PDF Oxu

Müxalifət

  • 11

Müsavat ölülərin namizədliyini irəli sürür

Müsavat ölülərin namizədliyini irəli sürür
MSK-nın rəsmi açıqlaması Müsavat partiyasının yenidən ifşa olunmasına səbəb olub
Müxalifət düşərgəsində təmsil olunan partiyalar cəmiyyətə özlərini təqdim etmək üçün ən iyrənc vasitə və üsullardan istifadə etməkdən belə çəkinmirlər. Hətta onlar bu cür məsələlərdə düşmən xislətində olan ermənilərlə işbirliyinə belə getməkdən çəkinmirlər. Misal kimi 2005-ci il parlament seçkiləri ərəfəsi Müsavat başqanı İsa Qəmbərovun və AXCP (i) sədri Əli Kərimovun Fransada Ermənistan demokratlarının lideri Stepan Dəmirçiyanla görüşüb, Azərbaycan hakimiyyətinə qarşı birgə mübarizə aparmaq barədə razılığa gəlmələrini göstərmək olar. Bu və digər yaramaz əməlləri, onu deməyə əsas verir ki, radikal müxalifət terror, təxribat və digər separatçı vasitələrlə xalqa, dövlətə qarşı qisasçılıq yolu tutmağa çalışır. Amma göstərilən səylər, xarici anti-Azərbaycan mövqeli qüvvələrlə işbirliyi radikal müxalifətin pozucu əməllərinin reallaşmasına imkan verməyib. Əksinə, xalq-hakimiyyət birliyi daha sıx tellər üzərində qrulur.
Maraqlı, həmi də, diqqətçəkən məqam ondan ibarətdir ki, Müsavat, AXCP (i), ADP, AMİP və digər xarici maraqlı qüvvələrin tör-töküntülərindən ibarət olan partiyalar seçkilərdə pozucu fəaliyyətlərini daha da genişləndirirlər. Onlar gah rayonlarda iğtişaşlar törətməyə cəhdlər göstərir, gah da ictimai rəyi çaşdırmağa cidmət edən anormal bəyanatlar yayırlar. Bu, bir daha onların gücsüzlüyünü, zəifliyini və nəhayət, yalnız xarici maraqlı qüvvələrdən asılı olduqlarını ortaya qoyur. Seçkilərdə isə onların adi uğur əldə etmələri qeyri-mümkündür. Belə olmasaydı, bələdiyyə seçkilərinin ən sadə mərhələsi olan imzatoplama kampaniyasında radikallar saxtakarlıqlar etməzdirlər. Eyni zamanda, həyatda olmayan şəxslərin partiya xətti ilə namizədliklərini irəli sürməyə və ya başqa partiyaların xüsüsilə də, ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasının üzvüləri proporsional qaydada namizədliklərini irəli sürməyə cəhd göstərməzdilər.
Qeyd etmək lazımdır ki, MSK-nın noyabrın 16-da keçirilmiş iclasında siyasi partiyaların səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydiyyatı, seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi məsələlərinə baxılıb, habelə, baş vermiş qanun pozuntuları ilə bağıl müraciətlər araşdırılıb. Müsavat partiyasının səlahiyyətli nümayəndəsinin şikayətlərində partiyanın namizədlərinə qarşı müxtəlif dairələrdə təzyiqlər edildiyi, bu təzyiqlər nəticəsində onların öz namizədliyini geri götürdüyünü iddia edib. MSK üzvləri məruzə edərək, hər bir halda, şikayətlərin araşdırıldığını və araşdırma zamanı həmin şəxslərin hər biri bu və ya digər səbəbdən, öz namizədliklərini könüllü surətdə geri götürdüklərini bildiriblər. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, araşdırma zamanı Tovuz rayonunun Müsavat partiyasından bələdiyyə seçkilərinə namizədliyi irəli sürülən şəxsin ölü olması və digər rayonlarda isə namizəd kimi göstərilən şəxslərin Müsavat üzvü yox, Yeni Azərbaycan Partiyasının üzvləridir. Göründüyü kimi, müxalifət partiyaları seçki qanunvericiliyini kobud şəkildə pozduqları halda, guya yerli icra orqanlarının seçki prosesinə müdaxilə etdiyi barədə rəy formalaşdırmağa çalışırlar. Müxalifət ciddi elektorat problemi ilə üzləşdiyinə görə, yerlərdə namizədliyini irəli sürmək üçün adam tapa bilmir.

Digər xəbərlər