PDF Oxu

Müxalifət

  • 16

Müxalifətin iç üzü

Müxalifətin iç üzü
Azərbaycanda müxalif partiyadaxili qrupların savaşı indi də partiyalar arasındakı savaşla əvəzlənib. Əslində bu savaş çoxdandır ki, davam etməkdədir. Yəni özlərini "siyasi qüvvə" kimi qələmə verən partiyalar bütün gücləri ilə biri-birlərinə qarşı mübarizə aparmaqla məşğuldurlar. Radikal "bəy"lərin məşğuliyyəti yalnız bundan ibarətdir. Müsavat partiyasının başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "Ümid" sədri İqbal Ağazadə, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev, ALP-nin sədr əvəzi Əvəz Temirxan və digər bu tip "siyasilər" yalnız xalq, dövlətçilik əleyhinə fəaliyyət göstərirlər. Diqqəti çəkən məqamlardan biri də budur ki, partiya sədri olduqları dövrdə heç bir fəaliyyət göstərmədikləri tədqirdə, indi də özlərini partiya və ya hansısa hərəkat lideri elan ediblər. Özünü "ACP" adlı partiyanın?! (əgər buna partiya demək mümkünsə) lideri hesab edən R. Quliyev nə özünü siyasətçi kimi təsdiq edə bildi, nə də bir partiya formalaşdıra bildi. Bu da onu göstərir ki, o, hansı səviyyədə siyasətçidir. Bundan əlavə, E.Məmmədov özünü siyasi aləmdə məğlub olduğunu görərək, AMİP sədri postundan istefa verdi. İndi isə özünü adıçəkilən partiyanın lideri adlandırır. Həm E.Məmmədovun partiya ilə maraqlanmamağı səbəbindən, həm də social bazanın olmaması səbəbindən adıçəkilən AMİP öz sədrini seçə bilməyib. Bəzi məlumatlara görə, əslində partiyanın qurultayının keçirilməməsi və sədrin seçilməməsi E. Məmmədovun istəyindən irəli gəlir. L. Hacıyeva da "MBH" adlı qurum yaradar, özünü bu təşkilatın lideri ?lan edib. Onun bir zamanlar sədri olduğu ALP ilə əlaqələri demək olar ki, yoxdur. Müsavat partiyasının hədəfində olan radikal müxalifət partiyaları: Əsində bütün müxalifət partiyaları adıçəkilən bu partiyanın hədəfindədir. Neçə müddətdir ki, Müsavat-AXCP (i) qarşıdurması davam edir. İ.Qəmbərov "sözçüsü" olan Arif Hacıyev vasitəsi ilə AXCP (i)-ni və partiyanın sədri Ə.Kərimovu ittiham edir. Bu da onu göstərir ki, iki radikal müxalifət partiyası arasında vəziyyət hələ də gərgin olmaqda qalmaqdadır. Müsavat partiyasının hədəfində olan digər partiya ALP, həmçinin Ə.Temirxanla L.Hacıyevadır. "MBH" lideri L.Hacıyeva Ə.Temirxan vasitəsi ilə qarşı tərəfi ittiham edir. İ.Qəmbərov isə, Müsavat partiyasının "danışan dili" olan Pənah Hüseynov vasitəsi ilə qarşı tərəfi təhqir etdi. Ümumiyyətlə, Müsavat və onun başqanının həm AXCP (i), həm ALP, həm də "Ümid" partiyaları ilə savaşı davam etməkdədir. AXCP (i)-nin hədəfində olan radikal müxalifət partiyaları: Ə.Kərimovun da özünə "yoldaş" bildiyi radikal "bəy"lərlə münasibəti yaxşı deyil, daha doğrusu əzəldən yaxşı olmayıb. Ə.Kərimovun birinci hədəfində İ.Qəmbərovdur. Hədəfdə digər partiya AMİP-dir. 2003-cü ildəki Ə.Kərimov-E.Məmmədov "əməkdaşlığı" sonradan düşmənçiliklə nəticələndi. "Yurd" şefi Ə.Kərimov "Azadlıq" qəzeti vasitəsi ilə E. Məmmədovu ittiham etməkdə davam edir. Öz növbəsində AMİP lideri də Əli Orucov vasitəsi ilə AXCP (i) sədrini təhqir etdirir. Bu da radikal müxalifətin iç üzüdür.

Digər xəbərlər