PDF Oxu

Müxalifət

  • 14

İqbal Ağazadə ilə İsa Qəmbərov arasında qarşıdurma davam edir

İqbal Ağazadə ilə İsa Qəmbərov arasında qarşıdurma davam edir
Xalqın dəstəyindən məhrum olan, sosial bazası olmayan radikal düşərgə necə yenidən "dirilə" bilər? Həm də radikal düşərgənin dirilməsi üçün adları çəkilən partiyaların başında başı siyasətdən çıxanlar oturmalıdırlar. Lakin İsa kimiləri siyasət nə olduğunu bilmirlər. Onlar siyasəti partiya yaratmaqda, satqınçılıq edib, pul əldə etməkdə, qalmaqallar yaratmaqda görürlər. Elə ona görə də, düşərgə bu vəziyyətdədir. Onsuz də radikal düşərgənin iflasa uğradığı hər kəsə məlumdur. Lakin hələ də "bəy"lər bu məğlubiyyətlə barışa bilmirlər. Onlar, nəyin bahasına olursa-olsun, xarici qrantlar hesabına "siyasi fəaliyyətlərini" davam etdirmək istəyirlər. Təbii ki, onlar, yəni partiyadaxili qalmaqallarla bol olan Müsavat başqanı İsa Qəmbərov, tənha qalan Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva və onun vassalı, ALP-nin sədr əvəzi Əvəz Temirxan, heç bir fəaliyyət göstərməyən "ACP" lideri Rəsul Quliyev və bu tipdə olan siyasətbazlar artıq uçurumla üzləşdiklərini yaxşı anlayırlar.
Xəbər verdiyimiz kimi, radikal düşərgədə vəziyyət yenidən gərginləşib. Onlar arasında yenidən qalmaqallar baş qaldırıb. Təbii ki, bunun birinci səbəbi onların siyasətçi olmamaqları ilə bağlıdır. Digər səbəb isə, bələdiyyə seçkilərinin yaxınlaşmasıdır. Radikal "bəy"lər arasında hər seçki öncəsi (ümumiyyətlə, hər zaman) dava-qırğındır. Yenidən qalmaqllara start verildi. Birinci mübarizəni İqbal Ağazadənin sədri olduğu "Ümid" partiyası ilə İ.Qəməbərovun başqan olduğu Müsavat partiyası arasında oldu. Bu mübarizəyə Əli "bəy"in AXCP (i)-si də qoşulub. İ.Ağazadə İsa "bəyi" müxalifətçi hesab etmir. Müsavat başqanı da, öz növbəsində, "Ümid" rəhbərini tənqid etməkdə davam edir. Bir müddət öncə, yeni ittifaq yaradıb, orada təmsil olunan "bəy"lər indi bir-birilərini düşmən gözündə görürlər. Hətta Müsavat başqanı İ.Ağazadəni iqtidara satılmaqda da ittiham edir. Bütün bunların nəticəsində həm adları çəkilən partiyaların təmsil olunduqları ittifaq, həm də düşərgə tamamilə dağılmaq üzrədir.
İndi bir cəbhədə təmsil olunan şəxslər artıq bir-birilərinə düşmən gözü ilə baxırlar. Bu da, onu göstərir ki, onların, yəni radikalların birliyi, əməkdaşlığı, dostluğu saxta bir şeydir.

Digər xəbərlər