PDF Oxu

Müxalifət

  • 7

“İsa Qəmbər ən böyük saxtakarlığı 1992-ci ildə özü edib”

“İsa Qəmbər ən böyük saxtakarlığı 1992-ci ildə özü edib”

Sabiq müdafiə naziri Rəhim Qazıyevin "Gündəm xəbər" qəzetində millət vəkili Pənah Hüseyn və Müsavat Partiyasının başqanı İsa Qəmbər barədə açıqlamaları qarşı tərəfdə sərt qarşılanıb.

Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı "Yeni Müsavat" qəzetinə verdiyi açıqlamasında R. Qazıyevi 1992-1993-cü illərdə xalqa böyük ziyan vurduğuna görə, günahlandırıb və geniş şərhdən yayınıb. P. Hüseynin məsələyə münasibəti isə daha qısa olub: "Belə təəssürat yaranır ki, onu son vaxtlar siyasi qotur tutub. Getsin qaşınmağa başqa yer axtarsın".
R. Qazıyev SİA-ya açıqlamasında bildirib ki, istər həbsdə olduğu müddətdə, istərsə də azadlığa çıxandan sonra müxalifət cəbhəsindən onun ünvanına böhtan dolu ifadələr işlənilib. Sabiq nazir bununla həmin şəxslərin gündəmdə qalmaq, siyasi çəkilərini saxlamaq istədiyini bildirib.
R. Qazıyev azadlığa çıxdıqdan sonra qarşı tərəflə aralarında olan anlaşılmaz vəziyyəti ortadan qaldırmaq üçün bir neçə dəfə debat təşkil etdiyini qeyd edib: "Onlar elə bildilər ki, mən ömür boyu həbsdə qalacam. Şükür Allaha ki, bəraət qazanaraq azadlığa çıxdım. Baxmayaraq ki, həbsdə idim, ünvanıma səslənən təhqiramiz ifadələrin, böhtanların cavabını həm şifahi, həm də yazılı şəkildə vermişəm. Həmin yazılı nümunələri hal-hazırda sizə göstərə bilərəm. 2005-ci ildə Pənah Hüseyni iki dəfə "Xural" qəzetinin redaksiyasına debata çağırmışam. Həmin debatların biri 9, digəri isə 4 saat davam edib. Keçən il isə "Yeni Müsavat" qəzetinin redaksiyasında 3-4 saat görüşümüz olub. Bir gün sonra Pənah mənə zəng edib edyir ki, debatla bağlı qəzetdə gedən yazının mətnində bəzi düzəlişlər etmişəm. Axı necə olur ki, ikimizin olduğu debatın mətnini məndən icazəsiz dəyişdirilir".
Həmin mətndə dəyişikliklərin nədən ibarət olmasına gəlincə, R. Qazıyev bildirib ki, dəyişikliklər P. Hüseynin Dağlıq Qarabağ danışıqları ilə bağlı işlətdiyi ifadələr üzərində aparılıb: "O, demişdi ki, Moskvada erməni rəhbərləri ilə erməni səfirliyində atəşkəslə bağlı danışıqlar aparıb. Mən ona dedim ki, sən neynirsən, münaqişəni yaradan Rusiyanın xəbəri olmadan erməni səfirliyində danışıq aparmaq olar? Sonra ifadəsini düzəltdi və bildirdi ki, səfirlikdə deyil, küçədə görüşüb. 1992-ci ilin 17 iyununda Əbülfəz Elçibəyə bildirdim ki, mən bu komanda ilə işləmək istəmirəm. Biz həmin ilin dekabr ayında ugurlu əməliyyatlar keçirə bildik. Nəticədə xeyli erməni Qarabağdan qaçaraq Ermənistanda oturaq aksiyalara başladılar. Qarabağdan intinaetmə prosesi başlamışdı.
Pənah Hüseyn isə Dadaş Rzayevi çağırıb deyib ki, Rəhimi çıxardıb yerinə səni qoyacam. Bax budur, Pənah Hüseynin əsl siması. 1992-ci il iyulun əvvəllərində İsa Qəmbər və Pənah Hüseyn Əbülfəz Elçibəyə Dövlət Şurasının yaradılmasını nəzərdə tutan sənəd təqdim etdilər. Etiraz etdim və bildirdim ki, Təhlükəsizlik Şurası olduğu halda Dövlət Şurası lazım deyil. Onlar bu sənədi qəbul etdirməklə prezidenti oyundan kənar edərək ingilis kraliçasına çevirmək istəyirdilər. Təbii ki belə bir sənəd qəbul oluna bilməzdi".
Həqiqətin, faktın tərəfdarı olduğunu qeyd edən R. Qazıyev vurğulayıb ki, P. Hüseyn, eləcədə İsa Qəmbər və Arif Hacılı ona faktlarla cavab verə bilmədiyindən böhtana, yalana, təhqiramiz ifadələrə üstünlük verir: "Arif Hacılının heç bir müsbət əməlini görməmişəm. Mən heç onun haqqında danışmamışam. İsa Qəmbərin ünvanına "Gündəm xəbər" qəzetində dediklərimə niyə Arif Hacılı cavab verir. Onlar öz simasını açır. İndi seçki saxtakarlığından danışan İsa Qəmbər ən böyük saxtakarlığı 1993-cü ildə prezident seçkilərində özü edib. Rayonun adı dəqiq yadımda deyil, həmin rayonda Nizami Süleymanovun üstünlük qazanmasına baxmayaraq, bu səslər İsa Qəmbər tərəfindən Əbülfəz Elçibəy adına hesablanıb. Faktları deməkdən çəkinmirən. Pənah Hüseyni, İsa Qənbəri və Arif Hacılını dəyirmi masaya çağırıram. Hər şeyi faktlarla danışaq. Mən öz təhsilimlə, mədəniyyətimlə, davranışımla onların səviyyəsinə enmək istəmirəm. Tənqidi qəbul qəbul etmək olar, təhqiri isə yox.". Üzünü A. Hacılıya, P. Hüseynə tutan R. Qazıyev onları dərrakəli olmağa çağırdı.

Digər xəbərlər