Rauf Arifoğlu Əli Kərimovla Müsavat başqanına qarşı çıxır
Radikal düşərgədə "bəy"lər arasında mübarizə davam etməkdədir. Çirkin işlərlə məşğul olan müxalifət liderlərinin hər biri bu mübarizədən məğlub çıxır. Belə ki, onlar öz oturduqları budağı kəsirlər. Bu da onların dünyagörüşündən, siyasi savadsızlıqlarından irəli gəlir. Bütün bunlar da bu "bəy"lərin hansı səviyyədə biliyə, dünyagörüşünə malik olduğunu göstərir. Bəlkə də radikal düşərgənin "bossları" bütün bunları, etdikləri çirkin əməlləri müxalifətçilik, siyasi fəaliyyət hesab edirlər. Hazırda düşərgə iki hissəyə bölünüb. Müxalifət partiyalarının özləri də daxildən parçalanıblar. Yəni belə bir radikal müxalifət partiyası yoxdur ki, orada quruplaşmalar, savaşlar olmasın. Elə düşərgənin iflic olmasına rəvac verən səbəblərdən biri də budur.Ümumiyyətlə, biri-birlərinə dost, həmkar deyib, sonra da quyu qazmaq qeyd olunan düşərgədə özlərini "boss" hesab edən "bəy"lərin çoxdankı vərdişidir.
Onların yaratdıqları ittifaqlar sözdə gözəl olsa da, əməlləri ilə üst-üstə düşmür. Yəni yaratdıqları "Azadlıq" bloku azadlığa qarşı, "Demokratiya Uğrunda Hərəkat" demokratiyaya qarşı, "Qarabağ və Respublika Uğrunda Hərəkat" isə, bütövlükdə, xalqın əleyhinə yönəlmiş bir təşkilatdır. Hər zaman da bu ittifaqlar məğlubiyyətlə üzləşirlər. Çünki adları çəkilən bu birliklərdə (əgər bunlara birlik demək mümkündürsə) Müsavat başqanı İsa Qəmbərov, "Ümid" sədri İqbal Ağazadə, "MBH" lideri Lalə Hacıyeva, ALP-in sədr əvəzi Əvəz Temirxan, AXCP (i) sədri Əli Kərimov, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev kimi "bəy"lər təmsil olunurlar ki, onlar da siyasətdən tamamilə uzaqdırlar.
Müxalifət düşərgəsində ən çox qalmaqallarla, qarşıdurmalarla qarşılaşan İ. Qəmbərovdur. Müsavat başqanı həm partiyadaxili quruplaşmaların mübarizəsindən, həm də həmkarlarının çəkişməsindən yorulub. Onun mübarizəsi həm "Ümid" partiyasının sədri İ. Ağazadə ilə, həm də AXCP (i) sədri Ə. Kərimovla gedir. İsa "bəy"in "Yurd" şefi ilə mübarizəsinə Müsavat daxilindəki quruplaşmalardan birinə başçılıq edən və adıçəkilən partiyanın başqan müavini olan Rauf Arifoğlu da qoşulub. Belə ki, bir müddət öncə, Ə.Kərimovu və onun komandasını özünə düşmən hesab edən R. Arifoğlu indi isə AXCP (i) sədri ilə müttəfiq olaraq, başqanına qarşı mübarizə aparır. Bu isə, yaxın gələcəkdə mübarizənin daha da böyüməsi ilə nəticələnəcək.