PDF Oxu

Müxalifət

  • 9

Rauf Arifoğlu ilə Sülhəddin Əkbər arasında qarşıdurma davam edir

Rauf Arifoğlu ilə Sülhəddin Əkbər arasında qarşıdurma davam edir
Son dövrlər müxalifət düşərgəsində, o cümlədən, Müsavat daxilində qruplaşmaların savaşı davam edir. Bu da ondan irəli gəlir ki, Müsavat partiyasının başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva və digərləri rəhbərlik etdikləri və 5-10 nəfər üzvü olan partiyaları idarə edə bilmirlər.
Buradan belə bir sual meydana çıxır: kiçik partiyalarını idarə edə bilməyən Lalə, Etibar, Rəsul, İsa, Əli, Əvəz "bəy"lər neçə illərdir həsrətində olduqları bu hakimiyyəti, dövləti necə idarə edə bilərlər? Necə deyərlər, Allah bilib dəvəyə qanad verməyib. Yoxsa dəvə boyda günahları, səhvləri olan bu "ağa"lar dövləti viran qoyardılar. Bütün bunların nəticəsidir ki, ölkə vətəndaşları radikal müxalifət düşərgəsindən üz çevirib. Çünki xalq onların qısa müddət ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə nələr çəkdiyini unutmayıb. Aclıq, anarxiya, müharibə, özbaşınalıq və s. kimi tarixə qara hərflərlə yazılmış hadisələr bu "bəy"lərin adı ilə bağlıdır. Görəsən, Müsavat başqanı İ. Qəmbərov, AXCP (i) sədri Ə. Kərimov, AMİP lideri E. Məmmədov, "ACP" adlı boş bir qurumun lideri R. Quliyev, "MBH" lideri L. Hacıyeva, ALP-nin sədr əvəzi Ə. Temirxan bu "hünərləri" ilə fəxr edirlər? Əgər onlar çirkin əməlləri ilə fəxr edib, özlərini öyürlərsə, onların nə cür siyasətçi, nə cür vətəndaş olmalarına heç bir şübhə yoxdur.
Dəfələrlə radikal düşərgədə, o cümlədən, özünü düşərgənin "ana müxalifəti" hesab edən Müsavat partiyasında quruplaşmaların mövcud olması, qarşıdurmaların yaranması barədə xəbər vermişik. Təbii ki, bunu faktlara əsasən söyləmişik. Necə deyərlər, görünən dağa nə bələdçi? Ən böyük qarşıdurma isə AXCP (i) ilə Müsavat daxilindədir. Düzdür, Ə. Kərimovun partiyasında proseslər sakit həyata keçirilir və üzvlər biri-birinin ardınca AXCP (i)-dən uzaqlaşırlar. Hətta istefalar adıçəkilən partiyanın rəhbər heyətinə qədər gedib çıxıb. Ancaq İsa "bəy"in partiyasında isə vəziyyət başqa cürdür. Belə ki, Müsavatdaxili qruplaşmalar biri-birləri ilə açıq şəkildə mübarizə aparırlar. Bu mübarizənin başında Rauf Arifoğlu ilə Sülhəddin Əkbər dayanır. Hər iki Müsavat "qoçu" İ. Qəmbərovun gələn il başqanlıqdan gedəcəyini əsas gətirərək, partiya, daha dəqiqi, başqanlıq uğurunda mübarizə aparırlar. R. Arifoğlu rəhbərlik etdiyi qəzetdə Sülhəddin "bəy"i cinayətkar adlanırmaqdan belə çəkinmir. Bu cür yazılar artıq silsilə halını alıb. S.Əkbər və onun başçılıq etdiyi quruplaşmalar da qarşı tərəfə öz "gücünü" göstərməkdir. Belə ki, Sülhəddin "bəy" R. Arifoğlunu və onun rəhbərlik etdiyi qəzeti böhtan, şər atmaqda suçlayır. Bir zamanlar İ.Qəbərovun qanadlari altında gizlənən və partiya daxilində özünə quruplaşma yaradan Rauf "bəy" indi başqandan uzaqlaşmaq qərarına gəlib və bununla da mübarizəsini davam etdirir.
Beləliklə, buradan belə bir sual meydana çıxır: budurmu müxalifətin birliyi, budurmu onların dostluğu? Sualın cavabı elə onların çirkin əməlləridir.

Digər xəbərlər