Radikal müxalifət ənənvi ampluasındadır
Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, müxalifət partiyalarının rüsvayçı durumla üzləşmələrinin əsas səbəbi "lider"ciklərin düşünülməmiş yarıtmaz siyasət aparmalarıdır. Yəni partiya sədrlərinin xarici maraqlı qüvvələrin sifarişi əsasında dövlətə və xalqa qarşı siyasət aparmaları cəmiyyətdə onlara nifrətin yaranmasına gətirib çıxarıb.
Fikir verin: Müsavat başqanı İsa Qəmbərov, "Milli Birlik Hərakatı"nın sədri Lalə Hacıyeva, AXCP (i) sədri Əli Kərimov və digərləri müəyyən maraqlı qüvvələrlə işbirliyinə getməklə ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Dəfələrlə bu qüvvələr paytaxtda və bölgələdə iğtişaşlar törətməyə səy göstərsələr də, istəklərinə nail ola bilməyiblər. Çünki əhalinin ayıq-sayıq olması, pozucu niyyətləri düzgün müəyyənləşdirmələri radikalların planlarının alt-üst olmasına gətirib çıxarıb.
Diqqətçəkən məqam ondan ibarətdir ki, ictimai rəydə radikallara mənfi münasibətin bəslənilməsinə baxmayaraq, onlar pozucu əməllərindən əl çəkmirlər. Əksinə, fəaliyyətlərini daha azğın formada davam etdirirlər. Xüsusilə də, bələdiyyə seçkilərinin yaxınlaşdığı ərəfədə, radikallar pozucu fəalliyyətlərini daha geniş şəkil də, qururlar. Demək olar ki, hər gün Müsavat, AXCP (i), ADP, "VİP" və bu kimi digər partiya fünksionerləri bulaq üstündə bardaş qurub, onun-bunun qeybətini edən arvadlarsayağı bələdiyyə seçkiləri ilə bağlı anormal fikirlər səsləndirirlər. Gah da, bölgələrə səfərlər edərək, əhali ilə qarşıdurmalar yaratmağa və bununla da, xarici havadarlarına, hələ də, ənənvi amplualarında olduqlarını göstərməyə çalışırlar. Söz yox ki, bununla da, seçkilərdə acınacaqlı məğlubiyyətlə üzləşəcəkləri ilə bağlı verilən proqnozları indidən reallaşdırmış olurlar. Nəzərə almaq lazımdır ki, radikal müxalifət, ümumilikdə, 500-600 nəfər namizəd irəli sürə bilib. Onların da, böyük əksəriyyəti radikalların qohum əqrəbalarıdır. Halbuki həmin şəxslər namizədliklərini irəli sürmək niyyətləri də olmayıb. Çünki onlar seçkilərdə uğusuzluğa düçar olacaqların dərk ediblər. Ancaq nə yolla olusa olsun, seçkilərdə iştirak etmək xəstəliyi radikalları qohumlarının istəyinə qarşı getməyə vadar edib. Bu da, onu deməyə əsas verir ki, radikallar bələdiyə seçkilərinə namizəd irəli sürməkdə çətinliklər çəkiblər. Əgər belə olmasaydı, Müsavat partiyası bir neçə rayonda həyatda olmayan şəxslərin namizədliyini irəli sürməyə cəhd göstərməzdir. Eyni zamanda, "Ümid", AXCP (i) və "VİP" ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasının üzvülərini partiyalarının siyahısı ilə bələdiyyə seçkilərinə namizədliklərini irəli sürməyə cəhd göstərməzdirlər.
Bir sözlə, müxalifət partiyalarının bugünkü faciəvi durum yaşamalarının konkret səbəbləri mövcuddur. Yəni yuxarıda qeyd etdiyimiz kimi, "lidercik"lərin yaramaz siyasət aparmaları nəticə etibarı ilə partiyaların cəmiyyətdən təcrid olunmasına gətirib çıxarıb.