PDF Oxu

Müxalifət

  • 10

Müxalifət düşərgəsində təlatüm böyüməkdədir

Müxalifət düşərgəsində təlatüm böyüməkdədir
Artıq dekabrın 23-də ölkəmizdə keçirilmiş bələdiyyə seçkiləri Azərbaycanın inkişaf tarixində yeni bir mərhələnin başlanğıcı kimi yadda qaldı. Cəmiyyətin böyük maraq və diqqətlə izləmiş olduğu bu proses, həmçinin, yüksək seçki fəallığı insanların öz seçim hüquqlarına olan hörmətindən dolayı, bu, olduqca vacib bir amil oldu. Ölkədə keçirilən hər bir seçkiyə artıq gələcəyimizin daha da işılı və firavanlığının təminatı kimi yanaşan xalqımız bu seçki prosesinin də milli dəyərləri özünədə ehtiva edən demokratik dəyərlərə yeni baxış prizmasını nümayiş etdirmiş oldu. Bu faktı, sadəcə olaraq, bir kəlmə sözlə də ifadə etmək olar. Eyni zamanda, nəzərə almaq lazımdır ki, məhz bu bələdiyyə seçkilərini 50 minə yaxın yerli və xarici müşahidəçi izləyirdi. Onların gəlmiş olduğu qənaət bələdiyyə seçkilərənin bərabər mübarizə və açıq vətəndaş münasibəti fonunda keçdiyini isbat etdi. Bütün seçki ərəfəsi və seçki günü də daxil olmaqla, mövcud şərait və situasiya isə müxalifətin hər hansı bir mövqe ortaya qoymaqda hələ də çətinlik çəkdiyini sübuta yetirdi. Amma nədənsə müxalifət bunu etiraf etməkdə yenə də, həmişə olduğu kimi, tərəddüd edir. Qeyd edək ki, hələ bələdiyyə seçkilərinə bir neçə müddət qalmış müxalif düşərgədə bu prosesə necə qatılmaq və hansı formada mövqe sərgiləmək uğrunda var-gəllər gedirdi. Sonluqda isə seçki günü yaxınlaşdı və nə "Ümid" partiyası iddia etdiyi kimi, prosesə 14 min namizədlə qatıla bildi, nə də Müsavat partiyası bütün ölkə üzrə bələdiyyələrin sayı qədər namizədini üzərə çıxara bildi. Digərlərini isə bu siyahıya qoşmaq sadəcə, gülünclükdür. Əgər bir Azərbaycan Liberal Partiyası bələdiyyə seçkilərinə cəmi 23 namizədlə qatılıbsa, Azərbaycan Demokrat Partiyası ölmüş partiya üzvlərini, eyni zamanda, Yeni Azərbaycan Partiyasının üzvlərini namizəd kimi göstərməyə cəhd edirsə, AXCP (i) heç də bunlardan fərqi bir mövqe sərgiləməkdə acizlik edirsə, daha bunun kökünü başqa yerdə axtarmaq lazım deyil. Çünki mövcud reallıq onların bu tip proseslərdə tam acizliyini bütün çalarları ilə açıb cəmiyyət göstərir. Partiya qərargahında oturub onun-bunun arxasınca danışmağı özünə şərəf bilən Müsavat başqanı İsa Qəmbərov qazanda bişəndən xəbəri yoxdur, elə "bir qaşıq da mənə ver" deyir. Daha bundan soruşan yoxdur ki, bir siyasi-ictimai qurumun rəhbəri kimi sən nə etmisən ki, indi də havalı-havalı danışırsan! Bir məsələni də qeyd etsək yaxış olar ki, danışmaqdan və məsləhət verməkdən başqa bu dünyada asan bir iş yoxdur. Bizim müxalifətdə də, adamın üstündə Allah var, işi bu istiqamətdə xod gedir. Öz aramızdır, bu dəqiqə AXCP (i) sədri Əli Kərimovu danışdır, bülbül kimi ötsün "kişi". İ.Qəmbərov da asta-asta özünün ağır göstərməyə çalışmaqla, guya bundan yoxdur və bir daha da olmayacaq kimi nəzərə çarpmağa çalışır. Bunların içində isə səhər bir rəngə, axşam bir rəngə düşən ADP sədri Sərdar Cəlaloğlu isə havadarı Rəsul Quliyevdən ayrıldıqdan sonra, özünü tamam itirib. Heç özü də bilmir ki, nə deyir, nə danışır. Müxalifət düşərgəsində hamı onu hakimiyyətə işləməkdə suçlayır, o da onları iqtidarla əməkdaşlıqda günahlandırır. Amma hələ də özləri öz aralarında müəyyənləşdirə bilmirlər ki, bu müxalifət düşərgəsində "iş verən" kimdir? Çünki hamısı belədir. Kimi dindirirsən, deyir ki, İ.Qəmbərov kişi deyil, Sərdar satqındı, Əli "başqa" cürdür (ayıbdır onu demək), Eldar ABŞ-ın "agentidir" və s. və ilaxır. Belə olan vəziyyətdə adam da, vallah, çaş-baş qalır. A kişi, bu düşərgədə bir başı papaqlı yoxdur ki, qulağından tutub soruşasan ki, siz hansı bezin qırağısınız? Kimi "qulaqlayırsan" deyir ki, bu dəqiqə İ.Qəmbərov iqtidarla əməkdaşlıq etdi və.s.

Digər xəbərlər