PDF Oxu

Müxalifət

  • 10

Ağa qara demək radikal müxalifət mətbuatının xislətidir

Ağa qara demək radikal müxalifət mətbuatının xislətidir
Hüquqi demokratik dövlət quruculuğu prosesində inamla irəliləyən Azərbaycanda insanların daha yaxşı, firəvan yaşaması üçün hər cür imkan və şərait mövcuddur. Hazırda ümumdaxili məhsulun artımı, adambaşına düşən gəlirlərin yüksək olması, yeni iş yerlərinin yaradılması ölkəmizin qlobal dünyamızda xüsusi yeri və çəkisi olan dövlətlər sırasında qərar tutmasına əsas verir. Amma acı təəssüf hissi doğuran məsələ ondan ibarətdir ki, radikal müxalifətin qazanının dibini yalayan qəzetlər Azərbaycanda əldə olunan uğurları təhrif etməyə və bununla da, ictimai rəyi çaşdırmağa çalışırlar. Hətta "Yeni Müsavat", "Azadlıq", "Bizim Yol" və bu kimi digər müxalifət qəzetləri xalqını sevən, dövlətinə bağlı insanların şərəf və ləyaqətini təhqir etməkdən belə çəkinmirlər.
Təhqir edilən insanlar məhkəmələrə müraciət etdikdə, həmin qəzetlər məzhəkə qururlar. Pis arvadlar sayağı bardaş qurub, hakimiyyət əleyhinə ittiham irəli sürürlər, söz və mətbuat azadlığının pozulduğunu iddia edirlər.
Bir sözlə, hər cür vasitə və üsullardan istifadə etməklə, özlərinin yaramaz əməllərinə haqq qazandırmağa çalışırlar. Bununla onlar bir daha jurnalistlərin birinci qrultayında qəbul edilən prinsipləri, eləcə də, Azərbaycan jurnalistlərinin peşə-davranış qaydalarını kobud şəkildə pozduqlarının fərqinə varmırlar. Jurnalistlərin peşə davranış qaydalarının 1.1 bəndində deyilir: "Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır".
Çox maraqlıdır ki, ictimai rəyin mənfi münasibətinə baxmayaraq, müxalifət mətbuatı ənənəvi amplualarında çıxış etməkdədirlər. Bu dəfə onların hədəfində Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının olduğu müşahidə edilir. Bu qəzetlər dərc etdikləri palaz-palaz cızmaqaralarında fondun və şuranın cəmiyyətin maraqlarına tam cavab verən fəaliyyətlərinə kölgə salmağa çalışırlar. Arqumentsiz, məntiqsiz məqalələri gözdən keçirən istənilən şəxs yazıların sifariş əsasında dərc edildiyini görə bilər. "Yeni Müsavat" və "Azadlıq" qəzetində çalışan həmkarlarımızdan bəziləri də bunu səmimi söhbətlər əsnasında qeyd edirlər. Həmin şəxslərin Rauf Arifoğlunun və Azər Əhmədovun qəzəbinə tuş gələ biləcəklərindən ehtiyatlandığımızdan, adlarını qeyd etməyi yersiz hesab edirik. Əslində, bu məlumatlar nəzərə çatdırılmadan belə sifariş olduğunu görmək mümkündür. Birincisi, ona görə ki, məqalələr başdan-ayağa qədər şuranın və fondun rəhbərlərinin tənqid və təhqir edilməsinə yönəlib. Digər tərəfdən, şuradakı və fonddakı "mənbə"lərə daha çox yer verirlər. Bu isə yenədə Azərbaycan Jurnalistlərinin Peşə- Davranış Qaydalarını kobud şəkildə pozması deməkdir. Jurnalistlərin Peşə-Davranış Qaydalarının 2.1 maddəsinə görə, "Təşkilatların, partiyaların, cəmiyyətlərin, birliklərin və hər hansı maraqlı qrupların məlumatları yayılarkən, mənbə mütləq göstərilməlidir".
Söz yox ki, müxalifət mətbuatı, nəinki, Jurnalistlərin Peşə- Davranış Qaydalarına əməl edir, ümumiyyətlə, bu prinsiplər onlar üçün yaddır. Məsələ ilə bağlı Mətbuat Şurasının da ölçü götürməməsi yalnız təəssüf doğrur. Bəzən belə fikir səsləndirilir ki, şantaj və böhtanla üzləşmək qorxusu Mətbua Şurasına öz Əsasnaməsinə uyğun qəar verməsinə imkan vermir. Yəni "Jurnalist reketçiliyi" məsələsini radikal müxalifət qəzetlərinə də aid etməkdən çəkindirir. Hər halda, ictimai rəyin mövqeyi də ondan ibarətdir ki, yaramaz fəaliyyət yolu tutan müxalifət qəzetlərinə qarşı Mətbuat Şurasının konkret cəza tədbiri görməməsi təəssüf hissi yaradır.

Digər xəbərlər