PDF Oxu

Müxalifət

  • 8

Rauf Arifoğlu partiya yaratmaq iddiasını reallaşdırır

Rauf Arifoğlu partiya yaratmaq iddiasını reallaşdırır
Müxalifət partiyalarının durumunun acınacaqlı olması nəticə etibarilə düşərgənin fəaliyyətini iflic edib. Demək olar ki, hazırda düşərgə daxilində adi kriteriyalara cavab verə biləcək partiya qalmayıb. Ya hansısa partiya, qeyri-rəsmi də olsa, fəaliyyətini dayanadırıb, ya da xaricdən qrant almaq eşqi ilə hələ də fəaliyyətdə olduqlarını göstərməyə çalışırlar. Amma ümumi mənzərə ondan ibarətdir ki, müxalifət partiyaları tam şəkildə tarixin arxivi astanasındadır.
Bunun səbəbi isə partiya sədrlərinin düşünülməmiş yarıtmaz siyasət aparmalarıdır. "Lidercik"lərin səhv siyasət yeritmələri partiyaların cəmiyyətdən təcrid olunmasına səbəb oub. Bu isə, bütün taleyüklü tədbirlərdə müxalifət partiyalarının acınacaqlı məğlubiyyətlərinə gətirib çıxarıb. Məhz bu və digər faktlar partiyaların sonunun heç də uzaqda olmadığını deməyə əsas verir. Düzdür, son vaxtlar bəzi 4-cü 5-ci dərəcəli partiya funksionerləri düşərgə daxilində yaranan boşluqdan istifadə edərək, önə keçməyə və düşərgədə sükanı əllərinə almağa cəhd göstərirlər. Bu sırada Müsavat başqanın keçmiş müavini Rauf Arifoğlunun adı xüsusi vurğu ilə çəkilir.
Hətta ötən il "Yeni Müsavat" qəzetinin Müsavat qərargahından çıxarmaqla İ.Qəmbərovla eyni sırada dayanmağın artıq qeyri-mümkün olduğunu nümayiş etdirdi. Bununla yanaşı, R.Arifoğlu İ.Qəmbərovu əski mövqeyinə qaytarmaq üçün başqan haqqında müxtəlif qəzetlərdə təhqiramiz ifadələr dolu yazılar dərc etdirdi. Eyni zamanda, R.Arifoğlu yeni partiya yaratmaq niyyətindən əl çəkmədiyini nümayiş etdirən jestlər də ortaya qoydu. Onun qəzetlərə verdiyi açıqlamalarında yeni partiya yaratmaq niyyətində olduğunu söyləməsi də deyilənlərə misal ola bilər.
Dünən Müsavat başqanı İsa Qəmbərov "Yeni Müsavat" qəzetinin təsisçiliyindən imtina etdiyini bəyan edən açıqlama yayıb. Başqan bundan sonra Müsavat partiyasının "Yeni Müsavat" qəzeti ilə əlaqələrinin tamamilə kəsildiyini bildirib. Söz yox ki, təsisçilikdən imtina heç də İ.Qəmbərov üçün asanlıqla verilən qərar olmayıb. Ən azı təzyiq və təsirlər başqanı R.Arifoğlunun iddiasını realaşdırmağa məcbur edib. Bundan sonra R.Arifoğlu sadə formada İ.Qəmbərovu və onun ətrafında olanları söyüb təhqir etməkdə çətinlik çəkməyəcək. Ehtimal ki, yaxın günlərdə iki il öncə dayandırılan "Yeni Müsavat" partiyası layihəsi reallaşdırılsın. Ancaq R.Arifoğluna yaxın mənbənin "Səs"ə verdiyi məlumata görə, R.Arifoğlu yeni partiya yaratmaq niyyətini 2010-cu ilin may ayından sonra həyata keçirməyə çalışacaq. Çünki 2010-cu ilin may ayında Müsavat partiyasının qurultayının keçirilməsi nəzərdə tutulub. Qurultayda İ.Qəmbərov başqanlıqdan istefa verdiyini bəyan edəcək. Məhz bu qərardan sonra R.Arifoğlu yaradacağı "Yeni Müsavat" partiyasının sosial bazasını Müsavat hesabına doldurmaq üçün əməli fəaliyyətə keçəcək. Hər halda, proseslərin inkişafı və araşdırmalar da bunu deməyə əsas verir.

Digər xəbərlər