Müsavat başqanının yeni fırıldaqları
Bəlli olduğu kimi, müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin daim istifadə etdikləri bircə metodları var ki, bu vasitə ilə daha çox öz imkanlarını genişləndirmək və yolları üstünə çıxmaq istəyən şəxsləri uzaqlaşdırmaqdır. Maraqlı məqamlar isə ondan ibarətdir ki, bələdiyyə seçkiləri ərəfəsi daha çox düşərgə daxilində özlərini "lider" formasında göstərməyə çalışanlar, nəyin bahasına olur-olsun, təmsil olunduqları partiyalarada daxili əngəllərini aradan çıxarmaq məqsədilə bu prinsiplərdən istifadə edirlər.
Bu baxımdan da, müxalifət partiya liderləri nüfuz savaşının həyata keçirilməsi üçün kimlərisə qurban vermək məqamı axtarırlar. Çünki 16-17 il yol gedən müxalifət liderlərinin artıq funksionerlər tərəfindən də qəbul edilmədiyini yaxşı gördükləri üçün nüfuz savaşının aparılmasını ən vacib çıxış yolu hesab edirlər. Lakin aparılan mübarizədə tam şəkildə demək olmaz ki, bir partiya sədri mütləq qalib olub. Çünki istənilən uğur müvəqqəti xarakter daşıyıb. Belə ki, müəyyən zaman kəsiyindən sonra nisbətən irəliləyən partiya sədri, sonradan əks mövqeyinə qayıtmalı olub. Bu, nöqteyi-nəzərdən, müxalifət düşərgəsində hər zaman partiya sədrləri arasında çəkişmələr baş verib. Təbii ki, mövcud qarşıdurmalar ümumilikdə müxalifətin ziyanına işləyib. Həmçinin, ictimai rəyin dəstəyindən məhrum olan müxalifət başbilənləri sıravi üzvlərin də onlardan uzaqlaşmalarına səbəb olublar. Ona görə də, müxalifət düşərgəsi ümumilikdə cəmiyyət üçün qəbuledilməz qüvvəyə çevrilib.
Bu cür qarayaxmalar onu deməyə əsas verir ki, İ.Qəmbərov bu günə qədər, siyasi fəaliyyəti ərzində, tətbiq etmədiyi və ya edə bilmədiyi hər cür cəfəngiyyatı bundan sonra həyata keçirmək niyyətindədir. Bu niyyətin reallaşması İ.Qəmbərov üçün problemlərlə yaşanacağı şübhə doğurmasa da, başqan ruhdan düşmək niyyətində deyil.
Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlu isə, İ.Qəmbərovun ifrat dərəcədə radikallıq nümayiş etdirməsinin partiya üçün acınacaqlı nəticələrə səbəb olacağı qənaətindədir. Onun sözlərinə görə, cəmiyyət, eləcə də, müxalifət düşərgəsində təmsil olunan sıravi müxalifət üzvləri radikallığı qətiyyətlə rədd edirlər. Ona görə də, İ.Qəmbərovun siyasi fəaliyyət istiqamətini məlum olmayan səbəblərdən daha da kəskinləşdirməsi Müsavat üçün arzuolunmaz nəticələrlə yekunlaşa bilər: "Müsavatın əksər rayon təşkilatları ictimai sifarişə uyğun olaraq, İ.Qəmbərovla birgə siyasi mübarizəyə son qoyacaqları qənaətindəyəm. Bu, reallıqdır, düşünürəm ki, özünü siyasətçi hesab edən hər bir şəxs bu reallığı qəbul etməlidir."