PDF Oxu

Müxalifət

  • 13

Əli Kərimov qurultay deyə-deyə qalıb

Əli Kərimov qurultay deyə-deyə qalıb
Əli Kərimov İsa Qəmbərovla olan "razborkasını" öz xeyrinə dəyişmək və prezident seçkilərindən sonrakı dönəmə "ana müxalifət rəhbəri" kimi başlamaq üçün var gücü ilə Müsavatın Ə.Kərimovdan daha betər "gündə" olan başqanını öz daxilindən vurmağa başlayıb. Demək olar ki, "Yurd" şefi bu qərarında israrlıdır və ona bu məsələdə "Yeni Müsavat" qezeti əməllicə dəstək olur. Neçə müddətdir ki, ona qarşı "təxribat olacağı" barəsində yalan-palan yazılar dərc etdirən Ə.Kərimov, bununla da, prezident seçkilərindən sonrakı boşluğu, bələdiyyə seçkiləri ərəfəsi doldurmaq istəyir. Ancaq nə faydası?! Onsuz da, Ə.Krimovdan başlamış digərlərinə qədər bir çoxları elə şəkildə tükəniblər ki, daha onların felinə uyası bir axmaq da qalmayıb. Elə beynəlxalq təşkiltlarda da. İndi müxalifət bələdiyyə seçkilərinin vaxtının azaldığı bir zamanda, çalışır ki, beynəlxalq təşkilatlardan bir-iki manat dəstək alsın. Amma kimdir onlara bir sent verən? Həbsxanlardakı ən qatı caniləri pul müqabilində "siyasi məhbus" kimi Avropa Şurasına "sırıyan", milli maraqları bir kənara tullayıb, ən alçaq satqınçlıq işləri törədən bu "siyasi maşenniklər"dən AŞ PA da artıq çoxdan beziblər. Andreas Herkel kimi bir müxalifətpərəst də onlardan üz çeviribsə, daha nə danışasan?
Amma məsələ başqa yöndədir. Belə ki, müxalifət daxilində Müsavatla və AMİP-lə burun-buruna gələn AXCP (i) sədri, indi öz daxlindəki problemlərin girdabında boğulur. Demək olar ki, Ə.Kərimov çətin durumdadır. Bir müddət bundan əvvəl ətrafında "mavilər koridoru" deyilən məsələ yaranan Ə.Kərimov, bu "məsələdən" yararlanmağa çalışırdı. Bütün "Yurd" funksionerləri onu boykot etməyə başlayıb. Partiyada bu gün situasiya tamamilə qəlizləşib. Belə ki, partiya funksionerləri ondan ilin sonuna qədər qurultay keçirməyi, yeni strukturları təşkil etməyi və parlament seçkilərinə qədər müxalifətdə yürütdüyü yanlış siyasəti dəyişdirməyi tələb edirlər.

Digər xəbərlər