PDF Oxu

Müxalifət

  • 8

Müxalifət iğtişaşlar törətməyə qərar verib

Müxalifət iğtişaşlar törətməyə qərar verib
Zaman-zaman müxalifət düşərgəsində təmsil olunan radikal partiyalar cəmiyyətdə qarşıdurmalar yaradıb öz yaramaz iddialarını reallaşdırmağa cəhdlər göstəriblər. Misal kimi, 2003-cü il 15-16 oktyabr iğtişaşlarını, 2005-ci il 26 noyabr qarşıdurmasını və müxalifətin digər pozuculuq aktlarını göstərmək olar. Düzdür, bu cür yaramaz fəaliyyətləri ictimaiyyət tərəfindən dəfələrlə rədd edilib, onlara ittihamlar irəli sürülür. Bununla yanaşı, cəmiyyətin ayrı-ayrı təbəqələri hüquq-mühafizə orqanlarına müraciət edərək, pozucu ünsürlərin cəzalandırılmasını tələb ediblər. Bütün bunlar cəmiyyətin radikal müxalifəti qətiyyətlə rədd etdiyini fakt olaraq göstərir. Ancaq radikal müxalifət ictimai rəyin onlara olan mənfi münasibətindən nəticə çıxarmayıb. Əksinə, alçaq və şərəfsiz fəaliyyətlərini daha geniş spektrdə qurmaqla ictimaiyyətlə qarşıdurmaya getməkdən çəkinmədiklərini ortaya qoyublar.
Dekabrın 23-də bələdiyyə seçkilərinin keçiriləcəyini nəzərə alan müxalifət yenidən ənənəvi pozuculuq amplualarından çıxış etməyə başlayıblar. lQarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan partiyalar gah insanları terror aktları törətməklə hədələyir, gah da hakimiyyətə iğtişaşlar törətməklə ictimai-siyasi sabitliyi pozacaqları mesajını ünvanlayırlar. Artıq demək olar ki, radikal müxalifətin ayrı-ayrı ünsürləri sözdən əməli fəaliyyətə keçməyə başlayıblar. Belə ki, Müsavat partiyasının pulla ələ alınmış muzdlu qrupları Bərdə, Yevlax və Şəki rayonlarında ictimaiyyətlə qarşıdurmalar yaratmağa cəhd göstəriblər. Partiyanın icra aparatının rəhbəri Arif Hacıyev, Sumqayıt şəhər təşkilatının sədri İkram İsrafil və məclisin komissiya sədri Mustafa Hacıbəyli pozucu qrupun rəhbəri rolunda çıxış edərək, sözügedən rayonlarda yadda qala biləcək qarşıdurma törətməyə cəhd göstəriblər. Ancaq rayonun fəal təbəqəsi çağırılmamış qonaqları özlərinə məxsus formada Bakıya yola salmışdılar.
Proseslərin inkişafı göstərir ki, radikal müxalifət bəd əməllərini daha geniş formada həyata keçirmək üçün muzdlu dəstələrin sayını artırmağa başlayıb. Müsavat və "AXCP" (i)-dəki mənbəmizin dediyinə görə, bunun üçün partiyaların rəhbərliyi arasında görüş keçirilib. Tərəflər muzdlu dəstələrin hazırlanması və onların qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün 65 min dollara ehtiyac olduğunu bildiriblər. Əli Kərimov maliyyə problemlərini SOROS fondunun yardımı ilə həll edəcəklərini söyləyib.
Mənbəmizin sözlərinə görə, muzdlu dəstələrə ümumi rəhbərliyi Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev həyata keçirəcək. Təqribən 20-yə yaxın dəstələrdən ibarət olacaq muzdlular bölgələri gəzərək, insanları iğtişaşlar törətməyə, qarşıdurmalar yaratmağa çağırışlar edəcəklər. Müəyyən hallarda qrup üzvləri dükan və bazarlara basqın edəcək, avtomaşınların şüşələrini sındıracaqlar. Bir sözlə, pozucu ünsürlər bələdiyyə seçkilərini pozmaq üçün hər cür yaramaz vasitə və üsullardan istifadə edəcəklər. Ancaq inandırıcı deyil ki, cəmiyyət tərəfindən qətiyyətlə rədd edilən radikallar istəklərini həyata keçirsinlər. Çünki ictimaiyyətin pozuculuğa cəhd edən istənilən qüvvəni, o cümlədən, radikal müxalifəti ifşa edəcəyi şübhəsizdir.

Digər xəbərlər