PDF Oxu

Müxalifət

  • 9

Müsavat regionlarda qarşıdurma yaratmağa cəhd göstərib

Müsavat regionlarda qarşıdurma yaratmağa cəhd göstərib
Hələ avqust ayından bəzi siyasi partiyalar bələdiyyə seçkilərinə qeyri-rəsmi də olsa, start vermişdirlər. Ayrı-ayrı siyasi partiyalar seçkilərdə iştirak edəcək namizədlərini müəyyənləşdirsə də, yekun bir nəticəyə gələ bilmədilər. MSK-nın seçkilərə rəsmi start verdikdən sonra siyasi partiyaların taleyüklü tədbirə hazırlıq işlərinin daha fəallaşdığı müşahidə edilir. Amma bir məsələ var ki, əgər xalqın daha çox dəstəyini qazanan Yeni Azərbaycan Partiyası seçkilərə konstruktiv, seçicilərin istək və maraqlarına uyğun hazırlıq görürsə, radikal partiyalar, xüsusilə də, AXCP (i), Müsavat, ALP və bu kimi digər partiyalar tədbirə dağıdıcı xislətlərini ortaya qoymaqla hazırlaşırlar. Elə bu günlərdə həmin radikallar gah boş və mənasız bəyanatlarla çıxış edir, gah da pozucu ünsürlərdən olduqlarını göstərən icazəsiz aksiyalar keçirməyə cəhd göstərirlər. Bu günlərdə Müsavat və AXCP (i)-nin tör-töküntüləri olan 6-7 öyrədilmiş gəncin Elmlər Akademiyasının qarşısında məram və məqsədlərini bilmədikləri şüarlarla piket keçirməyə cəhd etmələri Əli Kərimovun, İsa Qəmbərovun və digərlərinin niyyətlərinin, xəstə təxayülünün məhsuludan uzağa getmədiyini ortaya qoydu. Lakin bu qruplara qoşulan müxalifətçi gənclər Ə.Kərimovun və İ.Qəmbərovun dağıdıcı siyasət yürütdüyünü başa düşdüklərindən, səhv yolda olduqlarına görə peşmançılıq çəkdiklərini bəyan etdilər. Bu isə İ.Qəmbərov və Ə.Kərimov kimilərin bir daha təkləndiyini göstərir. "Səs"ə yaxın mənbənin verdiyi məlumata görə bu günlərdə Sabirabad, Saatlı, Bərdə Yevlax və digər rayonlarda Müsavat başqanı bələdiyyə seçkiləri ərəfəsi xaricdən aldığı çirkin niyyətli təlimatı yerinə yetirmək üçün bölgələrə üz tutub. Verilən məlumata görə, hətta İ.Qəmbərov muzdlu dəstələrdən təlimat almış yaxınlarından belə istifadə etməkdən çəkinməyir. İki-üç gün öncə, İ.Qəmbərovun təlimatı əsasında bir neçə pulla ələ alınmış şəxsin Sabirabad, Bərdə və Yevlax rayonlarında pozuculuq aktları həyata keçirməyə cəhd göstərmələri də olub. Hətta AXP sədri Pənah Hüseynov bu təlimatların geniş şəkildə aparılmasını da təklif edib. Artıq Müsavatın icra aparatının rəhbəri Arif Hacıyev, partiyanın komissiya sədri Mustafa Hacıbəyli, Müsavatın Sumqayıt şəhər təşkilatının sədri İkram İsrafil və Bərdədən olan bir neçə xuliqanlıqda ad çıxarmış müsavatçı belə bir plan hazırlayıb ki, polislə qarşıdurma yaratsınlar və bununla da, rayon əhalisini özlərinə cəlb etsinlər.

Digər xəbərlər