PDF Oxu

Müxalifət

  • 9

Lalə Hacıyeva radikal “bəy”ləri ittiham edir

Lalə Hacıyeva radikal “bəy”ləri ittiham edir
Müxalifətin yaratdığı "Qarabağ və Respublika Uğrunda Hərəkat", eləcə də "Azadlıq" bloku öz fəaliyyətlərini dayandırıblar. Əslində, radikal "bəy"lərin yaratdığı adları çəkilən bloklar heç fəaliyyət də göstərməyiblər.
Yalnız çirkin əməllərə meyil edən Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, "Ümid" partiyasının sədri İqbal Ağazadə, ALP-nin sədr əvəzi Əvəz Temirxan, "ACP" lideri Rəsul Quliyev, AMİP lideri Etibar Məmmədovun təmsil olunduqları bloklar heç zaman obyektiv, demokratik prinsiplər əsasında fəaliyyət göstərə bilməz. Həm də adları çəkilən şəxslərin başçılıq etdikləri partiyalarda da vəziyyət ürəkaçan deyil. Belə ki, hər zaman radikal müxalifət partiyalarının daxilində qarşıdurma, qrupların mübarizəsi davam etməkdədir. Partiyadaxili qruplaşmaların mübarizəsi nəticəsində partiyalar iflic vəziyyətə düşüblər. Hər seçkiöncəsi isə radikal partiyaların və onların başında duran "bəy"lərin vəziyyəti daha da kritik olur. Eləcə də, seçkilər (prezident, parlament, bələdiyyə seçkiləri) zamanı "bəy"lər biri-birilərini satqınçılıqda ittiham edirlər. Yəni bunlar məğlub olmalarının səbəbini digər həmkarlarında görürlər. Necə deyərlər, kor-kora kor deməsə, bağrı çatlar. Əslində, bu da, onlar üçün bir bəhanədir. Yəni Ə.Kərimov, İ.Qəmbərov, L.Hacıyeva və bu tipdə olan "siyasətçilər" biri-birilərini ittiham etməklə, həm gündəmdə qalmağa çalışırlar, həm də aldatdıqları sıravi partiya üzvlərini bu yolla növbəti dəfə aldadırlar. Buradan belə nəticəyə gəlmək olar ki, onların siyasəti yalan, böhtan üzərində qurulub. Təbii ki, böhtanla, mənasız işlərlə siyasət bir araya sığmır. Bunu anlayın, "bəy"lər, bəlkə millət sizin günahlarınızı bağışladı. Çünki siz çox günahlar etmisiniz.
Qarşıdan bələdiyyə seçkiləri gəlir. Yenə də qarşıdurmalar səngimək bilmir. Əksinə, bu qarşıdurmalar yenidən alovlanmaqdadır. Bir maraqlı məqam da ondan ibarətdir ki, radikal müxalifət partiyalarının ötən parlament seçkilərində yaratdıqları "Azadlıq" bloku, bu ilin martında keçirilən bələdiyyə seçkilərində yaratdıqları "Qarabağ və Respublika Uğrunda Hərəkat" öz fəaliyyətlərini dayandırdılar. Buna səbəb isə, yuxarıda qeyd etdiyimiz kimi, "bəy"lərin biri-biriləri ilə yola getməmələridir. "MBH" lideri L.Hacıyeva həmkarlarını, xüsusən də, Müsavat başqanı İ.Qəmbərovu müxalifəti parçalamaqda ittiham edir. "Müxalifət düşərgəsində təmsil olunan partiyaların sədrləri hər zaman düşərgəni parçalamaqla məşğul olublar. Odur ki, radikal müxalifət partiyaları bu vəziyyətlə üzləşiblər. İ.Qəmbərov isə müxalifətin düşmənidir"-deyə, "MBH" lideri vurğulayıb. Beləliklə, radikal düşərgədə mübarizə nə qədər davam edəcəksə, o qədər də onların süqutu yaxınlaşacaq.

Digər xəbərlər