PDF Oxu

Müxalifət

  • 14

İsa Qəmbərovla İqbal Ağazadə qarşıdurması səngimək bilmir

İsa Qəmbərovla İqbal Ağazadə qarşıdurması səngimək bilmir
Bir-birlərini dinləyərkən demokrat olub, sonradan əməllərində diktatora çevrilən müxalifətçilərin yenə də "Qarabağ və Respublika Uğrunda Hərəkat"dan ayrılıb pərən-pərən düşməsi, əvvəllər də şahidi olduğumuz hadisələrdən biridir. Belə ki, hərəkatın "xoşbəxt" zamanlarında təmsil olunan lÜmid" və Müsavat partiyaları indi bir-birlərinə qarşı ən qəddar düşmənə çevriliblər.
Müxalifətçilər arasında şər-böhtan atmaq ən dəbdə olan və qədim adətlərdəndir. Öz "adətlərinə" xilaf çıxmayan Müsavat partiyasının başqanı İsa Qəmbərov "Ümid" partiyasının sədri İqbal Ağazadəni oğurluqda və hakimiyyətə işləməkdə günahlandırır. İsa "bəy" İ.Ağazadəni müxalifətçilər arasında olaraq, müxalifətçilərin birliyini pozan, birləyinə zərbə vuran birinci şəxs hesab edir. Müsavat başqanı onu Azərbaycanda mövcud olan müxalifətin ən qatı düşməni hesab edir. İ.Qəmbərov hesab edir ki, "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın tənəzzülünə də məhz lÜmid" partiyasının rəhbərliyi səbəb olub. Bu məqamda ən gülməlisi və məntiqə uyğun olmayan odur ki, bir-birlərini əvvəldən bəyənməyən və birləşsələr belə, tezliklə ayrılacaqlarını bilən bu müxalifətçilər niyə bir blokda və ya hərəkatda birləşməyə cəhd edirlər. Onlar, yəqin ki, çox yaxşı anlayırlar ki, xalqın onlara heç bir inamı qalmayıb. Belə hərəkətlərlə isə onlar özlərini daha da gülünc vəziyyətə salırlar. Belə insanların hakimiyyət və ya seçki uğrunda mübarizəsi də mənasız görünür. Məhz elə buna görə də, onlar ölkəmizdə keçirilən bütün seçkilərdə biabırcasına məğlub olurlar.
Müsavat başqanı İsa Qəmbərov tərəfindən ciddi tənqidlərə və təhqirlərə məruz qalan lÜmid" partiyasının rəhbəri İ.Ağazadə İsa "bəy"in bütün dediklərini yalan, böhtan adlandırır. O, deyilən fikirlərlə razılaşmır və bunun Müsavat başqanı tərəfindən ona qarşı törədilən fikir, söz cinayəti adlandırır. İ.Ağazadə düşünür ki, İ.Qəmbərov seçki öncəsi ona qarşı psixoloji təzyiq göstərmək istəyir. Lakin lÜmid" rəhbərliyinin bu psixoloji təzyiqə boyun əyməyəcəyini bildirir. Böhtana böhtanla cavab verməkdən yorulan İqbal Ağazadə Müsavat rəhbərliyini məhkəməyə vermək qərarına gəlib. O, İ.Qəmbərovu və bütünlükdə, Müsavat partiyasını ağır cəzalandırmaq istəyir. Bu cəzanın isə, hələ ki, nədən ibarət olacağı məlum deyil. Amma məlum olan odur ki, çökərək dizlərini yerə qoyan müxalifətçilər bu qarşıdurmadan sonra daha da tənəzzülə uğrayacaqlar və siyasi səhnədən uzaqlaşacaqlar. Əslində, siyasi səhnədən uzaqlaşmaq vaxtı onlar üçün çoxdan çatıb. Lakin kor tutduğundan buraxmadığı kimi, müxalifətçiyik deyib, nədən və niyə yapışıblar, yəqin ki, heç özləri də bilmirlər.

Digər xəbərlər