PDF Oxu

Müxalifət

  • 9

Müsavatla “Ümid” arasında münasibətlər gərgin olmaqdadır

Müsavatla “Ümid” arasında münasibətlər gərgin olmaqdadır
Məlum olduğu kimi, iflic vəziyyətə düşən radikal partiyalar arasında münasibətlər gərgin olmaqda davam edir. Bu gərginliyin yaranmasında səbəbkarlar-Müsavatda diktatura rejimi yaradan İsa Qəmbərov, AXCP (i)-ni viran qoyan Əli Kərimov, "ACP" lideri Rəsul Quliyev, "Ümid" partiyasının sədri İqbal Ağazadə, AMİP lideri Etibar Məmmədov, "MBH" lideri Lalə Hacıyeva və digərləridir. Onlar adi bir partiyanı da idarə edə bilmirlər. Görəsən, belə olduğu halda, onlar hakimiyyətə gəlsələr (təbii ki, bu, heç vaxt reallaşan deyil) dövləti necə idarə edəcəklər? Düzdür, onların ötən əsrin 90-cı illərin sonunda Azərbaycana rəhbərlik etdikləri dövr heç kəsin yadından çıxmayıb. Həmin dövrdə anarxiya, xaos, özbaşınalıq hökm sürürdü. "Bəy"lərin dövründə heç kəs küçəyə belə çıxa bilmirdi. Yəni həmin dövrdə özbaşınalıq hökm sürürdü. Bir tərəfdən də, müharibə, aclıq və s. Bütün bunlar xalqımızın acı tarixi, qanlı keçmişidir. Bunları xalqımıza, ölkəmizə İ.Qəmbərov, Ə.Kərimov kimi "bəy"lər "bəxş" etdilər. O zaman idarəçiliklə yanaşı, kadr siyasəti də düzgün qurulmamışdı. Yəni ordudan, hərbidən bilgisi olmayan şəxs orduya rəhbər, cinayətkar şəxslər də digər vəzifələrə təyin olunur. Bu, AXCP-Müsavat cütlüyünün hakimiyyəti dövrünə təsadüf edir. Lakin xalqımız bu təsadüfləri, bu cür cinayətkar əməlləri heç zaman "bəy"lərə bağışlamayacaq. Çünki onlar çox böyük günahlar ediblər. Bundan əlavə, adlarını çəkdiyimiz "bəy"lər hər seçki zamanı ölkəmizdə iğtişaş törətməyə cəhd ediblər. Bu cür əməllər sahibi olan radikal "bəy"lər siyasi partiya yaradaraq, utanmadan özlərini siyasətçi hesab edirlər. Təbii ki, utanmaq üçün insanın üzündə həya gərəkdir. Maraqlısı da budur ki, bütün bu əməllərə rəğmən onlar hələ də siyasətlə vidalaşmaq istəmirlər. Onsuz da onların siyasətçi olaraq, özləri kimi partiyaları da formal olaraq qalmaqdadır. "Bəy"lərin rəhbərlik etdikləri partiyalar (qeyd etmək lazımdır ki, bu partiyaların 5-10 üzvü qalıb) yalnız böhtan atmaqla, qara yaxmaqla məşğuldurlar. Onların məşğuliyyəti yalnız bundan ibarətdir.
Qeyd etdiyimiz kimi, Müsavatla "Ümid" partiyası arasında hələ də münasibətlər gərgin olaraq qalmaqdadır. Bundan əvvəl də bu gərginlik AXCP (i) ilə Müsavat arasında yaşanırdı. Hər iki tərəf bu münaqişədən məğlub çıxdı (Sanki məğlubiyyət onların alın yazısıdır) və bu münaqişə bir qədər səngidi. Düzdür, sonradan münaqişə adları çəkilən partiyaların mətbu orqanları olan "Yeni Müsavat"la "Azadlıq" partiyaları arasında davam etdirildi. İndi isə bu gərginlik "Ümid" arasında davam etdirilməkdədir. Müsavat başqanı İ.Qəmbərov "Ümid" sədrini müxalifətə dəxli olmayan şəxs hesab edir. Bundan əlavə, Müsavat partiyasının funksionerləri olan Arif Hacıyev və Pənah Hüseynov da "Ümid" haqqında mənfi fikirlər söyləməkdədirlər. Qarşı tərəf də boş oturmur. Belə ki, İ.Ağazadə "Yeni Müsavat" qəzeti vasitəsi ilə İ.Qəmbərovu və onun tərəfdarlarını susdurmağa çalışdı. Maraqlısı isə burasındadır ki, İ.Qəmbərov bütün bunlardan sonra "Yeni Müsavat" qəzeti ilə, daha dəqiqi Rauf Arifoğlu ilə yollarını birdəfəlik ayırdı. Əslində, bu çoxdan gözlənilirdi və nəhayət ki, baş verdi. Yəqin ki, bizləri "bəy"lərin yeni trakomediyaları, oyunları gözləyir.

Digər xəbərlər