PDF Oxu

Müxalifət

  • 8

Müxalifətin sağalmaz xəstəlikləri

Müxalifətin sağalmaz xəstəlikləri
Azərbaycan müxalifəti yarandığı gündən etibarən xəstədir. Yəni Müsavat başqanı İsa Qəmbərovun, AXCP (i) sədri Əli Kərimovun, "MBH" lideri Lalə Hacıyevanın, AMİP lideri Etibar Məmmədovun, "ACP" lideri Rəsul Quliyevin, "Ümid" partiyasının sədri İqbal Ağazadənin, ALP-nin sədr əvəzi Əvəz Temirxanın və digərlərinin təmsil olunduğu radikal düşərgə elə bir xəstəliyə tutulub ki, (daha doğrusu, bu partiyalar, düşərgə yaranan gündən ölü doğulub) həmin xəstəliyin əlacı yoxdur. Çünki "bəy"lər özlərini və rəhbərlik etdikləri partiyaları özləri xəstəliklərə yoluxdulublar. Təbii ki, bu xəstəlikləri sadalamaqla bitən deyil.
Müsavatın xəstəlikləri: Müsavat partiyası yarandığı ilk gündən adıçəkilən partiya həm partiyadaxili, həm də partiyalararası çəkişmələrlə yadda qalıb. Belə ki, Müsavatın diktator başqanı İ.Qəmbərovun hər bir zaman digər radikal müxalifət partiyaları ilə münasibəti gərgin olub. O, bir gün "qardaş", "dost" dediyi Ə.Kərimovu, bir gün də "MBH" lideri L.Hacıyeva ilə "Ümid" partiyasının sədri İ.Ağazadəni hədəfə alır. Yəni tərəflər biri-birilərini ittiham etməklə gündəmdə qalmağa çalışırlar. İkinci bir xəstəlik isə, yuxarıda qeyd etdiyimiz kimi, İ.Qəmbərovun partiya daxilindəki quruplaşmalarla, Müsavat "boss"ları ilə mübarizə apara bilməməsidir. Belə ki, Rauf Arifoğlu, Arif Hacıyev, Vurğun Əyyubov kimi Müsavat funksionerlərinin hegomonluğu, biri-birləri ilə mübarizə aparmaları həm İ.Qəmbərovu, həm də onun başqanı olduğu partiyanı pis vəziyyətə salıb. Bütün bunlar İ.Qəmbərovun necə başqan, rəhbər (əgər buna rəhbər demək mümkünsə) olduğunu bir daha nümayiş etdirir. Quruplaşmalardan birinə rəhbərlik edən R.Arifoğlu "Yeni Müsavat" qəzetini İ.Qəməbrovun təsisçiliyindən (daha doğrusu, əlindən) ala bildi. Başqanın və onun partiyasının xalqımız, ölkəmiz üçün təhlükəli ola biləcək digər xəstəliyi İsa "bəy"in Azərbaycan əleyhinə olan qüvvələrlə əməkdaşlıq etməsidir. Onu qeyd edək ki, nə İ. Qəmbərov, nə də Müsavat partiyası bu xəstəliklərdən sağalan deyil. Çünki onlar özləri bunda maraqlı deyil.
AXCP (i)-nin xəstəlikləri: Əslində, Müsavata aid olan əlamətləri, xəstəlikləri AXCP (i)-yə də aid etmək olar. Çünki radikal partiyalar hamısı eyni xəstəliklərə tutulub. Ə.Kərimovun yarıtmaz fəaliyyəti nəticəsində partiya üzvləri biri-birinin ardınca AXCP (i)-ni tərk edirlər. Yəni Ə.Kərimov təklənib. O, nə İ.Qəmbərovla, nə də digər müxalifət partiyaları ilə əlaqəsi də normal deyil.
Düşərgəyə daxil olan digər partiyalarda da vəziyyət kritik haldadır. Yəni xalqın dəstəyini ala bilməyən, sosial bazası olmayan Azərbaycan müxalifəti iflic vəziyyətdədir.
Qeyd etdiyimiz kimi, Müsavatla "Ümid" partiyası arasında hələ də münasibətlər gərgin olaraq qalmaqdadır. Bundan əvvəl də bu gərginlik AXCP (i) ilə Müsavat arasında da davam etməkdədir. Bütün bunlar, onu deməyə əsas verir ki, İ.Qəmbərov, Ə.Kərimov, L.Hacıyeva, R. Quliyev və digər bu tip insanlar, nə qədər ki, müxalifətə başçılıq edirlər, Azərbaycan müxalifəti İFLİC olaraq qalacaq.

Digər xəbərlər