Radikal düşərgədə ölüm kabusu hökm sürür
Müxalifətdəki partiya rəhbərləri, bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də biabırçı uğursuzluqla üzləşəcəklərini yaxşı bilirlər. Demək olar ki, ötən seçkidəki vəziyyət müxalifətin siyasi sonluğu olduğu qədər, həm də düçar olduğu ən kritik vəziyyəti təsdiqlədi.
Elə dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ərəfəsi özlərini itirən radikallar ağıllarına gələn növbəti boykot qərarına qarşı funksionerlər boykot bəyanatı ilə çıxış edirlər. Xüsusilə, ölkədə keçirilən seçkilərdə sonra bir çox müxalifət partiyaları radikalların artıq tarixin arxivinə atılmaqdan başqa heç nəyə lazım olmadıqlarını bildirirlər. Vəhdət partiyasının sədri Tahir Kərimli, "Tərəqqi" partiyasının sədri Çingiz Sadıqov və başqaları AXCP (i) sədri Əli Kərimovun, Müsavat başqanı İsa Qəmbərovun ağılsız təkliflərlə çıxış etdiyini bildirdilər. T.Kərimli istər Ə.Kərimovun, istər Müsavat başqanı İsa Qəmbərovun, istər digərlər radikal partiya sədrlərinin zəif, gücsüz olduğunu və heç bir müxalifət partiyalarını əhatə edə biləcək hər hansı bir koalisiya yaradıcağını cəfəngiyyat adlanldırıb: "Bir faktı bildirim ki, Azərbaycanda yaradılmış və adlarını müxtəlif cür formalara salmış siyasi partiyaların əksəriyyəti AXC-nin şinelindən çıxmış "lider"lərin şəxsi ambisiyaları əsasında yaradılmış partiyalardır. Çünki o zaman meydana Ə.Kərimov, İ.Qəmbərov kimilərin ardınca gedən kütlələr yaxşı və pisi bir-birindən ayıra bilmirdi. Bu gün kütlələrdən fərqli olaraq, xalq pisi yaxşıdan ayıra bilir və radikalların ardınca getmir. Ona görə də, onlar heç bir zaman şəxsi ambisiyalarını gerçəkləşdirə bilməyəcəklər. Əgər onlar real düşünmək qabiliyyətinə malikdirlərsə, anlamalıdırlar ki, vahid bir partiyada birləşib, özlərinə yaxın olan adamları da ora cəlb edə bilərlər. Ona görə də, radikal müxalifət tarixin arxivinə atılmağa məhkumdur."
Ç.Qənizadə radikal düşərgədə təmsil olunanların hadisələri təhlil etmək bacarığına malik olmadığını da bildirdi: "Çünki hələ bu kəslər 1980-1990-cı illərin təffəkürü ilə yaşayırlar. Bütün bunlar isə, onu göstərir ki, 2003-cü il prezident seçkilərində onlar ortaya konkret proqram qoya bilmədilər və əsas məqsədə nail olmaq üçün iqtidarın əleyhinə kampaniya apararaq, hakimiyyətə gəlmək və sonra addım atmaq barədə bəyanatlar yaydılar. Nəticədə isə, təsadüfən bir hakimiyyətdə olmaqları ilə xalqın daha böyük nifrətini qazandılar. Bu gün 15 oktyabrda keçirilmiş prezident seçkilərinin demokratik və şəffaf bir şəraitdə başa çatdığını bütün dünya dövlətləri, eyni zamanda, ölkəmizdə olan 1500-ə yaxın beynəlxalq təşkilatlar təsdiq etdikləri halda, belə bir səviyyəsizlərin növbəti dəfə hay-küy salmaları mənə elə gəlir ki, xalqın hiddətinə səbəb olacaq. Görünür, radikallar xalq tərəfindən onları birdəfəlik ölkədən çıxarmaqlarını gözləyirlər. Bu bədbəxtlər hələ də başa düşmürlər ki, seçkilərdə alternativsiz bir şaraitdə qələbə qazanmış Prezident İlham Əliyev neçə onilliklərlə xalqın seçdiyi liderdir. Bütün ağıllı, konstruktiv müxalifət cənab İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik etdiyi halda belə, səviyyəsizlərin hansısa bir birlik yaratması ancaq və ancaq xalqın onlara olan nifrətini birə-on dəfə artırmaq deməkdir."
Vəhdət sədri T.Kərimli isə bildirdi ki, seçkilərin demokratik və şəffaf keçirilməsi özlərini radikal adlandıran müxalifətin, daha doğrusu, siyasi oyunbazların kefini pozur: "Çünki həmişə ağa qara deyən, ölkəmizin uğurlarına sevinməyən İsa Qəmbərov, Əli Kərimov, Lalə Hacıyeva və Eldar Namazov kimi "siyasətçilər" özləri seçicilər tərəfindən boykot oldular. Hətta deyilənlərə görə, son zamanlar "Milli Birlik Hərakatı"nın rəhbəri L.Hacıyeva bərk xəstələnib. "MBH" lideri təmsil olunduğu anti-Azərbaycan mövqeli qurumların toplantılarına da qatılmır. Həmişə ağıl xəstəliyindən əziyyət çəkən İ.Qəmbərov, Ə.Kərimov və bu tip "siyasətçilər" isə indi də ürək xəstəliyindən əziyyət çəkirlər. Belə getsə, ölkəmizin inkişafını görən və buna dözə bilməyən bu siyasətbazlar, bələdiyyə seçkilərinə kimi, "donuz qripi"nə tutulacaqlarından qorxuya düşərək, gərək pis niyyətlərindən əl çəkələr. Ancaq inanmıram ki, düzgün yola qayıdalar. Bir tərəfdən də, bu bədbəxtlər o günlərinə şükür etməlidir ki, xalqımız belə xəstələri ölkədən çıxarmayıblar".