“Hüquq müdafiəçiləri” didişir Çingiz Qənizadə: “Müxalifətin “siyasi məhbus “ oyunu iflasa uğradı”
Məlum olduğu kimi, ölkədə keçirilən hər hansı seçkiərəfəsi müxtəlif görüş və konfranslar keçirməklə özlərinin varlıqlarının nümayiş etdirmək istəyiblər. Ancaq müxalifətin bu şousu biabırçı uğursuzluqla nəticələnməklə yanaşı, xalqın birə-on qat nifrətinə düçar olurlar. Çünki hər zaman müxalifət liderləri öz şəxsi abmisiyalarını hər şeydən üstün tutublar. Elə dünən, srağagün Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı protokolun imzalanmasından istifadə edən müxalifət, yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışdı.
Bu siyasi xəstələr "siyasi məhbus" siyahılarını hazırlayaraq onları "siyasi məhbus" adlandırmaqla, tədbirlərin keçirilməsinin zamanı olduğunu bildirirlər. Görünür, müxalifət liderləri ilə üzdəniraq "hüquq müdafiəçiləri" prezident seçkiləri və Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı xalq tərəfindən dəstəklənməyərək, biabırçı uğursuzluqla üzləşdiklərindən də bir həya etmədilər. İndi də bələdiyyə seçkiləri ərəfəsi növbəti oyuna əl atmaq istəyirlər. Müxalifət mətbuatında Ermənistanla Türkiyə arasında sərhədlərin açılması ilə bağlı protokolun imzalanmasını əllərində bayraq edən radikallar yazırlar ki, "siyasi məhbuslar"ı olan ölkəyə qarşı belə bir addım atılmalıdır". Bu yerdə soruşmaq istərdik ki, nə vaxtdan cinayətkar "siyasi məhbus" adlanıb? Bir də cinayətkarların Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasına dair protokolların imzalanmasının nə aidiyyatı? Lakin bu da bir həqiqətdir ki, "hüquq müdafiəçiləri" hər zaman AŞ PA-nın hər bir sessiyası ərəfəsi Azərbaycana qarşı yeni təxribat həyata keçirməyə yönəlmiş addımlarını işə salıblar, ancaq hər dəfə də cəhdləri iflasa uğrayıbdır. Lakin onu da yaxşı bilirlər ki, qurumun rəhbərləri dəfələrlə açıq-aydın Azərbaycanın AŞ PA qarşısında götürdüyü öhdəlikləri uğurla həyata keçirdiyi və ölkəmizdə son bir neçə il ərzində bütün sahələrdə həyata keçirilən geniş islahatları qeyd edərək, artıq Azərbaycanın demokratiya və iqtisadi inkişaf yolunda irəlilədiyinə dair çıxışlar edirlər. Artıq bu fakt ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin beynəlxalq səviyyədə yüksək qiymətləndərildiyinə dair mühüm bir göstəricidir. Bu isə Azərbycanın həm xaricində, həm də daxilində olan satqın və xain qüvvələr üçün arzuolunmaz və qanqaraldıcı faktdır.
Xatırladaq ki, bir müddət əvvəl təpədən-dırnağadək Azərbaycana qarşı xəyanətkarlıqla "yüklənmiş hüquq müdafiəçiləri", o cümlədən, Leyla Yunusova, Arzu Abdullayeva, Eldar Zeynalov və digərləri AŞ PA-nın növbəti sessiyasında guya Azərbaycanda insan hüquqlarının "pozulmasına dair" məsələ qaldıracaqlarını, bundan başqa "yeni siyasi məhbus siyahısı" hazırlaycaqlarına dair boşboğaz fikirlərlə çıxış edirlər. Bizə verilən məlumata görə, bu günlərdə üzdəniraq hüquq müdafiəçiləri gizli görüşlər keçirərək, hətta xarici həmməruzəçilərlə dil tapmağa, xüsusilə də, AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi olan Andreas Herkelin onların mövqelərini müdafiə etməsinə çalışdılar. Lakin payız sessiyasında bu aruzunu həyata keçirmək istəsələr də, hər şey radikal müxalifət qüvvələrinin və xaricdəki düşmənlərin əlində zaman-zaman siyasi oyuncağa çevrilmiş "hüquq müdafiəçiləri" üçün biabırçılıqla sonuclandı.