İsa Qəmbərov Müsavatdan uzaqlaşdırılıbmı?
Bu yaxınlarda bir neçə Avropa ölkəsində səfərdə olmuş Müsavat başqanı İsa Qəmbərov üçün vətənə dönüş heç də yaxşı sonluqla bitməyib. Avropa ölkələrinə səfəri çərçivəsində Hollandiyanın paytaxtı Amsderdam şəhərində bir təşkilat nümayəndələri ilə görüş keçirən İ.Qəmbərov bu barədə heç kəsə məlumat verməyib. Hollandiya səfəri sonrası Almaniyanın Köln şəhərində olan Müsavat başqanı orada fəaliyyət göstərən erməni lobbi təşkilatlarının rəhbərləri ilə səmimi görüşlər keçirib. Hətta İ.Qəmbərovun erməni "dost"ları ilə birlikdə gecələdiyi də bildirilir. Almaniya və Hollandiyaya "işgüzar" səfərini ürəyi istədiyi kimi başa vuraraq, vətənə dönən İ.Qəmbərov gözlənilməz sürpirizlə qarşılaşıb.
Ölkəmizdə hər keçirilən seçki öncəsi Avropaya və bir sıra xarici havadarlarının məskunlaşdığı məkanlara üz tutan İ.Qəmbərov nə məqsəd və amalın sahibi olduğunu bir daha cəmiyyətə açıq şəkildə göstərməkdən usanmır. Əgər belə olmasaydı, heç olmasa bir qara qəpiklik dəyəri qalmış bu siyasətçilər Azərbaycan cəmiyyətində özlərinə yer tutmuş olardılar. Amma görünür, bunların daxilində olan xislətləri imkan vermir ki, onlar hansıma bir doğru yolla addımlaya bilsinlər. Bunun üçün isə onların özləri də səy göstərmirlər. Çünki başlıca məqsədləri öz mənafelərini təmin etmək olan isaların, əlilərin, eldarların milli maraqlar naminə atılacaq addımlar nəzər-diqqətlərindən kənardadır. Ancaq adlarını radikal müxalifət qoyanlar şəxsi prinsiplərini xalqın maraqlarından üstün tuturlar.
Qeyd etdiyimiz kimi, ölkəmizin ictimai-siyasi həyatında böyük əhəmiyyət kəsb edən hər bir proses öncəsi müxalifət düşərgəsi yenə də əndişələnir və çalxalanır. Avropa və bir sıra ölkələrə səfərlər də elə bu dövrələr daha intensiv xarakter alır. Elə müxalifət düşərgəsinin özünün daxilində olan ziddiyyətlər və qalmaqallar da məhz bu dövr daha qabarıq şəkildə nəzərə çarpır. Çünki artıq müxalifət düşərgəsində üç-dörd partiya qılıb ki, hələ də onlar üçün xaricdən maliyyə vəsaiti gəlir. Yerdə qalanları isə sədr və onun papkasından ibarət olduğundan, siyasi reytinqləri sıfır səviyyəsindədir. Sadəcə olaraq, guya özlərini sındırmırlar ki, adlarına söz gələr. Amma başa düşmürlər ki, onsuz da bu cür mövqe tutmaqla, günü-gündən biabır olurlar.