikrah doğuracaq səviyyədə qatılmış müxalifət yenə də öz ampluasına uyğun olaraq boşboğazlıq etməkdə davam etmiş oldu.
Dünyanın apırıcı və nüfuzlu beynəlxalq təşkilatları, ABŞ, Fransa, Almaniya, Türkiyə və Rusiya kimi böyük dövlətlərdən olan müşahidəçilər də Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinin mahiyyətinə və keyfiyyətinə yüksək qiymət vermişlər. Ümumilikdə götürdükdə isə, nəinki Cənubi Qafqaz regionunda, eyni zamanda, dünyada demokratik dəyərlərə və sabit seçki sisteminə malik olan Azərbaycan özünün malik olduğu milli-mənəvi dəyərlərə əsaslanaraq, beynəlxalq arenada layiqli mövqeyini qoruyub saxlayır və günü-gündən möhkəmləndirir. Bütün hallarda olduğu kimi, bəzən, bir dövlətin inkişafını istəməyən qüvvələr olur. Bu cəhətdən də həm ölkəmizin öz daxilində olan bədnam müxalifət adı altında fəaliyyət göstərən qüvvələr, həmçinin də, kənarda olan maraqlı dairələr Azərbaycanın günü-gündən çiçəkləməsini həzm etməkdə çətinlik çəkirlər. Bütün bunlar isə zamanın öz axarında yoluna qoyula biləcək məsələlərdir.
Maraqlı bir məqam isə ondan ibarətdir ki, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə heç bir təsir imkanına malik olmayan və istənilən bir sahədə öz təklif və iştirakı ilə nəzərə çarpa biləcək səviyyəyə hələ də gəlib çatmayan müxalifət, sadəcə olaraq, boğazdan yuxarı danışmaqla hər şeyi öz anlamına görə yozmaqdadır. Məhz ölkəmizdə ötən ilin dekabr ayının 23-də keçirilmiş bələdiyyə seçkilərinə qatılmış Müsavat, Azərbaycan Demokrat Partiyası, "Ümid" partiyası, AXCP (i) və digərləri heç seçki öncəsi namizədlərin müəyyənləşməsi və təşviqat kampaniyasında özlərini normal bir qurum olaraq təsdiq edə bilmədilər. Hələ seçkidən öncə, ağız dolusu danışmaqla guya bələdiyyə seçkilərinə ən azından 10 min namizədlə qatılacaqlarını bildirən partiyalardan heç 10 nəfər də namizəd görmək mümkün olmadı. Çünki Azərbaycanda adını müxalifət qoymuş qüvvələr nə vaxt bir normal fəaliyyət yolu seçdilər ki, 2009-cu il bələdiyyə seçkilərində də, ortaya konkret mövqe qoya bilsinlər. Azərbaycan xalqı müxalifətin boğazdan aşağı düşüncəsi ilə addım atmağın nə dərəcədə təhlükəli olduğunu çox gözəl bilir. Ona görə də, bu seçki olmasın, bundan sonrakı parlament seçkisi olsun, müxalifət artıq kimdən və nə məqsədlə dəstək gözləyəcəyini heç özü də bilmir. Sadəcə olaraq, danışmaqla və kənardan durub istənilən məsələyə münasibət bildirməklə işini bitmiş hesab edən müxalifət cəmiyyətin dəstəyindən birmənalı şəkildə məhrum olub. Doğrudur, bunu Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, ADP sədri Sərdar Cəlaloğlu, nə də onlara bənzərlər hələ də öz ayranlarına turş deməsələr də, əsil fakt ortadadır.
Azərbaycan cəmiyyəti daha heç vaxt müxalifətin gündə bir hala düşən mövqeyinə nə inanan, nə də ona dəstək verən deyil. Bunu müxalifət təmsilçilərinin özlərinin də bilməsinə baxmayaraq, hələ ki, siyasi fəaliyyət adı altında öz mövcudluqlarını hiss etdirməyə çalışırlar. Daha çox kənar qüvvələrin diqtəsi və göstərişi ilə addım atan müxalifət, məhz geridə buraxmış olduğumuz bələdiyyə seçkilərindəki biabırçı məğlubiyyətin acısını yaşamaqdadır.

Digər xəbərlər