PDF Oxu

Müxalifət

  • 11

“Köç aksiyası”

“Köç aksiyası”
2009-cu il müxalifət üçün ən başıbəlalı dövrdür. Referendumda biabırçı uğusuzluqla üzləşən radikallar bələdiyyə seçkiləri ərəfəsi bir-birinə qarşı çıxaraq olub-keçənlərə nöqtə qoyur. Belə ki, "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu referendumdan əvvəl şələ-küləsini götürüb Müsavatı tərk etmək istədi. Ancaq Müsavat başqanı İsa Qəmbərovun yalvarışından sonra, "bəlkə adam oldu" deyib qaldı. Ancaq martın 18-də uğurla keçirilən referendumda xalqın daha çox nifrəti ilə üzləşdiklərini görən qəzetin baş yazarı "İ. Qəmbərovun heç vaxt adam olmayacağına tam əmin olduğunu" bildirib Müsavatın qərargahı ilə birlikdə başqana da birdəfəlik tüpürdü.
Baş verən hadisələr isə, artıq "Yeni Müsavat" partiyasının yaranması üçün gözəl şəraitin olacağını sübut edirdi. Çünki R.Arifoğlu bircə qəzetini və pencəyini götürüb Müsavatı tərk etmədi. Belə ki, bir sıra müsavatçı da onun qərargahına "köç" etdi. Elə hər şey də bundan sonra başlanıldı. Müsavat funksionerlərindən Elgün Həmidov, Həsən İbrahimov, Sübhan Jəbiyev "Səs" qəzetində, olarkən bildirdilər ki, insanlar uğurlu aksiya keçirdiyi halda, radikallar Müsavat başqanı İsa Qəmbərovun ətürpədici və boşboğaz sözlərindən bezərək köç edir: "İsa bəydə tülkü hiyləgərliyinə xas olan hiyləgərlik olduğunu deyənlər düzgün deyib. Çünki həyatımızı belə casusla bir yerdə keçirməyimizə görə özümüzü bağışlaya bilmirik. İnsan nə qədər həyasız olar? Biz bunların hamısının şahidi olmuşuq".
"Səs"ə yaxın mənbənin verdiyi məlumata görə, Müsavatda yaranmış bu durum artıq digər partiyalara da təsir edib. Artıq heç bir xarici təşkilat müxalifəti nə tanımaq istəyir, nə də bir qəpik verir. Əslində, kimdir bu "siyasi meyitlərə" qrant-filan verən? Heç kim. Hətta gör radikal düşərgənin siyasi iflası nə qədər açıq və sürətli bir şəkildə gedir ki, AŞPA-nın estoniyalı həmməruzəçisi Andres Herkel ölkədə keçirilən referendumun çox şəffaf və demokratik keçdiyini, artıq radikal müxalifətin fəaliyyətinin əhəmiyyət daşımadığını və bu düşərgənin siyasi proseslərə təsirinin mənasız olduğunu bildirmişdir. "Yaz ümidləri" boşa çıxan müxalifət qarşıdakı qış sessiyasına göz dikib. Vəziyyətdən çıxış yolunu "siyasi meyitlər" ordusuna çevrilən radikal düşərgə yenə də mitinq keçirməyi ən "uğurlu" nəticə hesab edir. Maraqlısı odur ki, müxalifətə "rədd ol" mesajı ünvanlayan təşkilatlar bunların adlarını çəkmir, bunlar isə araya salıb öz qəzetlərində, guya həmin qüvvələrin onları xaricə dəvət etdikləri haqqında yalan-yalan yazılar dərc etdirirlər. Amma "cidanı çuvalda gizlətmək olmaz". Düşərgədə baş verən "köç aksiyası" təkcə Müsavatda yox, həm də AXCP (i), AMİP, ALP, "ACP" və başqa radikal partiyalarda baş verməkdədir. Müsavat funksioneri Elgün Həmidov radikallar arasında yaranan gərginliyin baş verməsi ilə bağlı açıqlamasında bildirdi ki, nə qədər ki, düşərgədə olan köhnə fikirli, köhnə "əqidəli" insanlar siyasətdən getməyib, bu aksiya davam edəcək: "Təbii ki, onlar bacarmadıqları siyasətdən çoxdan getməli idilər. Ancaq nə edək ki, belə olmadı. Onsuz da Əli Kərimovun, İsa Qəmbərovun, Lalə Hacıyevanın və Əvəz Temirxanın və eləcə də, onların ətrafında olan və onlar kimi düşünən insanların siyasətdə qalıb-qalmamağı heç kəsə maraqlı deyil. Bu, maraqsızlıq, siyasi savadsızlıq, ikiüzlülük, radikal düşərgəni pis vəziyyətə salıb. Onlar artıq xarici qrantlardan da məhrum olub. Bu məhrumiyyət tezliklə Müsavatın, AXCP (i)-nin və digər pozucu fəaliyyətlə məşğul olan partiyaların demək bir-birinin ardınca siyasətə əlvida deməsi ilə nəticələnəcək. Çünki həmin partiyalara, Ə.Kərimova, İ.Qəmbərova və L.Hacıyevaya xalq çoxdan əlvida deyib. Ə.Kərimovun yaşadığı taleyi indi də İ.Qəmbərov yaşamaqdadır. Biz bu günə kimi onun ətrafında qaldığımıza görə, özümüzü bağışlaya bilmirik".
Bu gün AXCP (i)-də yaranmış vəziyyət heç də Müsavatda yaranmış vəziyyətdən yaxşı deyil. Məlumdur ki, bu günlərdə AXCP (i)-nin rayon təşkilatlarında istefalar baş verir. İ.Qəmbərov Müsavatda yaranmış vəziyyətin baş verməsində AXCP (i) sədri Ə.Kərimovu ittiham edirsə, Ə.Kərimov da Müsavat başqanını günahlandırır. Müsavat başqanının iddiasına görə, AXCP (i) sədri R.Arifoğlu ilə əlbir olaraq, Müsavat başqanı İ.Qəmbərova təxribat hazırlayır. Beləliklə, Müsavatdaxili qarşıdurma keçmiş "dostların" düşmən olması ilə nəticələnib. Mənbənin məlumatına görə, bu savaşın sonunun yaxşı qurtarmayacağı bildirilir.
Ə.Kərimov isə bu günlərdə Müsavat başqanına mesaj göndərərək bildirib ki, "keçi can hayında, qəssab piy axtarır". Yəni "Yurd" sədri onu demək istəyir ki, sağalmaz xəstəliyə düşmüşəm. Bu xəstəlik isə Qulamhüseyn Əlibəylinin "Aydınlar" partiyası yaratdığı gündən başlanıb. Q.Əlibəyli yeni partiya yaratmaqla Əli Kərimovun kefinə soğan doğrayıb. Onsuz da "Yurd" şefinin əlindən bezən AXCP (i) üzvləri var qüvvələri ilə ondan aralanmağa və "Aydınlar" partiyasına üz tutmağa başlayıblar. Sözsüz ki, bu məsələdə Q.Əlibəylinin "Yurd"da neçə illər Ali Məclis sədri olması da önəmli yer tutur. Bu durum, yəni, rayon təşkilatlarının sürətlə Q.Əlibəyliyə üz tutmaları Ə.Kərimovu bərk dilxor edib.

Digər xəbərlər