Rəsul Quliyev Nyu-Yorkdan qovulub
Öz çirkin əməllərinə görə ölkəsindən ayrı düşmüş, millətinin, xalqının üzünə baxmağa utanan və bununla belə özlərini müxalifətçi adlandıran bəzi insanlar hazırda elə çətin bir vəziyyətlə üzləşiblər ki, nə edəcəklərini, hara qaçacaqlarını belə bilmirlər. Bu geniş dünyada artıq Rəsul Quliyevə də yer qalmayıb.
Çoxdandır ki, ABŞ-da yaşayan "ACP" lideri Rəsul Quliyev, viza müddəti bitdiyi üçün Nyu-Yorkun hüquq-mühafizə orqanları onu ölkədən qovublar. Qeyd edək ki, ABŞ qanunlarına görə, xarici vətəndaşların ölkədə qalmasına verilən viza müddəti 6 aydır. Bu müddət bitdikdən sonra, xarici vətəndaş qeyri-qanunu olaraq ölkə də gizlənmək yolu ilə yaşamağa cəhd göstərirsə, qanun çərçivəsində cəzalandırılır. Belə ki, bu hal birinci dəfə baş verərsə, həmin şəxs 2500 ABŞ dolları, ikinci dəfə 10.000 ABŞ dolları məbləğində cəzalandırılır. Üçüncü dəfə isə qeyri-qanuni yaşamağa cəhd göstərən xarici vətəndaş 6 aydan 2 ilə qədər həbs cəzası alır və ya öz ölkəsinin hüquq-mühafizə orqanlarına təhvil verilir. Bildirək ki, R.Quliyev belə bir vəziyyətə ikinci dəfə düşdüyü üçün, o, 10.000 ABŞ dolları ödəməlidir. Bu məbləği ödəmək fikrində olmayan R.Quliyev Nyu-Yorkdan qovulub. Ümidi hər yerdən üzülən "ACP" lideri yaxşı bilir ki, ölkədən mütləq çıxmalıdır. Əks-halda, üçüncü dəfə ona heç bir xəbərdarlıq edilmədən, həbs edilib Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil veriləcək. O, bunu da yaxşı bilir ki, əgər Azərbaycan tərəfinə təhvil verilərsə, ölkəmizə gətirildiyi andan etibarən məhkəmə qarşısına çıxarılacaq və törətdiyi cinayətlərə görə cavab verməli olacaq. Vəziyyətin, həqiqətən də, gərginləşdiyi bir vaxtda "ACP" lideri R.Quliyev Fransaya qaçıb. Həmin ölkədə də onun uzun müddət yaşaya biləcəyi şübhə altındadır. R.Quliyev Fransada yaşayan bəzi dostlarının yanına gedərək, onlara sığınsa da, verilən məlumatlara əsasən, dostları onun Fransada uzun müddətli qalmasının mümkün olmadığını bildiriblər. Dostlarının da ondan imtina etməsini, tək qalmasını, çarəsizliyini, vəziyyətinin gərginliyini necə həzm edəcəyini bilməyən Rəsul Quliyevin, yəqin ki, hazırda düşündüyü birinci və yeganə məsələ harada yaşamasıdır.
Sonda qeyd edək ki, insan gərək vətənində, millətinin önündə elə bir əməl törətməsin ki, ölkəsindən didərgin düşsün.