PDF Oxu

Müxalifət

  • 14

İqbal Ağazadə - İsa Qəmbərov qarşıdurmasının yeni tərəfləri

İqbal Ağazadə - İsa Qəmbərov qarşıdurmasının yeni tərəfləri
Müxalifət düşərgəsinin təlatümü bitmək bilmir. Artıq 10 ilə yaxındır ki, davam edən Müsavat partiyası ilə "Ümid" partiyası arasındakı ədavət növbəti dəfə qığılcımlanıb. Tərəflərin bir-birinə qarşı irəli sürmüş olduğu sərt ittihamlar bu dəfə də özünü göstərməkdədir. 2003-cü il prezident seçkilərinə qədər adları çəkilən hər iki partiya arasında normal münasibətlər yaşanmaqda olsa da, həmin təqvimdən sonra tərəflər arasında dərin uçurum yaranıb. Amma tərəflərin heç biri nədənsə münaqişə və davamlı mübahisə şəritində keçən münasibətlərini açıqlamır. Məhz qeyd olunan tarixin "Ümid" və Müsavat partiyasının ayrılış təqvimi olmasını artıq hər kəs bilir. Nədənsə nə Müsavat başqanı İsa Qəmbərov, nə də "Ümid" sədri İqbal Ağazadə münasibətlərinin məhz düşmənçilik səviyyəsinə qədər yüksəlməsini gizlətməklə məşğuldurlar. Başa düşmək olmur ki, onların arasında hansı ayıb bir şey baş veribdir? Ola bilsin ki, İ.Ağazadə İsa "bəy"in üzünə ağ olub. Elə ona görə də, onlar bir razılıq əldə edib barışa bilmirlər. Digər bir məqam isə 2003-cü ilin prezident seçkilərinə qədər bunlara arasında münasibətlər "sən ölmə, mən ölüm" səviyyəsinə qədər yüksəlmişdi. Lakin az keçmədi ki, Müsavat başqanı İqbalı hakimiyyətə işləməkdə suçladı. Məhz hər ikisinin də ictimaiyyətdən gizlətmiş olduqları münaqişənin də gizlin tərəfləri elə bu məntiqə bağlıdır. Çünki İ.Ağazadənin hakimiyyətlə əlaqəli şəkildə iş gördüyünü bir çox tərəflərdən izah edən İ.Qəmbərov onun müxalifət düşərgəsindən uzaqlaşdırılmasının tezləşməsini də tələb edib. Eyni zamanda, düşərgədə bir çox bu tipə aid olan şəxslərin olduğunu bildirən İ.Qəmbərov yaxın gələcəkdə bu istiqamətdə düşərgədə təmizləmə əməliyyatının aparılmasını təklif edib. Doğrudur, bu təklif düşərgədə birmənalı qarşılanmasa da, nədənsə, bu məsələdə loyal mövqe sərgiləyənlər də tapıldı. Amma bir faktı unutmaq olmaz ki, müxalifət düşərgəsində bu günə qədər kimsə öz qəbahətini normal şəkildə etiraf edə bilməyib. Zəruri məqamlarda həmişə bir-birinin eyibini açıb, onu gözdən salmağa adət etmiş müxalifət təmsilçiləri hazırkı mərhələdə daha çox öz mənafeləri üçün çalışdıqlarından, bu prinsipləri indii daha açıq şəkildə görmək mümkün olur. Ona görə də, düşərgədə İsa ilə İqbalın mübarizəsinə bir o qədər də, əhəmiyyət verən yoxdur. Çünki müxalif təmsilçilər artıq buna bir növ adət ediblər. Onlar da özləri üçün lazımlı situasiyalarda digərlərini güdaza verməyi daha yaxşı bacarırlar. İ.Qəmbrovla İ.Ağazadənin hazırkı mərhələdə münasibətlərində yaranmış gərgilik də, müxalifət düşərgəsinin qarşıdakı parlament seçkilərinə hazırlıqla bağlı vermiş olduğu qərarla bağlıdır. "Ümid" sədri bələdiyyə seçkiləri öncəsində olduğu kimi yenə də parlament seçkilərinə xeyli sayda namizədlə qatılacağını bildirib. Daha onun boşboğazlığından cana gəlmiş İ.Qəmbərov isə bu dəfə artıq açıq şəkildə onu yaltaq adlandırmaqdan belə çəkinməyib. Görünür, İsa "bəy" artıq "Ümid" sədrinin imtiyazlarından istifadə etməməyi özünə söz verib. Yuxarıda qeyd etdiyimiz kimi, 2003-cü il prezident seçkilərindən sonra Müsavat - "Ümid" münasibətlərindəki 180 dərəcəli dəyişiklik sonralar hər iki tərəfin gücdən düşməsini təmin etmiş oldu. Bu səbəbdən də müxalifət düşərgəsində yaranmış situasiya yaxın zamanlarda Müsavat, "Ümid" və AXCP (i)-nin fəaliyyətini dayandırmasını təmin etmiş olacaq. Çünki hər üç partiya artıq zamanın arxivinə atılmalı səviyyəyə çatıb. Müsavat partiyasının qarargahındakı son toplantıda məhz hər üç qurumdan ancaq partiyanın sədr müavinləri və ali məclislərinin qatılması, eyni zamanda, burada səslənən bədbin fikirlər, bunların davamında isə qarşıdakı ildə fəaliyyət planı barəsində səslənən bəyanatlar sırasında keçiriləcək qurultaylardan sonra konkret rəy söyləməyin mümkünlüyü də müxalifətin sonunun çatmasını təsdiqləyən amillər sırasındadır.

Digər xəbərlər