AXCP (i) Əli Kərimovun əlindən çıxır
Müxalifət düşərgəsində bir sıra partiyalar var ki, artıq onların fəaliyyəti sual altındadır. Heç bir vəchlə daxili intriqalardan qurtulub normal məcrada öz yolunu tapa bilməyən müxalifət partiyalarının əksəriyyətində eyni aqibətin yaşanması düşərgədəki mühitində gərginliyinə işarədir. Çünki bu düşərgəyə düşən şəxs özünü Afrikanın insan ayağı dəyməyən cəngəlliklərində hissi edir. Burada məhz cəngəllik prinsiplərinin də hökm sürməsi bunu deməyə əsas verir.
Düşərgədə əksər siyasi partiyalar da mövcuddur ki, onların mövcudluğu günündən indiyə qədər Azərbaycan cəmiyyəti onların nə amala və məqsədə xidmət etməsini aydınlaşdırmaqda çətinlik çəkib. Ona görə də, cəmiyyət adı müxalifət olan bu məhfuma layiq olduğu qiyməti verib. 16 ildir ki, eyni sözləri deyib, eyni ampluadan çıxış edən radikal müxalifət nə olur-olsun maraqlar müstəvisində nəyəsə nail olmaq istəyindədir. Əgər belə olmasaydı, düşərgədə indiyə qədər lövbər üzdəniraq şəxslər heç olmasa həya-abır edib özlərinə uyğun bir yol seçərdilər. AXCP (i) sədri Əli Kərimov kimiləri isə 16 ildən artıqdır ki, bir üzlərinə tüpürdüb, o biri üzlərini tuta-tuta guya müxalifətçilik edirlər. Amma başa düşmək lazımdır ki, sivil dəyərlərlə idarə olunan cəmiyyət üçün sivil müxalifət lazımdır. Öz aralarında iki eşşəyin yemini bölə bilməyənlər müxalifət adı altında cəmiyyətin gözünə kül üfürməyə çalışacaqsa, bunun gec-tez əsil tərəfi üzə çıxcaq. Ona görə də, bu gün qış yuxusundan ayılmış istənilən şəxs heç nədən ağız dolusunca danışıb kimisə aldada bilər. Amma ümumi cəmiyyətin imkanlarına təsir edə biləcək gücü olmayan müxalifətin yalanı, əlbəttə ki, açıq şəkildə özünü göstərəcək. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bir atalar sözündə deyildiyi kimi, "elin gözü tərəzidir" məsələsini müxalifət tərəfi heç vaxt yadına salmaq istəmir. Əgər belə olmasaydı, onların bu günə qədər qalacaq sifətləri olmazdı. Görünür, tamamilə simasını itirmiş şəxslərin müxalifət düşərgəsində özünə yer alması buradakı vəziyyətin anormallığı ilə izah oluna bilər.
AXCP (i) sədri Ə.Kərimovda artıq bir neçə ildir ki, saxtakarlıq edə-edə hələ ki, avropalı conları aldatmaqdadır. Onun boğaz aşağı səslənən ideyalarına ancaq onu tanımayan və tanıdıqdan sonra daşa tutan şəxslərin maraq göstərməsi bir çox hallarda Əlinin karına gəlmiş olub. Amma heç də təsadüfi və yoxdan olmayan məsələlərin axırı məhz elə bu cür də qurtarmalı idi. Hər yerdən əli üzülən və bütün partiya yoldaşlarını itirən Ə.Kərimov, nəhayət, başqalarının hiddətinə gəlib. Bu yaxınlarda AXCP (i) sədrinin formal olaraq sədrlik etdiyi qurumdan uzaqlaşdırılaraq, onun yerinə Həsən Kərimovun gətirilməsi məsələsi gündəmə gətirilir. Ə.Kərimovun isə bu yaxınlarda siyasi arenadan uzaqlaşdırılması artıq gündəmdədir. Çünki düşərgədə olan şəxslər olmayan başlarını işə salıb Ə.Kərimov kimi şəxslərdən qurtulmaq istəyinə düşüblər.