PDF Oxu

Müxalifət

  • 15

Düşərgədə növbəti qalmaqal

Düşərgədə növbəti qalmaqal
2009-cu il müxalifət üçün ən başıbəlalı dövr oldu. İlin birinci rübündə keçirilən referendumda biabırçı uğusuzluqla üzləşən radikallar bələdiyyə seçkiləri ərəfəsi bir-birinə qarşı çıxaraq olub-keçənlərə nöqtə qoyur.
Belə ki, "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu referendumdan əvvəl şələ-küləsini götürüb Müsavatı tərk etmək istəsə də, Müsavat başqanı İsa Qəmbərovun yalvarışından sonra, "bəlkə adam oldu" deyib getmədi. Ancaq martın 18-də uğurla keçirilən referendumda xalqın daha çox nifrəti ilə üzləşdiklərini görən qəzetin baş yazarı İ. Qəmbərovun heç vaxt adam olmayacağına tam əmin olduğunu bildirdi. Elə həmin gündən Müsavatın qərargahı ilə birlikdə başqana da birdəfəlik tüpürdü. Baş verən hadisələr isə, artıq "Yeni Müsavat" partiyasının yaranması üçün gözəl şəraitin olacağını sübut edirdi. Çünki R.Arifoğlu getməklə bir sıra müsavatçı da onun qərargahına "köç" etməli oldu. Müsavat funksionerlərindən Elgün Həmidov, Həsən İbrahimov, Sübhan Jəbiyev "Səs" qəzetində, olarkən bildirdilər ki, insanlar uğurlu aksiya keçirdiyi halda, radikallar Müsavat başqanı İsa Qəmbərovun ətürpədici və boşboğaz sözlrindən bezərək aksiya keçirir: "İsa bəydə tülkü hiyləgərliyinə xas hiyləgərlik olduğunu deyənlər düz deyib. Çünki həyatımızı belə casusla bir yerdə keçirməyimizə görə özümüzü bağışlaya bilmirik. İnsan nə qədər həyasız olar? Biz bunların hamısının şahidi olmuşuq".
"Səs"ə yaxın mənbənin verdiyi məlumata görə, Müsavatda yaranmış bu durum artıq digər partiyalara da təsir edib. Artıq heç bir xarici təşkilat müxalifəti nə tanımaq istəyir, nə də bir qəpik verir. Əslində, kimdir bu "siyasi meyitlərə" qrant-filan verən? Heç kim. Hətta gör radikal düşərgənin siyasi iflası nə qədər açıq və sürətli bir şəkildə gedir ki, AŞPA-nın estoniyalı həmməruzəçisi Andres Herkel ölkədə keçirilən referendumun çox şəffaf və demokratik keçdiyini, artıq radikal müxalifətin fəaliyyətinin əhəmiyyət daşımadığını və bu düşərgənin siyasi proseslərə təsirinin mənasız olduğunu bildiribdir.
Seçkinin vaxtının azaldığını görən "siyasi meyitlər" ordusuna çevrilən radikal düşərgə vəziyyətdən çıxış yolunu yenə də mitinq keçirməkdə görür. Mənbənin verdiyi məlumata görə, radikallar noyabrın ikinci ongünlüyü ərəfəsində mitinqlərə "start" verəcəkləri bildirirlir. Görünür, hələ də radikallar bu yolun onlar üçün ən uğursuz olmasından bir nəticə çıxara bilməyiblər. Müsavat funksioneri Elgün Həmidov radikallar arasında yaranan gərginliyin baş verməsi ilə bağlı açıqlamasında bildirdi ki, nə qədər ki, düşərgədə olan köhnə fikirli, köhnə "əqidəli" insanlar siyasətdən getməyib, funksionerlər partiya sədrlərinə qarşı bu aksiyanı, yəni istefa vermələri ilə bağlı aksiyalarını davam etdirəcəklər: "Təbii ki, onlar bacarmadıqları siyasətdən çoxdan getməli idilər. Ancaq nə edək ki, belə olmadı. Onsuz da Əli Kərimovun, İsa Qəmbərovun, Lalə Hacıyevanın və Əvəz Temirxanın və eləcə də, onların ətrafında olan və onlar kimi düşünən insanların siyasətdə qalıb-qalmaması heç kəsə maraqlı deyil. Bu, maraqsızlıq, siyasi savadsızlıq, ikiüzlülük, radikal düşərgəni pis vəziyyətə salıb. Onlar artıq xarici qrantlardan da məhrum olub. Bu məhrumiyyət tezliklə Müsavatın, AXCP (i)-nin və digər pozucu fəaliyyətlə məşğul olan partiyaların bir-birinin ardınca siyasətə əlvida deməsi ilə nəticələnəcək. Çünki həmin partiyalara, Ə.Kərimova, İ.Qəmbərova və L.Hacıyevaya xalq çoxdan əlvida deyib. Ə.Kərimovun yaşadığı taleyi indi də İ.Qəmbərov yaşamaqdadır. Biz bu günə kimi onun ətrafında qaldığımıza görə, özümüzü bağışlaya bilmirik".

Digər xəbərlər